Gülər Əhmədovanın məhkəmə prosesi nahar fasiləsindən sonra davam etdirilib.
Sabiq deputatın vəkili Əfsər Talıbov məhkəmənin birinci hissəsində qaldırdığı 4 vəsatətdən əlavə daha 13 vəsatət qaldırıb. Hakim qaldırılan vəsatətlərin çoxluğunu nəzərə alaraq məhkəmə prosesini sabah saat 15:30-a təxirə salıb. Vəsatətlərin təmin olunub-olunmaması sabah keçiriləcək məhkəmə prosesində açıqlanacaq.
* * * 13:58
Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə iclası keçirilir.
Virtualaz.org-un məhkəmə prosesində iştirak edən müxbiri vəbər verir ki, iclasda çıxış edən G.Əhmədovanın vəkili Əfsər Talıbov sabiq deputatın məhkəmə zamanı dərmir barmaqlıqlar arxasına oturması ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, bu onun hüquqlarının məhdudlaşdırılmasıdır.
Sabiq deputat da bu vəsatətlə bağlı çıxış edib. Bildirib ki, onunla eyni maddə ilə həbs olunan qadınlar var ki, onlar məhkəmə zamanı dəmir barmaqlıqlar arxasında yox, vəkilin yanında əyləşiblər.
O deyib ki, bu onun psixologiyasına pis təsir edir.
Hakim İlqar Murquzov vəsatətlə bağlı qeyd edib ki, bu, Penitensiar xidmətin nizamnaməsi ilə bağlıdır. Əsas səbəbi məhkumun təhlükəsizliyi və mühafizəsi üçündür.
Daha sonra çıxış edən hakim bildirib ki, əgər vəkil istəyirsə, başqa otaqda konfidensial qaydada müvəkkili ilə görüşüb, müzakirələr apara bilər.
Vəkil Əfsər Talıbov yenidən çıxış edərək başqa bir məsələ ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, məhkəmə iclası zamanı jurnalistlərin çəkiliş etməsinə və səslərin yazılmasına icazə verilsin.
Gülər Əhmədova isə qeyd edib ki, bəzi jurnalistlər onun çıxışını təhrif edərək, başqa cür yazırlar. Buna görə də iclasda çəkilişə icazə verilsin.
Lakin, hakim onun bu vəsatətini də təmin etməyib.
Digər bir vəsatətlə çıxış edən Əfsər Talıbov deyib ki, apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılsın. Lakin onun bu vəsatəti rədd edilib.
Məhkəmə iclası nahar fasiləsindən sonra davam etdiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?