GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR

Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR

Tarix: 22-11-2014, 20:41 Bölmə :--- Baxış: 0
Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR


Vəziyyət o həddə gəlib ki, bir yerdə çörək kəsənlər iş üstündə bir-birinin boğazından tuturlarFəhlə: «Buradan işə elə bil adam yox, heyvan aparırlar»
"Burda qazanmaq söhbəti yoxdur. Soruş, necə acından ölmürsən. Biz yaşamaq üçün deyil, yemək üçün mübarizə aparırıq". Bu sözləri metronun "Xalqlar dostluğu" stansiyasının yaxanlığındakı körpünün altına toplaşan fəhlələrdən biri dedi. Onlar toplaşdığı yerə "qul bazarı" deyirlər. Biz onlara yaxınlaşanda fəhlələr bizə tərəf qaçdılar. Jurnalist olduğumuzu bilib bəziləri kənarlaşdı. Bəziləri isə hansı media orqanından gəldiyimizlə və məqsədimizlə maraqlandılar. Onlar çox narahat və aqressiv görünürdülər, səbəb isə çörək pulu qazana bilməmələridir.

"Problemlərimiz haqqında jurnalistlərə danışdıqdan sonra polislər gəlib bizi döyürlər. Dəfələrlə bizi burdan-çörək pulu yerimizdən qovublar. Sizin yazmağınız bizim problemi həll etmir. Dəfələrlə qəzetdən gəlib yazıblar, televiziya kanalından gəlib çəkiblər. Biz qorxuruq. Ailəmiz gözünü bizə dikib. Qəzetdə dərc olunandan və efirdə veriləndən sonra adı çəkilən fəhlələr sonradan yoxa çıxıblar. Elə bil fəhlələri Bermud üçbucağı udub. Biz də yoxa çıxsaq, ailəmiz acından öləcək. Sən bizi anlamaq üçün gərək özünü bizim yerimizə qoya biləsən",-deyə həmsöhbətimiz bildirdi.
Onların heç biri adlarını demədilər, fotolarını çəkməyə icazə vermədilər. Dörd tərəfimə cəm olan onlarla fəhlənin arasından kimsə dedi: "Biz siyasətə qarışmırıq". Bir başqa fəhlə isə ona cavab verdi: "Bəli, bizim işimizin olmaması sosial problemdir. Amma nala-mıxa vursan da, gedib ucu siyasətə çıxacaq".

"İşi razılaşdıqdan sonra zəhmət haqqımızı müəyyənləşdiririk"

Qul bazarında olan insanların problemindən yazmağımızı bildikdə fəhlələrdən birinin reaksiyası belə oldu: "Bizim halımızı soruşmağa nə ehtiyac var? Hər şey göz önündədir. Yaz ki, fəhlələr açından köpük qusurlar. Səhər saat 06.00-dan burdayıq. İndi axşam saat 18.00-dır. Bir nəfər də gəlib demir ki, gəl aparım səni işlədim. Deyirlər ölkədə işsizlik minimum həddə endirilib. Qul bazarında olan insanlar illərlədir ki, burda işləyirlər. İşi olanın burada nə işi var. Bura iş yeri deyil. Bu gün 5 manat olursa, 2-3 gün olmur. Burada hər işi bacaran adamlar, ali təhsillilər var. Bura bölgələrdən, Bakının ətraf kəndlərindən gəlmişik. Biz günəmuzd işləmirik. Nə işə aparırlarsa, onu görürük. İşi razılaşdıqdan sonra zəhmət haqqımızı müəyyənləşdiririk".

"Fəhlə sinfini elə bir günə qoyublar ki..."

Başqa bir fəhlə deyir ki, qul bazarında onlara münasibət yaxşı deyil. "Maşınla gəlirlər, onlara tərəf qaçırıq. Bizə elə baxırlar ki, elə bil 20 mərtəbəli binadan aşağı baxırlar. Elə bil burdan adam deyil, heyvan aparırlar.

Fəhlə sinfini elə bir günə qoyublar ki... Yarım saat bundan öncə bir yerdə çörək yeyən adamlar qul bazarında evə çörək aparmaq üçün bir-birinin xirtdəyindən tuturlar. Körpünün dörd yanına kamera qoyublar. Polislər elə him gözləyir. Bir də gördün gəlib həmin şəxsləri apardılar, döydülər. Yaxınları pul gətirməyənə qədər buraxmırlar".

"Pulumuzu vermirlər, üstəlik döyüb təhqir edirlər"

Fəhlələr deyirlər ki, onlar "iş tap"dıqlarına həmişə sevinmirlər. Çünki bəzən işlədib pulunu vermirlər. Hətta döyürlər. "Kasıb adamlar işlədib pulumuzu verir. Məmurlar, xüsusən hüquq mühafizə orqanlarında çalışanlar bizi işlədib pulumuzu vermirlər. Üstəlik döyüb yola salırlar, təhqir edirlər. Əmək müqaviləsi olmadığı üçün onlardan haqqımızı tələb edə bilmirik. Pulumuzu istəyəndə, bizə "get, hara deyirsən de" deyirlər. Bir problem də var. İndi yük daşımaqla, ev təmiri ilə bağlı şirkətlər və qruplar yaranıb. Onlar qul bazarında iş axtaranların çörəyini əlindən alıb. Çünki şəxs oturub evində şirkətin nömrəsinə zəng edir, sifarişini verir. Şirkət də lazımi işləri görür. Məsələn, yükünü bir yerdən başqa yerə daşıyır", -deyə fəhlələrdən biri bildirdi.

Bizi qul bazarında uzun müddət işləyən fəhlə ilə tanış edirlər. O deyir: "Mən 18 yaşımdan qul bazarında çalışıram. İndi qocalmışam, bir neçə ildən sonra pensiya yaşına çıxacam. Pensiya yaşını da artırdılar. Ölməsəm qalsam, pensiya alacam".

Ramid İbrahimov
Fotolar müəllifindir

Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR
Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR
Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR
Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR
Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR
Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Qul bazarı”nın fəhlələri:“Aya 100 manat pul qazanmırıq”

    “Qul bazarı”nın fəhlələri:“Aya 100 manat pul ...

    6-12-2016, 23:27

  • 
  • Paytaxtdakı “Qul bazarı”nda işsizlər ordusu – VİDEO

    Paytaxtdakı “Qul bazarı”nda işsizlər ordusu – ...

    15-01-2017, 23:08

  • 
  • 45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam yerinə qoyan yoxdur” - FOTOLAR

    45 dərəcə istidə yanan fəhlələr: “Bizi adam ...

    20-08-2014, 15:35

  • 
  • Ağcabədidə işıq aksiyası: “İşıq idarəsi deyir ki, pul yığın, düzəldək” - FOTOLAR

    Ağcabədidə işıq aksiyası: “İşıq idarəsi deyir ki, ...

    30-03-2016, 17:32

  • 
  • Nura Suri: “Pensiya alan adam yemək yeməyəcək, acından öləcək?”

    Nura Suri: “Pensiya alan adam yemək yeməyəcək, ...

    25-12-2015, 00:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu