Bu gün Şirvan şəhərində qəribə hadisə baş verib. Belə ki, Mərdan Camalovun xüsusi göstərişi ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları icra hakimiyyətinin yanında yerləşən Heydər Əliyevin abidəsini su atəşinə tutublar. Guya abidəni təmizləyir. Lakin abidənin təmizləmək qaydası var. Amma icra başçısı tez-tələsik məsələni necə deyərlər kəsədən həll etməyə çalşıb. Bu addımı atmaqla düşünməyib ki, maşından boru vasitəsi ilə güclü təzyiqlə gələn su abidəni zədələyə bilər. Bir sözlə desək icra başçısı Mərdan Camalov bu hakimiyyətin çörəyini yediyi yadından çıxıb. Əgər belə olmasaydı Heydər Əliyevin abidəsinə belə biganə və laqeyd yanaşmazdı. Axı abidəni təmizləməkdən ötrü xüsusi kimyəvi maddələr var ki, kraskası zədələnməsin. Şirvanda görəsən bir "kran" maşını tapılmadıki üstünə bir nəfər çıxsın və dəsmal ilə abidəni təmizləsin.
İcra başçısı Heydər Əliyevə hörmətlə yanaşsaydı və təmsil olduğu vəzifənin ağırlığını hiss eləsəydi, ən bahalı dəsmallarla və kimyəvi maddələrlə abidəni təmizlətdirərdi. Yoxsaki su ilə "davlenni" vurdurub, gözdən pərdə asmazdı. Nə qədər yazsam nə fayda. Çünki Mərdan Camalov həmin abidəni ora yerləşdirəndə də Heydər Əliyevin abidəsinə hörmətlə yaşanmışdı. Tam açıq desək şəkildə desək, abidəni yuxarıya qaldırıb yerləşdirəndə xüsusi kran maşınından istifadə etmək əvəzinə adı işıq dirəklərini qaldıran kranlardan istifadə etmişdi. Hətta redaksiyamıza daxil olan şəkillərdən aydın olur ki, abidənin boynuna zəncir salıb yuxarıya qaldırmışdılar. Yəqin ki, icra başçısı mənim yazdıqlarımın bir hissəsindən anladı əlimizdə olan məlumatları. Odur ki, icra başçısı Xalqxeber.Az-a basqı etmək və məhkəmə yolu ilə susdurmaq siyasətindən əl çəksin. Yoxsa.....!?
Sorğu
Yeni dizaynımız necədir?