Gundemxeber.az » Xəbərlərin siyahısı: 08.07.2017 » Səhifə 4
“Ötən müddət ərzində pro-aktiv strategiya əsasında siyasi-diplomatik, hərbi, informasiya, humanitar və digər sahələrdə Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması və ifşa edilməsi üçün mühüm tədbirlər görülüb”.
Daxili İşlər Nazirliyi İyulun 7-də İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşən istirahət mərkəzlərindən birində baş vermiş faciə ilə bağlı rəsmi məlumat yayıb.
“Səhiyyə Nazirliyinin Rostropoviç Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində 4 ay ərzində 275 yeni doğulmuşda skrininq (profilaktik müayinə) aparılıb. 85 uşaqda ürək-damar çatışmazlığı, 30 halda isə anadangəlmə ürək qüsuru aşkarlanıb”.
Biçarəlik, ümidsizlik, zəifliyin və gücsüzlüyün dərki insanlarda fərqli reaksiyalara səbəb olur. Gərçi fərd məntiqi və soyuqqanlıdırsa, problemlərdən çıxış yolları arayır, nöqsanlardan qurtulmağa can atır, heç olmasa davranışında və fəaliyyətində korrektələr edir, məqsədini dəyişir.
Model Leyla Oruclunun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsindən 15 gün ötür. Hadisənin üstündən günlər keçsə, bu mövzu mətbuatın və sosial şəbəkələrin gündəmindən çıxsa da, Leylanın ailəsinin yarası hələ də təzədir.
Gündəm xəbər bildirir ki, uzun müddətdir müzakirə mövzusu olan bu razılaşma üçün keçirilən səsvermədə ABŞ, İngiltərə, Rusiya, Fransa, Çin, Hindistan, Pakistan, Türkiyə, İran, İsrail, Almaniya, Yunanıstan, Yaponiya, İtaliyanın da daxil olduğu 69 ölkə iştirak etməyib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından da (32 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.
G20 sammitinin davam etdiyi Almaniyanın Hamburq şəhərində antiqlobalistlərlə polisin toqquşmalarında xəsarət alanların sayı artmaqdadır.
İranda üç nəfər xristian azərbaycanlı 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu barədə məlumatı İranın İnsan Hüquqları Mərkəzi yayıb.
Bir neçə ay öncə Bakı-Sumqayıt yolunda sürət həddini aşaraq və yol hərəkəti qaydalarını kobud pozaraq dəhşətli qəza törədən, 6 tələbənin ölümünə, 17-nin yaralanmasına səbəb olan mikroavtobus sürücüsü Namiq Həsənovun məhkəmə prosesi gedir. Məhkəmə prosesi qalmaqallı keçir və bu dəhşətli qəzanın heç də təsadüf olmadığı, qəzaya aparıb çıxaran
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?