Gündəm xəbər bildirir ki, uzun müddətdir müzakirə mövzusu olan bu razılaşma üçün keçirilən səsvermədə ABŞ, İngiltərə, Rusiya, Fransa, Çin, Hindistan, Pakistan, Türkiyə, İran, İsrail, Almaniya, Yunanıstan, Yaponiya, İtaliyanın da daxil olduğu 69 ölkə iştirak etməyib.
Qərarın qəbulundan sonra ABŞ, İngiltərə və Fransa ortaq açıqlama verərək razılaşmanı pisləyib. Qeyd edək ki, razılaşma 20 maddədən ibarətdir və 90 gün müddətində qüvvəyə minəcək. Nüvə silahları əleyhinə mübarizə, bu silaha sahib olmamaq, istehsal etməmək və bərpası mümkün olmayacaq şəkildə məhv etmək qərarın əsas məzmununu ifadə edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?