Gundemxeber.az » Xəbərlərin siyahısı: 03.02.2018
Pentaqona göndərilən hesabatda 879 TIR dolu silahın itkin düşdüyü ortaya çıxıb. Silahların harada və kimdə olduğu bilinmir, ya da xüsusilə gizlədilir.
Gülbən Ərgənin əleyhində danışması məhkəmə tərəfindən qadağan edilən Seren Serengil qanuna tabe olmadığı üçün 3 günlük həbs cəzasına məhkum edilmişdi. [/b]
Tahirə Əliyeva 22 ildən çoxdur ki, Bayılda sürüşmə ərazisində məskunlaşıb. Sürüşmə prosesi aktivləşəndən sonra isə Səbail rayon 163 nömrəli məktəbdə yaradılmış müvəqqəti sığınacağa köçürülüb.
Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2017" adlı nəşrində, 2010-cu il göstəriciləri əsasında Azərbaycan, təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkələrdən biri kimi təqdim olunur.
Rusiya prezidenti Vladimir Putinin seçki reytinqi seçki kampaniyası başladıqdan sonra ilk dəfə olaraq 70 faizdən aşağı düşüb. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) apardığı araşdırma bunu göstərir. Ekspertlər bunu seçicilərin alternativ hisslərinin yaranmasıyla əlaqələndirirlər.
Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin sakinləri binalarının qarşısında gəzinti üçün olan ərazidə tikinti aparılacağından narahatdırlar. B.Nuriyev 23/89 ünvanında yaşayan sakinlərin sözlərinə görə, adı məlum olmayan tikinti şirkətinin nümayəndələri ərazidə hazırlıq işləri aparır, ölçü götürürlər.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) müstəqil KİV-lərin və müxalifət liderlərinin Facebook hesablarına yönəldilmiş silsilə kiber hücumların təşkilinə görə Azərbaycan hakimiyyətini qınayır və son bir ay ərzində aparıcı müstəqil onlayn KİV-lərin və müxalifət liderlərinin ictimai səhifələrini hədəfə alan onlayn senzuranın
Sosial şəbəkələrdə İranda keçən ilin sonu və bu ilin əvvəli keçirilmiş etiraz aksiyalarının simvolu olaraq baş örtüyünü çıxarmış qadının görüntülərinə bu günlər tez-tez rast gəlmək mümkündür. Müşahidəçilər son etiraz aksiyalarında qadınların fəallığını qeyd edir. ABŞ-da yaşayan güneyli qadın hüquqları müdafiəçisi Sevil Süleymani İranda qadınların
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?