İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyiti tapılıb.
İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 119 saylı mənzildə yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona geri qayıdıb və dəmir darvazanı açaraq həyətə daxil olarkən orada bir kişinin öldüyünü görüb. Qadın dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu Quzanlı qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əliyev Akif Əbdülhüseyn oğlu olduğu məlum olub. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi deyilsə də onun meyidinin İsmayıllı şəhərində tənha yaşayan qadının evinin həyətində tapılması müəmmaya səbəb olub. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ məlum deyil. Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdma aparılır./apa
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?