Pentaqona göndərilən hesabatda 879 TIR dolu silahın itkin düşdüyü ortaya çıxıb. Silahların harada və kimdə olduğu bilinmir, ya da xüsusilə gizlədilir.
ABŞ-da qurumlar prezidenti təkzib edir. Sözçülər, nazirlik və ya prezidentin əmrlərini deyil, bağlı olduqları cərəyanın mətnlərini oxuya bilirlər. Suriya və İraqda olan Amerikalı generallar, eyni region üçün bir-birindən xəbərsiz müxtəlif planlar hazırlayırlar. ABŞ prezidenti Tramp, öz kəşfiyyat xidmətini yaratmaq üçün addım atır. Vaşinqtonda FBI keçmiş direktoru Müeller, Tramp və ailəsini həbsə atmaq üçün hər bir detalı hazırlayır. Bəzi Yəhudi lobbi təşkilatlarının dəstəklədiyi generallar, ABŞ baş qərargah rəisi Dunfordu vəzifədən almaq üçün Pentaqonda təsirini genişləndirir.
Müharibə daxildə böyüyür
Mühüm generalların övladları, fərqli fikirdə olan generalların təzyiqi ilə işlədikləri şirkətlərdən atılır. Kritik nöqtələrdə xidmət edən səfirlərin heç biri Xarici İşlər Nazirliyinə məlumat vermir. Səfirliklərin bəlkə də hamısı Pentaqon tərəfindən idarə olunur. Tramp və qrupu, Rusiya ilə əlaqə qurur. Tərəfdaşlıq istəyir. Vaşinqtondakı başqa bir güc, Rusiyanı bitirmək üçün oliqarxları qara siyahıya alır. Suriyada Rus əsgərlərinə hücum təşkil edir. Vaşinqtonda Pentaqona yaxın olan qüvvələr, İran, Türkiyə və Rusiyanın qarışdırılmasını istəyir. Həm də dərhal. Əks qüvvə isə İranla belə razılaşma zəmini axtarır. Amerikan mediasında Trampla bağlı yarısı doğru, digər yarısı böhtan xəbərləri yayır. Çarəsiz qalan ABŞ prezidenti Tramp isə hər gecə twitter hesabından mediaya ağır həqarətlər yağdırır. Tramp, kürəkəni Kuşner tərəfindən yönləndirilir. Kürəkən də Yəhudi lobbiləri tərəfindən. İndi bu qədər problemlərin yaşandığı ABŞ-ın Suriyada və ya İraqda hətta Əfqanıstanda belə uğurlu olması mümkün deyil. ABŞ-ın 50-yə qədər casus peyki var. 50-sinin hesabatları da bir-birindən gizlədilir. Hətta bəzi peyklər bir-birilərini qaralamaq üçün yönləndirilir. 16 Amerika kəşfiyyat orqanı da məlumat bölgüsünü bitirib. Hər kəs öz kəşfiyyatı informasiyasını öz aid olduğu dəstəsinə göndərir. Suriyada hansı, Amerikada hansının önə çıxacağı bəlli deyil. YPG-yə göndərilən silahların 4-5 min TIR təşkil etdiyi deyilir. Ancaq 1 yanvar 2018-ci ildə Pentaqona göndərilən hesabatda, 879 TIR dolu silahın harada olduğunun bilinmədiyi bildirilib. İtən bir neçə güllədən bəhs etmirik. 879 TIR dolu silahın harada olduğunu bilən yoxdur. Pentaqona görə, İtən 879 TIR dolu silahın günahkarı NATO-dur. Çünki NATO tərəfindən TIR-ların marşrutu ilə bağlı bəzi təşkilatlara məlumatlar verildiyi haqda informasiyalar var. İndi o təşkilatların PENTAQON deyil, NATO-dan əmr aldığı söylənilir. Kimdir bunlar? Yenə də bilən yoxdur./muxalifet.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?