Gundemxeber.az » Xəbərlərin siyahısı: 07.12.2018 » Səhifə 4
Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədov 2017-ci ilin yayında vəzifəsindən azad ediləndən sonra onun qardaşı Əvəz Əhmədov haqqında da cinayət işi başlandı, ardınca isə, o, həbs olundu. Həmin cinayət işinin məhkəmə araşdırması başlayıb.
Xəbər verdiyimiz kimi, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısının ikinci hissəsi yayılıb. Şübhə yox ki, bu hadisədə Moskvanın “barmağı” var.
MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov yenidən hakim qarşısına çıxarılır.
"ABŞ və Azərbaycan arasında terrorizm, narkotiklərin və kütləvi qırğın silahlarının yayılması da daxil olmaqla transmilli təhlükələrə qarşı aparılan ikitərəfli münasibətləri dərinləşdirmək vacibdir".
Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətini yoxlayaraq nöqsanlar aşkarlayıb. Məlum olub ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb.
Xəzər TV-nin məşhur ulduzu Zaur Kamal "Xəzər FM" və "100.5 FM" radionun direktoru təyin edilib.
Ötən gün avtomobil tərəfindən vurulan süpürgəçi Muradova Almaxanım Pirağa qızı vəfat edib.
Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı qondarma işğalçı rejimin “xarici işlər nazirliyi” Şuşa türməsində qanunsuz həbsdə saxlanılan azərbaycanlı girovlardan Elnur Hüseynzadəni Azərbaycanda həbsdə saxlanan erməni diversantlarla dəyişməyi müzakirə etməyə hazır olduqlarını bildirib.
Bakının Qaradağ rayonunda qadını intim video və fotoları ilə şantaj edən Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gəncədə olan sabiq nazirin obyektlərində yoxlamalar aparılması xəbərləri rəsmən təsdiqlənmir; Petek Dinçöz ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasına niyə gəlibmiş...
Sorğu
Yeni dizaynımız necədir?