GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əsirlərdən biri azad edilə bilər - GƏLİŞMƏ

Əsirlərdən biri azad edilə bilər - GƏLİŞMƏ

Tarix: 7-12-2018, 11:47 Bölmə :Cəmiyyət Baxış: 370
Əsirlərdən biri azad edilə bilər - GƏLİŞMƏ


Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı qondarma işğalçı rejimin “xarici işlər nazirliyi” Şuşa türməsində qanunsuz həbsdə saxlanılan azərbaycanlı girovlardan Elnur Hüseynzadəni Azərbaycanda həbsdə saxlanan erməni diversantlarla dəyişməyi müzakirə etməyə hazır olduqlarını bildirib.

Bu barədə Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, söhbət 2017-ci ilin fevralında Tərtər rayonunun Talış kəndi istiqamətində erməni hərbçilər tərəfindən əsir götürülmüş 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Elnur Hüseynzadədən gedir. Qondarma separatçı-terrorçu rejimin “sözçüsü” Artak Nersisyan bildirib ki, Kəlbəcər girovları Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsindən söhbət gedə bilməsə də, Elnur Hüseynzadənin heç bir cinayət törətmədiyini əsas götürərək onun azadlığa buraxılması mümkündür.

İşğalçı rejim Elnur Hüseynzadənin qaytarılmağı qarşılığında Azərbaycanda həbsdə olan 3 Ermənistan vətəndaşından “sağlamlıq problemləri olan” ikisinin azad olunmasını da şərt qoyub.

Bu barədə fikirlər Ermənistan mediasında da yayılıb.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirdi ki, qarşı tərəf öz ata-baba yurdlarını və doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və qeyri-qanuni məhkəmənin “hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi hər vəchlə “cinayətkar”, Azərbaycanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədini pozaraq təxribat əməlləri törətmiş Ermənistan hərbçilərini isə mülki şəxs kimi təqdim edir: “Bu, beynəlxalq hüquq normalarına, xüsusən də Cenevrə konvensiyalarına və onun əlavə protokollarına hörmətsizliyin ifadəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq cəhdidir. İndi də ermənilər təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə göndərilmiş və burada saxlanılmış Ermənistan hərbçisinin ailəsinin hakimiyyətdən onun azad edilməsi tələbinə cavab olaraq, eyni zamanda daxili ictimai rəyi sakitləşdirmək məqsədilə Elnur Hüseynzadəni azad etməyə hazır olduqlarını və Azərbaycan tərəfinin humanist addım atacağını gözlədiklərini bildirirlər. Əslində bu təklif 15 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində saxlanılmış Ermənistan Respublikasının kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın azad edilməsinə hesablanmışdır. Necə olur ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış separatçı rejimin ”yetkililəri" Ermənistan Respublikasının vətəndaşlarının azad edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Bu, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyi kimi, Ermənistanın daxili işlərinə qarışmaq deyilmi?! Dağlıq Qarabağdakı qanunsuz rejim bununla həm də özünü tərəf kimi sırımağa, qəbul etdirməyə çalışır. Saxlanılan şəxslərin dəyişdirilməsi müzakirə olunacaqsa Ermənistanla müzakirə oluna bilər, Dağlıq Qarabağdakı qanunsuz rejimlə deyil".

Əhməd Şahidovun sözlərinə görə, əgər humanist addımın atılması zəruridirsə, bu, saxlanılan əsir və girovların hamısını əhatə etməlidir. Başqa sözlə, əsir-girovlar “hamının-hamıya” prinsipi ilə azad edilməlidir: “Məlumdur ki, Azərbaycanın səlahiyyətli dövlət qurumu bu təklifi irəli sürən tərəf kimi mövqeyini dəyişməyəcəyini artıq bəyan edib. Biz də Azərbaycanın rəsmi mövqeyini dəstəkləyir və bu məsələdə ölkəmizin ictimai rəyinin nəzərə alınacağına əmin olduğumuzu bir daha ifadə edirik. Həmçinin razılaşmanın əldə edilməsi üçün danışıqlar həmişə olduğu kimi, beynəlxalq təşkilatların vasitəçiliyi ilə yalnız Ermənistanın aidiyyəti dövlət qurumları ilə davam etdirilməlidir”.

Qeyd edək ki, erməni əhali Azərbaycanın əsirlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təklifini əsirlərin dəyişdirilməsi fürsəti kimi qiymətləndirərək, hökumətə təzyiq etməkdədir. Artıq baş nazir əvəzi Nikol Paşinyan qeyri-standart vəziyyətlə üzləşib.

Azərbaycanın əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifinə Rusiyadan da reaksiya verilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 22-də keçirdiyi brifinqdə deyib ki, Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir: “Anlaşmalar razılığı və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də bu cür təşəbbüslər çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir”.

Ekspertlər hesab edir ki, Rusiyanın Ermənistana təsir imkanlərı genişdir, Moskva istəsə bu məsələnin tezliklə müsbət həllinə nail olunar.

İstisna deyil ki, parlament seçkilərindən sonra Nikol Paşinyan əsirlər məsələsində mövqeyində dəyişiklik edə bilər.

Kəlbəcərli girov Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da yaxın gələcəkdə atasının və Şahbaz Quliyevin Ermənistandan geri alınacağına inanır: “Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mən əminəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundan azad ediləcəklər. Ailəmizin ümidi hələ də var ki, onlar geri qaytarılacaqlar. Bu yaxınlarda mətbuatdan oxudum ki, Paşinyan girovların dəyişdirilməsindən imtina edib. Atamgilin Kəlbəcərə getməkdə tək məqsədləri öz doğmalarının qəbirlərini ziyarət etmək olub. Mənim atam kəşfiyyatçı və diversant olmayıb, sadəcə, mülki adam olub və anasının məzarını ziyarət etmək üçün doğma kəndinə getmişdi. Əvəzində onlar 4 il 5 aydır ki, qanunsuz olaraq girov saxlanılırlar və vəhşicəsinə işgəncələrə məruz qalırlar. Paşinyan öz açıqlamasında bildirir ki, guya onlar cinayətkardılar, ora gələrək hansısa qanunsuz əməllər törədiblər. Lakin atamgil öz doğma torpaqlarında cinayət törətməyiblər. Doğmalarının məzarını ziyarətə getmək cinayət deyil. Ermənistan hökuməti, Paşinyan atamgili cinayətdə günahlandırır, özlərinin etdiklərini isə gizlədirlər. Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdilər. Bunu niyə dilə gətirmirlər? Halbuki onun heç bir günahı yox idi. Qoy Ermənistan buna cavab versin, Həsən Həsənovun ölümündə kimi həbs etdilər, kim cavab verdi? Atam hansı cinayəti törədib, hansı qətldən söhbət gedir? Paşinyan əsirlərin azad olunmasında konstruktiv və humanist mövqe ortaya qoymadıqca onun öz ölkəsində ona münasibət get-gedə pisləşəcək”./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ terrorçuları Hüseynzadəni geri verməyə hazırlaşır

    Qarabağ terrorçuları Hüseynzadəni geri verməyə ...

    5-12-2018, 13:15

  • 
  • Əsir götürülən Elnur Hüseynzadə Qarabağda 2 aylıq həbs edilib

    Əsir götürülən Elnur Hüseynzadə Qarabağda 2 aylıq ...

    5-02-2017, 20:49

  • 
  • Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

    Dilqəm və Şahbaz erməni diversantlarla ...

    15-02-2018, 14:30

  • 
  • Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirildi — FOTO

    Ermənistan səfirliyi qarşısında azərbaycanlı ...

    16-12-2017, 14:36

  • 
  • Ailəsi əsir düşən əsgərin tərxis olunmağından "xəbərsizdir"

    Ailəsi əsir düşən əsgərin tərxis olunmağından ...

    2-02-2017, 20:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu