Gundemxeber.az » Xəbərlərin siyahısı: Fevral 2019 illər » Səhifə 29
Fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində 55 yaşlı Qubuşov Vasif İslam oğluna süni ürək köçürülüb.
Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı fevralın 25-nə təyin edilib.
Şamaxıda qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir. Bu barədə Şamaxı rayon İcra Hakimiyyəti məlumat yayıb.
Fevralın 11-də Sumqayıt Apelyasiya Məhkəməsi 30 sutka inzibati həbsə məhkum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şamaxı rayon təşkilatının sədri Zahir Məmmədlinin apellyasiya şikayətini təmin etməyib.
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi yaxın zamanlarda başlayacaq.
Türkiyənin ATV telekanalında Müge Anlının təqdimatında yayımlanan "Tatlı Sert" proqramında axtarılan Fəridə Ercanın özündən kiçik 5 oğlanla cinsi əlaqədə olduğu ortaya çıxıb.
Son vaxtlar hakim komandada aparılan kadr islahatlarında xüsusi olaraq diqqət çəkən məqam icra başçıları ilə bağlıdır. Məsələn, Binəqədi, Quba, Naftalan, Şamaxı, Səbael, Ağdam rayonlarına yeni kadrlar təyin olunduğu halda bəzən illərin rayon rəhbərlərinin önə çəkilməsinə də rast gəlinir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower” də indiki prezident Donald Trampın oğlu ilə Kremlə bağlı olduğu təxmin edilən rusiyalı vəkil Natalya Veselnitskaya arasında baş tutmuş görüşə dair telefon danışıqlarını əldə etmək üçün məhkəməyə müraciət hazırlayır. Virtualaz.org Amerika
[center] Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?