GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kərəm Həsənovun Əziz Əzizov üzərindən “Sovetski” projesi: yeni narazılar ordusu necə yaranır?

Kərəm Həsənovun Əziz Əzizov üzərindən “Sovetski” projesi: yeni narazılar ordusu necə yaranır?

Tarix: 11-02-2019, 14:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 717
Kərəm Həsənovun Əziz Əzizov üzərindən “Sovetski” projesi: yeni narazılar ordusu necə yaranır?


Son vaxtlar hakim komandada aparılan kadr islahatlarında xüsusi olaraq diqqət çəkən məqam icra başçıları ilə bağlıdır. Məsələn, Binəqədi, Quba, Naftalan, Şamaxı, Səbael, Ağdam rayonlarına yeni kadrlar təyin olunduğu halda bəzən illərin rayon rəhbərlərinin önə çəkilməsinə də rast gəlinir.

Bu sırada isə bir il öncə Əziz Əzizovun Cəlilabaddan Bakının Yasamal rayonuna gətirilməsi ayrıca olaraq maraq doğurdu. Uzun müddət Yasamal rayonu icra hakimiyyətinin başçısı postu boş qaldı. Bu müddət ərzində maraqlı qüvvələr bu vəzifədə özünü və yaxud öz adamını görmək üçün xeyli çaba sərf etdilər. Mediada da bu barədə çoxlarının piar kompaniyası həyata keçirildi. Amma, fevral ayında Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun bu vəzifəyə təyinatı bütün müzakirələrə son qoydu. Ə.Əzizovun Yasamal rayonuna rəhbər təyin olunmasından bir il ötür və ötən bir ildə xüsusi uğuru ilə fərqlənməyən icra başçısı indiki həssas dönəmdə yeni narazılıq ocağı yaratmaqdadır. Bunun detalları haqda bir qədər sonra. İlk olaraq Ə.Əzizovun Yasamal rayonuna transferinin gizli məqamlarıüzərinə diqqət yetirək. Son zamanlar tikinti və söküntüləriylə yadda qalan bu rayon Bakının ən qazanclı ərazisi sayılır. Məlumata görə, yaxın gələcəkdə də Yasamal rayonunda bir çox köhnə binaların sökülməsi və yerinə yenilərinin inşa edilməsi dövlət planına salınıb. Bu mənada Yasamalı ələ keçirmək demək olar ki, bütün iri məmurların arzusu idi. Daha çox Kərəm Həsənova yaxınlığı ilə seçilən Ə.Əzizovun Yasamala gəlişi isə rayonda yeni bir mərhələnin başlanğıcı hesab edilir. Eyni zamanda olaraq bildirək ki, Ə.Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Bu işini məmur vəzifəsində olduğu dövrdə inkişaf etdirib. Onun olduğu bildirələn obyektlərin mühüm bir hissəsinin elə Yasamal ərazisində yerləşməsi diqqəti çəkir. Eyni zamanda Ə.Əzizov Bakıda tikinti biznesi ilə məşğul olur. Odur ki, Yasamala icra başçısı təyinatı ikiqat onun üçün düşərli olub. Çünki Yasamal kimi strateji rayonda tikinti biznesini genişləndirəcək. Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli olanı isə Xırdalanda “AAAF Park”ın girişində fəaliyyət göstərən “Makromart” univermağıdır.
6 yerdə aparılan tikinti bumu, deputat Malik Həsənov Yasamalda iş başında Ə.Əzizovun Yasamal RİH-nin başçısı postunda yerləşdirilməsi ilə qane olmayan komitə sədri, başçı müavini postlarına da öz yaxın adamlarını yerləşdirmək, bununla da rayon ərazisində tam söz sahibi olmağa çalışır. Komitə sədrinin öz xalası oğlunu başçı müavini postunda məhz bu məqsədlə yerləşdirildiyi vurğulanır. Bilgili qaynağın cumhuriyyet.az-a bildirdiyinə görə, komitə sədri bununla icra hakimiyyəti sistemində tam olaraq söz sahibi olmağa çalışır. K.Həsənovun Yasamal RİH-də həyata keçirdiyi dəyişikliklər onun rayon ərazisində şəxsi maraqları çərçivəsində ciddi addımlar tacağını göstərir. Mənbə komitə sədri onun qardaşı Malik Həsənovun hazırda bir tək Yasamal rayonu ərazisindəki 6 fərqli məkanda tikinti işləri apardığını vurğulayıb. Bununla bağlı verilən məlumata görə, bura həm çoxmərtəbli yaşayış binalarının, həm də iri biznes mərkəzlərinin tikintisi daxildir ki, yaxın gələcəkdə bu işlərin daha miqyaslı xarakter alacağı gözlənilir. Komitə sədri və onun qardaşı Yasamal rayonu ərazisində daha bir neçə nəhəng yaşayış və biznes kompleksi inşa etmək niyyətindədirlər. Komitə sədrinin Yasamal RİH-də həyata keçirdiyi vəzifə dəyşikliklərinin də məhz bu planlarla bağlı olduğu şübhəsizdir. Başqa sözlə desək, komitə sədri milyonalarla vəsait sərf edəcəyi ərazidə siyasi-inzibati baxımdan da sözün məhz ona məxsus olmasından əmin olmağa çalışır. Görünən odur ki, Yasamal rayonunun yaxın gələcəkdə özü boyda tikinti meydançasına çevrilməsi ehtimalı var ki, bu meydançanın da sahibi K.Həsənovdur.

“Sovetski”də yeni söküntü bumu: İcra başçısının adamları toplayıcı rolunda

Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə səyyar qəbul-görüşdə bildirib. İcra başçısı söküntü işlərinin II mərhələsinin də həyata keçirildiyini və hazırda 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını nəzərə çatdırıb. İcra başçısı hazırda ikinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını sakinlərin diqqətinə çatdırıb. Ə. Əzizov III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin davam etdiriləcəyini bildirib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə “Sovetski”də aparılan söküntü işlərində icra başçısına yaxın şəxslər fəal iştirak edirlər. Belə ki, ərazidəki xirda metal qalıqları belə Ə.Əzizovun adamları tərəfindən toplanır və bəzən o özü də bu prosesə nəzarət edir.

İcra başçısı sökür, vətəndaşlar narazılıq edir

Bildirək ki, köçürmənin birinci mərhələsi 2017-ci ilin yayında başa çatıb və 4 min 300 ailə ərazidən çıxarılıb. Köçürülən ailələrə hər kvadratmetrə 1500 manat kompensasiya ödənilib. Ancaq məbləğin az olmasına etiraz edən, verilən vəsaitlə ev ala bilməyən xeyli sayda ailənin hələ də təyin olunan kompensasiyanı almadığı bildirilir. Onların bir çoxu hələ də ya qohumlarının evlərinə sığınıblar, ya da ucuz kirayələrdə yaşayırlar. Buna baxmayaraq, artıq Yasamal Rayon İcra Hakimiyyəti köçürmə işlərinin ikinci mərhələsinə başlayıb. Bu mərhələdə daha 2 min evin köçürülməsi prosesinin həyata keçiriləcəyi gözlənilir. Bununla bağlı İcra Hakimiyyəti tərəfindən məhəllə sakinlərinə xəbərdarlıq da edilərək, bildirilib ki, ərazidə yaşayan ailələrə yenə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcək.
Bu da “Sovetski”də yaşayan bir çox ailənin narazılığına və narahatlığına səbəb olub. Məhəllə sakinləri köçürüldükləri halda, verilən kompensasiya ilə yaşamaq üçün ev ala bilməyəcəklərindən, evsiz qalacaqlarından narahatdırlar. Çünki ərazidəki evlərin bir çoxunun sahəsi kiçik olduğundan, verilən kompensasiya ilə nəinki indi yaşadıqları mərkəz ərazilərdə, heç ucqarlarda belə normal şəraiti olan mənzil almaq mümkün deyil. Nəzərə alsaq ki, 2014-cü illə müqayisədə tikinti materialları bazarında qiymətlər xeyli bahalaşıb, sahəsi kiçik olan mənzillərdə yaşayanların verilən kompensasiya ilə özlərinə ev tikməkdə belə çətinliklə üzləşəcəkləri şübhə doğurmaz. Ona görə də sakinlər hər kvadratmetrə kompensasiyanın ən azı 2 min manata qaldırılmasını, sahəsi kiçik olan mənzillərə 2500 manatdan hesablanmasını xahiş edirlər. Ya da sahəsi kiçik olan evlərdə yaşayanlara əraziyə yaxın binalarda 2 otaqlı mənzillər verilməsi arzusundadırlar. Sakinlər Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxslərinin onların evlərini tərk etməyə məcbur etmək üçün dözülməz şərait yaratdıqlarını bildirirlər: “Bizim hüquqlarımız pozulur, evlərimizdən çıxmağa məcbur etmək istəyirlər. Qazımızı, suyumuzu tam kəsiblər. Elektrik xətlərini hər gün gəlib kəsirlər. Camaat bir təhər bərpa edir, yenə kəsirlər. Məqsədləri odur ki, məcbur qalıb evlərimizi tərk edək. Bir çox insan məcburiyyət qarşısında qohumlarının evlərinə, kirayəyə köçməli olub. Qalanlarını da buna məcbur etmək üçün gecələr hətta evlərimizin pəncərələrini daşlayırlar. Bizim harada və necə yaşayacağımızla maraqlanmırlar”.
Sakinlərin sözlərinə görə, əraziyə göndərilən məsul şəxslər insanları aşağılamaqdan belə çəkinmirlər: “Hörmətli prezidentimiz, eləcə də birinci vitse-prezident Mehriban xanımın sadə insanlara nə qədər qayğı ilə yanaşdığının hər gün şahidi oluruq. Prezident dəfələrlə çıxışlarında da məmurlara xəbərdarlıq edib ki, özlərini xalqın ağası kimi deyil, xidmətçisi kimi aparsınlar. Ancaq əraziyə gələn İcra Hakimiyyətinin məsul şəxsləri vətəndaşların şikayətlərini dinləmək belə istəmirlər. Deyirik ki, bizə təklif olunan kompensasiya ilə ev almaq mümkün deyil. Deyirlər ki, “indiyədək quş damında yaşayırdınız, indi də gedin bir yer tapın yerləşin”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yasamal rayonuna yeni icra başçısı təyin olunub

    Yasamal rayonuna yeni icra başçısı təyin olunub ...

    2-02-2018, 16:00

  • 
  • İcra başçısı şöbə müdirini işdən çıxardı

    İcra başçısı şöbə müdirini işdən çıxardı ...

    4-10-2018, 15:21

  • 
  • Əziz Əzizovun Cəlilabad gestaposu

    Əziz Əzizovun Cəlilabad gestaposu ...

    15-12-2012, 14:14

  • 
  • Əziz Əzizova qarşı İDDİA - "Pulumun heç olmasa, yarısını qaytarsın"

    Əziz Əzizova qarşı İDDİA - "Pulumun heç ...

    5-06-2018, 17:54

  • 
  • Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib - Prezidentdən SƏRƏNCAM

    Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib ...

    6-02-2018, 17:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu