Gundemxeber.az » Xəbərlərin siyahısı: 29.05.2019 » Səhifə 2
Azərbaycanda adam oğurluğu, adam öldürməyi sifariş verməkdə və digər ağır cinayətlərdə ittiham olunan İran vətəndaşı Bəşir Qəhrəmani, onun mütəşəkkil dəstəsinin üzvləri - İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Milli Şuranın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü ilə bağlı mayın 28-də Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə keçirdiyi tədbir zamanı saxlanılan 8 nəfərin hamısı sərbəst buraxılıb. Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu bildirib.
Şahin Xiyavlı İran Azərbaycanında türklərə siyasi, ictimai və mədəni tədbirlər təşkil etmək üçün icazə verilmədiyini deyir. Onun sözlərinə görə, İranın təhlükəsizlik qüvvələrinin həbs etdiyi fəalların əksəriyyəti bu növ mərasimlərə qatıldıqları üçün saxlanılıblar.
Dövlət Gömrük Komitəsi mütəmadi olaraq açıqlamalar yayıb, gömrükdə şəffaflığın tam olaraq təmin olunduğunu bildirsə də, vətəndaşların gömrük orqanları ilə bağlı şikayətləri günü-gündən artır. Belə şikayətlərdən biri bu günlərdə vətəndaş Paşayev Fəxrəddin Çoban oğlu tərəfindən Qaynarinfo-ya ünvanlanıb.
Azərbaycanda gənc qadını sosial şəbəkə vasitəsi ilə şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Mahmud Mərdanovun (cinayət işindəki ad və soyadları şərti veririk – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Anasının ölümünə görə 3 saylı Şəhər Klinik Xəstəxanasında etiraz edən vətəndaş həbs edilib.
GundemXeber.Az xəbər verir ki, azerbaycanrealligi.com-a müraciət edən Həsənova Xatirə Fəzail qızı dələduzluqla qarşılaşıb. Onun Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən olan-qalan 3 otaqlı evi demək olar ki, əlindən çıxmaq üzrədir.
Bir qədər əvvəl prezident İlham Əliyevin fərmanı ilə Bakıdakı yeni tikililərin («novostroyka»ların) istismara qəbulu sadələşdirilib və tezliklə paytaxtda 400-dən çox binanın istismara qəbul edilməsi gözlənilir.
“Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib. Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir. O ərazilərdən azərbaycanlılar çıxarılıb”.
“Mxitaryanın Bakıya getməkdən imtina etməsini başa düşə bilmirəm. Kimdən qorxursan, hansı siyasi əlaqələrdən? Futbolçudur işini görməlidir, meydana çıxmalıdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?