GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tikinti şirkətindən narazı olan sakinlər aksiya keçirdi

Tikinti şirkətindən narazı olan sakinlər aksiya keçirdi

Tarix: 29-05-2019, 12:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 821
Tikinti şirkətindən narazı olan sakinlər aksiya keçirdi


Bir qədər əvvəl prezident İlham Əliyevin fərmanı ilə Bakıdakı yeni tikililərin («novostroyka»ların) istismara qəbulu sadələşdirilib və tezliklə paytaxtda 400-dən çox binanın istismara qəbul edilməsi gözlənilir.

GundemXeber.az FED.az-a istinadən xəbər ki, həmin binaların istismara qəbul edilməsi üçün MTK-lara 6 ay vaxt verilib. Bu da ona əsas verir ki, binalar yeni qaydalara əsasən – MTK-lar tərəfindən deyil , sakinlər və ya idarəçi şirkət tərəfindən idarə olunmalıdır. Amma hazırda bəzi binalarda baş verən proseslər göstərir ki, bunu etmək asan olmayacaq. Bakıda sakinlərin idarə etməyə götürmək istədiyi daha bir binada MTK ilə qarşıdurma yaranıb. Söhbət paytaxtın Nərimanov rayonu Əliyar Əliyev 65 ünvanındakı «Qafqaz MTK» kooperativinin inşa etdiyi binadan gedir.

Bir neçə ildir ki, sakinlərin böyük hissəsinin yaşadığı bina indiyədək təhvil verilməyib və digər binalar kimi MTK tərəfindən idarə olunur. Qeyd edək ki, ölkə qanunvericiliyinə bir neçə ay əvvəl edilən dəyişikliyə əsasən, belə binalar tezliklə MTK-lardan alınaraq sakinlərin və ya onların seçdiyi şirkətlərin idarəçiliyinə verilməlidir. Buna mane olmaq istəyənləri isə qanunvericiliyə uyğun olaraq ciddi cərimələr gözləyir. Amma MTK-ların bir hissəsi artıq inşası başa çatmış binaları sakinlərə təhvil verməyə tələsmirlər və hətta buna maneçilik yaratmaqdan belə çəkinmirlər.

Mayın 22-də yaranan qarşıdurma da bununla əlaqədar idi. Bina sakinləri yaşadıqları binanı bu sahədə fəaliyyəti ilə tanınan «Rahat Yaşam» şirkətinin idarəçiliyinə vermək niyyətindədir. Qeyd edək ki, adı çəkilən şirkət hazırda Bakı və Sumqayıtda 20-dən çox binanın peşəkar olaraq, yəni Türkiyə və Avropa modeli ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq idarəetməni həyata keçirir.

«Qafqaz MTK»nın sakinləri binanı bu şirkətin idarəçiliyinə vermək üçün mart-aprel aylarından danışıq aparırlar. O vaxtdan şirkətin nümaynədələri ilə bir neçə dəfə görüş keçirilib, «Rahat Yaşam»ın nümaynədələri binaya gələrək onun texniki «chekc-up»nı həyata keçirib və mövcud tarifi 0.40 AZN –dən 0.35 AZN -ə edirərək yeni tarif müəyyən ediblər. Mənzil qanunvericiliyinə uyğun olaraq əvvəlcə sakinlərin ümumi yığıncağı keçirilib, sakinlərə şirkətin xidmətləri haqqında geniş məlumat verilib və sakinlərin qərarı ilə yetərsay imzalar toplanaraq şirkətin xidmətə başlaması protokollaşdırılıb. Daha sonra 10 gün əvvəldən bina giriş bloklarında elanlar elan lövhələrində yerləşdirilib. Bina sakinlərini şirkətin xidmətləri ilə tanış etmək üçün bloklardan elanlar da asılıb.

Sakinlərdən razılıq imzaları toplanıb və artıq mayın 20-də şirkət binanı idarəyə götürməli idi.

Problem də bundan sonra yaranıb. Həmin tarixdə buraya gələn «Rahat Yaşam» əməkdaşlarını binanın tikintisini həyatak keçirən MTK-nın və podratçı şirkətin rəhbərliyi, iş icraçıları (prorablar), onların əməkdaşları və mühafizəçiləri qarşılayıb. Şirkətə bildirilib ki, burada işləyə bilməzlər və seçim düzgün aparılmayıb. Həmin imzalar saxtadır və biz bu mülkiyyətçiləri tanımırıq. Halbuki onlar sakinlərin qəbul etdiyi qərara müdaxilə edə bilməzlər.

Qarşıdurma zamanı məlum olub ki, binanın tikintisini aparan podratçı şirkətin rəhbəri, eləcə də həmin binada bir neçə mənzili olan Davud Hacıyev bu plana qarşıdır və binanın idarəçiliyini öz şirkətinə - «R-N Company» MMC-yə həvalə etməklə özünün və binada olan ona yaxın olan digər şəxslərin kommunal borclarını silmək, həmdə tikintidə buraxdıqları nöqsanları ört-basdır etmək istəyir. Buna görə də binanı faktiki idarə edən, amma qanunla heç bir səlahiyyəti olmayan pordratçının göstərişi ilə «Rahat Yaşam»ın elanları yığışdırılıb və onun yerinə «R-N Company» MMC-nin elanları asılıb.

Mayın 21-də podratçı şirkətin təşəbbüsü ilə sakinlərin iclası çağırılıb (binanın «R-N Company» MMC şirkətinə idarəetməyə verilməsi üçün). Amma sakinlərin bu iclasa getməyib, cavabında mayın 22-də sakinlər öz iclaslarını təyin ediblər (binanı «Rahat Yaşam»a idarəetməyə vermək üçün).

Mayın 21-də iclasda iştirakçı həddindən artıq az olsa da, məlum olub ki, binanın aktiv sakinlərindən biri Siyavuş Məcidov əsassız olaraq haqqında polisə şikayət var və onu polisə çağırıblar. Qeyd edək ki, adı çəkilən şəxs binanın «Rahat Yaşam»a idarəetməyə verilməsini dəstəkləyir. Şikayətin kim tərəfindən edilməsi açıqlanmayıb, S.Məcidov isə polisə gedib, amma şikayətin əsassız olduğu aydınlaşıb.

Belə məsələlərə son qoymaq və binada bütün proseslərin qanun çərçivəsində aparıldığını sübut etmək üçün bina sakinləri mayın 22-də keçirilən toplantıya ərazi üzrə sahə müvəkkili ilə yanaşı Nərimanov RPİ-nin 15 –ci polis bölməsinin əməkdaşlarını da çağırıblar. Buraya gələn polislər hər şeyin qanun çərçivəsində olduğunu – sakinlərin şirkət nümayəndələri ilə görüşmək istədiyini görərək, məsələyə qarışmayıb. Üstəlik, polis işçiləri də sakinlərə qoşularaq binaların idarə edilməsi ilə bağlı ölkədə tətbiq edilən yenilikləri maraqla dinləməyə başlayıblar.

MTK rəhbərliyi müxtəlif bəhanələrlə görüş üçün qapalı yer ayırmadığına görə, toplantı elə binanın həyətində keçirilib.

Görüşdə əvvəlcə sakinlər binada uzun illərdən bəri üzləşdikləri və MTK tərəfindən həll edilməyən problemləri sadalayıblar. Sakin Siyavuş Məcidov bildirib ki, MTK binanın ərazisində müxtəlif lazımsız obyektlər tikir və buna görə hər dəfə sakinlərdən pul toplayırlar: «Yeni qazanxana tikilərkən MTK çəkməli olduğu xərcləri , dediklərinə görə 600 min manata başa gəlib.Sakinlərin bir qismindən məcbur alıblar. Binada da 40 min kvadrat mənzil var, deyirlər mənzilin hər kvadratmetrinə görə 15 manat ödəməlisiniz. Biz sakinlər olaraq bu qazanxananı istəmirik, bizimlə heç məsləhətləşməyiblər də».

Bəzi sakinlər isə bildirir ki, MTK binanın bəzi yerlərində özünün yerinə yetirməli olduğu fasad işlərini də sakinlərin üzərinə atır, nəticədə bəzi sakinlər indiyədək evlərinə köçə bilmirlər: «2012-ci ildə mənzil almışam, indi 2019-cu ildir, köçə bilmirəm. MTK tələb edirki, eyvanın çölə baxan hissəsini onların tələb etdiyi mozaika ilə üzləyək. Bunun da kvadratı 35 manatdır. Deyirəm ki, bu hissə fasaddırsa, həmin hissəni MTK özü xərc çəkib üzləməlidir, deyirlər xeyr, fasad sayılmır, deyirəm onda özüm bilərəm necə üzləyirəm, deyirlər ki, olmaz, bax belə vəziyyət yaradıblar».

Toplantıda digər sakinlər binanın üzləmə işinin keyfiyyətsiz görülməsindən şikayətləniblər. Bildirirlər ki, artıq bəzi yerlərdə divarlardan qopmalar var: «Ona görə də uşaqlar həyətə buraxmağa çəkinirik ki, divardan başlarına nəsə düşər».

Maraqlıdır ki, ötən il binanın «Azəriqaz»a 41 min manat borcu olduğu ortaya çıxıb. Sakinlər bu pulun yarısını toplayaraq qazın verilməsinə nail olublar: «Borca görə qaz kəsiləndə elektrik enerjisinə aylıq 200-250 manat ödəniş edirdik mənzil başına, baxmayaraq ki, sakin olaraq təyin edilmiş kommunal ödənişləri MTK-ya ödəmişdik»-deyə sakinlər bildirib.

Sakinlərlə görüşən «Rahat Yaşam» şirkətinin nümayəndəsi Elxan Orucov binanın idarə olunması ilə bağlı planları açıqlayıb. Onun sözlərinə görə, toplanacaq vəsaitin məbləği artmayacaq, əksinə, bu vəsait hesabına binanın saxlanması və mühafizəsi ilə yanaşı, ortaya çıxa bilən problemlərin həlli üçün binada fond da yaradılacaq: «Bütün məsələlər qanuni həll olunacaq, ödənişlər onlayn aparılacaq və sakinlər bütün vəsaitlərin necə və hara xərclənəcəyini biləcəklər». Sakinlər E.Orucova binanın necə idarə olunacağı ilə bağlı suallarını ünvanlayıb və ətraflı cavablar alıblar.

Məsələ ilə bağlı adı bir neçə dəfə hallanan və binanın idarəetməyə verilməsinə əsas maneə törətdiyi bildirən Davud Hacıyev isə FED.az-a bildirib ki, haqqında deyilənlər həqiqətə uyğun deyil, o sadəcə sakinlərdən biridir və binanın idarə olunması üçün qərarın şəffaf qəbul edilməsini istəyib: «Əlbəttə ki, qərarı sakinlər verməlidir, amma bu prosesin şəffaf keçməsini istəyirik, istəyirik bütün sakinlər istəklərini öz imzaları ilə təsdiqləsinlər. Mən bu prosesdə sakin kimi çıxış edirəm. Özü də istəmirik ki kənardan şirkət gəlib idarə eləsin». D.Hacıyev bildirir ki, haqqında danışılan «R-N Company» şrkəti binanı idarəetməyə götürmək deyil, cəmi iki aylıq tamamlama işləri aparmaq istəyir. Hərçənd, binada yapışdırılan elanlarda şirkətin məhz idarəetmə xidməti göstərmək istədiyi açıq aşkar öz əksini tapır.

Binanın idarəetməyə verilməsinə mane olmağa görə, qanunla cəza nəzərdə tutulduğunu (bir qədər əvvəl İnzibati Xətalar Məcəlləsinə bu barədə dəyişiklik edilib – FED.az) Davud Hacıyevə xatırlatdıqda, o bildirib ki, həmin cərimələr o vaxt qüvvəyə minəcək ki, bina istismara qəul edilmiş olsun və buradakı bütün mənzillərə mülkiyyət hüququ (yəni «kupça») verilsin: «Hazırda binada heç kimin kupçası olmadığına görə, bu cərimələr tətbiq edilə bilməz».

Amma bu iddianın həqiqətə uyğun olmadığını dəqiqləşdirmək çətin olmadı. İqtisadiyyat Nazirliyinin Mənzil Kommunal şöbəsindən (binaların idarəetməyə verilməsi məsələlərini bu qurum nəzarətdə saxlayır) FED.az-a bildirilib ki, binanı idarəeməyə götürmək üçün sakinlərin əlində maliyyə arayışı olması kifayətdir: «Bina nəinki istismara verilməyibsə, hətta onun tikintisi başa çatmasa belə, bu arayış varsa, sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yara və binanın idarə edilməsinə başlaya bilərlər» - deyə şöbə müdirinin müavini Fərrux Dadaşov bildirib.

Bu o deməkdir ki, hazırda istismara verilib-verilməməsindən asılı olmayaraq bütün yeni tikililərin, o cümlədən «Qafqaz MTK»nın idarə etməyə verilməsinə mane olmağa görə, cərimələr tətbiq edilə bilər.

Bütün bu prosesə son qoymaq və binanın idarəçiliyini qanuni şəkildə həll etmək məqsədilə, «Qafqaz MTK»nin sakinlərinin mayın 26-da yeni toplantısı təyin edilib. Sakinlər bu toplantıya digər əlaqədar qurumların – o cümlədən İqtisadiyyat Nazirliyinin, yerli icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının, eləcə də KİV nümayəndələrini nümayəndələrini dəvət etmək niyyətindədirlər.

Bu hadisə – yeni tikilinin idarəetməyə götürülməsi ilə bağlı yaşanan gərginlik, podratçı şirkətin və MTK nümayəndələrinin müqaviməti göstərir ki, dövlət qurumları əhalinin hələlik o qədər də məlumatlı olmadığı bu sahədə problemlərin yaranmaması üçün daha aktiv olmalı və bütün prosesi məntiqi sonunadək izləməlidirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdakı “novostroyka” sakinlərindən orijinal etiraz

    Bakıdakı “novostroyka” sakinlərindən orijinal ...

    24-01-2014, 14:16

  • 
  • "Sevil" MTK-nın aldatdığı vətəndaşlar PA qarşısında aksiya keçirdi

    "Sevil" MTK-nın aldatdığı vətəndaşlar ...

    21-11-2014, 02:00

  • 
  • “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - Şikayət

    “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - ...

    13-10-2014, 18:18

  • 
  • İlham Əliyevin inqilabi fərmanı

    İlham Əliyevin inqilabi fərmanı ...

    19-02-2019, 19:30

  • 
  • “Olimpus-az” MTK-nın işini baş prokurorluq araşdıracaq

    “Olimpus-az” MTK-nın işini baş prokurorluq ...

    11-03-2019, 16:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu