GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » MSK MÜƏMMASI: NƏ BAŞ VERİR? – İki səbəb

MSK MÜƏMMASI: NƏ BAŞ VERİR? – İki səbəb

Tarix: 28-03-2016, 19:48 Bölmə :--- Baxış: 0
MSK MÜƏMMASI: NƏ BAŞ VERİR?  – İki səbəb

Neftin qiymətinin düşməsindən sonra ölkədə yaranan maliyyə çətinlikləri geniş miqyaslı struktur islahatlarının aparılması məsələsini gündəmə gətirdi. Ölkə prezidenti İlham Əliyev də son bir il ərzində keçirilən müşavirələrdə dəfələrlə bunun zəruri olduğunu vurğulayıb.

Artıq dövlət başçısının fərmanı ilə oxşar funksiyaları yerinə yetirən bəzi dövlət qurumlarının birləşdirilməsi, bəzilərinin isə hətta ləğvi həyata keçirilib. Nazirliklər, dövlət komitə və şirkətləri daxilində də belə islahatlar aparılıb. İdarəetmənin sadələşdirilməsi və xərclərin azaldılması üçün bu prosesin bundan sonra da davam etdiriləcəyi, bir sıra dövlət qurumlarının birləşdiriləcəyi gözlənilir.

“AzPolitika.info”ya daxil olan məlumatda belə qurumlardan biri kimi Mərkəzi Seçki Komissiyasının (MSK) da adı çəkilir. Belə ki, hökumət dəhlizlərində dolaşan söhbətlərə görə, hazırda ölkə rəhbərliyi səviyyəsində MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyulması məsələsi müzakirə olunur.
Məlumatda bildirilir ki, MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyularaq, Daxili İşlər Nazirliyini tabeçiliyinə verilməsi təklif edilir. Bununla bağlı Türkiyənin təcrübəsindən istifadə olunması da mümkündür.

Elə 5 aydır ki, səlahiyyət müddətinin bitməsinə baxmayaraq, MSK-nın yeni tərkibinin təsdiqlənməməsinin səbəblərindən biri də bununla bağlanır.

MSK MÜƏMMASI: NƏ BAŞ VERİR?  – İki səbəb

Digər bir səbəb kimi isə, MSK-nın hazırkı sədri Məzahir Pənahovun vəzifəsindən azad edilməsinə qərar verilməsi göstərilir. Hazırda onun yerinə gətirilməsi planlaşdırılan namizədlərlə bağlı müzakirələrin getdiyinə dair fikirlər var. Daha dəqiqi, hakimiyyət daxilindəki bütün tərəfləri razı sala biləcək namizəd axtarılır.

Səbəb budursa, ötən ilin parlament seçkilərindən sonra faktiki olaraq səlahiyyətini itirən MSK-nın hələ də yenidən formalaşmaması, bu namizədi müəyyənləşdirməyin o qədər də asan olmadığını göstərir…

Qeyd edək ki, MSK-nın hazırki tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb. Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Yəni parlament seçkilərinin nəticələri təsdiqlənən kimi, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti başa çatır, yeni tərkib seçilir.

Qanunvericiliyə görə, Mərkəzi Seçki Komissiyasının yeni tərkibi yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Milli Məclis tərəfindən təsdiqlənməlidir.

Göründüyü kimi, MSK ilə bağlı qanunvericiliyin tələbləri kobud şəkildə pozulub, hazırki tərkibin səlahiyyət müddəti xeyli vaxtdır bitsə də, hələ də fəaliyyətini davam etdirir, üstəlik dövlətdən maaş da alırlar. Əvəzində isə parlamentə yeni düşən bəzi partiyalar öz nümayəndələrini MSK-ya göndərmək hüququndan yararlana bilmirlər.

MSK MÜƏMMASI: NƏ BAŞ VERİR?  – İki səbəb

Belə ki, Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.

MSK-nın 2010-cu ildə formalaşan tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.

Bunların arasında Akif Qurbanov MSK-da Ümid Partiyasını təmsil edirdi. Ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olduğu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçilib. Bu da o deməkdir ki, MSK-nın yeni tərkibində ən azı A.Qurbanovu kimsə əvəzləməlidir.

Eyni zamanda həmin seçkilərdən sonra Vəhdət Partiyasının sədri Tahir Kərimli və Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də mandat əldə ediblər. Bu isə həmin partiyaların üzvlərinin də MSK-da təmsil oluna bilməsi imkanını yaradıb.

MSK MÜƏMMASI: NƏ BAŞ VERİR?  – İki səbəb

Ancaq yeni tərkibin formalaşdırılması gecikdirildiyindən, MSK-da kimlərin olub-olmayacağı da məlum deyil.

Qeyd edək ki, bu məsələ deputatlar tərəfindən də bir neçə dəfə gündəmə gətirilib. Məsələn, deputat Fazil Mustafa bir müddət əvvəl musavat.com-a bildirib ki, MSK-nın formalaşması ilə bağlı hələ də bir xəbər ala bilməyiblər: “Formalaşma prosesi başa çatmayıb. Bizdə də bununla bağlı məlumat yoxdur. Müraciət etmişik, ancaq səbəbi barəsində məlumat verilməyib. Yəqin ki, hansısa sənədləşmə işləri aparılır, nələrsə aydınlaşmayıb”.

MSK MÜƏMMASI: NƏ BAŞ VERİR?  – İki səbəb

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bir müddət əvvəl MSK-nın mart ayına qədər formalaşacağını açıqlamışdı. Report.az-a müsahibəsində o demişdi ki, hazırda YAP-da bununla bağlı hazırlıq işləri gedir: “Bəzi məsələlər həll edildikdən sonra partiyanın İdarə Heyətinin qərarı ilə MSK üzvlüyünə namizədlərimizi müəyyən edəcəyik”.

Ancaq mart ayı başa catsa da, MSK-nın yeni tərkibi formalaşdırılmadı. Görünür Siyavuş Novruzovun da gecikmənin əsl səbəbindən xəbəri yoxdur.

N. İsmayılov
AzPoltika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində İşçi Qrup yaradıldı

    Prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində ...

    5-08-2013, 12:11

  • 
  • MSK-nın iclası başladı, müraciətlər müzakirə olunur - XƏBƏR YENİLƏNİR

    MSK-nın iclası başladı, müraciətlər müzakirə ...

    13-02-2020, 16:26

  • 
  • MSK İlqar Məmmədovla bağlı qərarını dəyişmədi

    MSK İlqar Məmmədovla bağlı qərarını dəyişmədi ...

    27-08-2013, 11:41

  • 
  • MSK İsgəndər Həmidovun şikayətinə baxdı

    MSK İsgəndər Həmidovun şikayətinə baxdı ...

    16-10-2015, 17:15

  • 
  • MSK sədrinin seçki komissiyaları üzvlərinin maaşları artırıldı

    MSK sədrinin seçki komissiyaları üzvlərinin ...

    14-01-2014, 12:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu