“Hesab edirik ki, avqustun 24-də Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovla bağlı qərar qəbul edərkən əsas gətirdikləri hüquqi zərurət artıq aradan qalxmışdı”. Bunu Modern.az-a açıqlamasında REAL Hərəkatı sədri, prezidentliyə namizəd İlqar Məmmədovun vəkili və səlahiyyətli nümayəndəsi Xalid Bağırov deyib.
Qeyd edək ki, İ. Məmmədovun sənədləri geri qaytarıldığı üçün REAL Hərəkatı MSK-nı məhkəməyə verib. İ. Məmmədovun namizədlik məsələsi müzakirə edilərkən sənədlərdə bəzi çatışmazlıqlar aşkarlanıb. MSK-nın iradlarından biri budur ki, REAL lideri təcridxanadadır, bu baxımdan sənədlərdə poçtun deyil, təcridxana rəhbərinin möhürü olmalıdır. Bu olmadıqda məktublar anonim sayılır.
Vəkil Xalid Bağırov qeyd edib ki, onların MSK-nı məhkəməyə vermələri üçün kifayət qədər hüquqi əsasları var.
MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə Modern.az-a açıqlamasında bildirib ki, onların da mövqeyi açıq və ortadadır.
“MSK-nın iclasında da rəhbərlik səviyyəsində məsələyə münasibət bildirilib”, – deyə A. Sarıyev vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?