“Bu yaxınlarda sözləri Leyla Əliyevaya aid olan “Kor olmuşam” və “Mənə bir söz söylə” şeirinə musiqi bəstələmişəm”.
Bu sözləri açıqlamasında əməkdar artist, bəstəkar Elza Seyidcahan deyib. O qeyd edib ki, yaradıcılığı ilə bağlı daim fəaliyyətdədir və konsertlər gözlənilir: “Hər iki əsər çox gözəldir. Hətta “Kor olmuşam” şeirinə bəstə yazanda göz yaşlarımı saxlaya bilmədim. Bu musiqi demək olar ki, bütün günü ürəyimdə oxunur. Çox istəyərdim ki, yaxın zamanlarda onu dinləyə biləsiniz. Son bəstəm “Kor olmuşam” olsa da, musiqilərim çoxdur”. Elza Seyidcahan son yazdığı şeirin övladına həsr etdiyi “Oğlum” adlı şeir olduğunu da deyib. Və onu səsləndirib:
“30 il öncə Ana oldum, Səni böyütdüm, İgid oldun Sağ qolum, Səndədir yolum, Sənsiz mən solum. Sol qolum, sol qolum. Allahdan arzum, Övladın olsun, Nənə olum, Nənə olum”.
O, son zamanlar böyük iş adamının onun şeirlərini və özünü bəyəndiyi üçün evlənmə təklifi etdiyi məlumatına da münasibət bildirib:
“Əvvəla, mənim şeirlərimi çoxları bəyənir. Yəni əsas kefiyyətdir, kəmiyyət deyil. Bu səbəbdən xoşbəxtəm ki, hər iki baxımdan şeirlərim sevilir. Buna görə hər kəsə minnətdarlığımı bildirirəm. Lakin şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Yalanlara cavab verərək onların ayaq tutub yeriməsini istəmirəm”.
Sorğu
Yeni dizaynımız necədir?