GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Tovuzda ailə internatı və qol qoyulan qanunsuzluqların görünən tərəfləri

Tovuzda ailə internatı və qol qoyulan qanunsuzluqların görünən tərəfləri

Tarix: 26-07-2017, 14:50 Bölmə :--- Baxış: 451
Tovuzda ailə internatı və qol qoyulan qanunsuzluqların görünən tərəfləri


Əldə etdiyimiz məlumatlara görə, xəstə quruplarda “təhsil alan” şagirdlərin adına verilən təqaüd kartları onların valideyinlərində deyil, direktor vəzifəsini daşıyan Eldar Hümbətovun cibində olduğu da bildirilir

Tovuz rayonunun Qovlar qəsəbəsində fəaliyyət göstərən və Eldar Hümbətovun rəhbərlik etdiyi internat məktəbində yaşananlar, bu gün əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. O halda sual oluna bilər ki, adı çəkilən müəssisədə nələr baş verir ki, hansı qanunsuzluqlara qol qoyulur ki, aparıcı media qurumları baş verənlərə daha çox diqqət ayırır və yaşananları qabartmağa qərar da verirlər. Bəlkə də, yaşananlar haqda lazımi məlumatı olmayanlar baş verənləri lazımınca qiymətləndirməyi bacarmır və problemlərin varlığına gözucu da yanaşırlar. Amma, əsl həqiqətlər haqda məlumatlı olan hər kəs bilir ki, bu gün də Eldar Hümbətovun rəhbərlik etdiyi internat məktəbində çoxsaylı qanunsuzluqlar, bənzəri olmayan anarxiya tüğyan edir, müəllimlər arasında ayrıseçkilik amili qabardılır və digər xoşagəlməz qanunsuzluqlara imza atılır.
“Gündəm Xəbər”ə verilən məlumatlara və bəzi media qurumlarının yazdıqlarına görə, 2006-cı ildən adı çəkilən müəssisədə idman müəllimi işləyən direktorun oğlu Rauf Hümbətov, işlədiyi illər ərzində əmək fəaliyyətindən heç bir halda ayrılmır və qonşu Gürcüstan Respublikasında müəyyən yollarla ədəbiyyat ixtisasına da “yiyələnir”. Yəni, adı çəkilən şəxs yeni “diplom” almağa da müyəssər olur. Hər kəsə təəccüblü gələn hal o olur ki, Rauf Hümbətov Gürcüstanda “təhsil aldığı” illər ərzində, qonşu ölkədə azərbaycan və yaxud da rus-dilində fəaliyyət göstərən heç bir ali təhsil ocağı olmayıb. Bu belə olduğu halda, övladına müdirlik edən Eldar Hümbətov oğluna məxsus diplomun saxta olmasını bilsə də, o, onu “sahib olduğu ixtisasına” uyğun işə qəbul edir və üç il müddətinə büdcə vəsaitini mənimsəməyə imkan da yaradır. Elə ki, 2015-2016-cı tədris-buraxılış ilində aidiyyəti qurumlar tərəfindən diplomların yoxlanılmasına qərar verilir, o halda Rauf Hümbətova məxsus diplomun saxta olması aşkara çıxarılır. Həmin vaxt vüsəti əldən verməyən, övladının hər cür saxta əməllərini ört-basdır edən Eldar müəllim, çox keçmədən oğlunu internat məktəbinin təsərüfat şöbəsinə müdir təyin edir. Rauf Hümbətovun müdir təyinatından bir il keçdikdən sonra, məktəbdə müəyyən yoxlamalar aparılır. Həmin vaxt aşkar olunur ki, oğlunun imzası ilə mənimsənilən bir çox avadanlıqlar, o cümlədən sovet dövründən qalan borular, su çənləri, istilik radioatorları, piltələr, məktəbə verilmiş soyuducular və s. onun özu üçün tikdirdiyi obyektlərin içərisində saxlanılır.

İnternat məktəbində yaşanan və həddi-hüdudu bilinməyən qanunsuzluqlardan biri də, məktəbin yüz nəfərlik çarpayısında guya ilboyu gündəlik yüz nəfər şagird qalmasının sənədləşdirilməsidir. Halbuki, adı çəkilən məktəbdə gündəlik cəmi 8-10 nəfər şagirdin qaldığı bildirilir. Direktorun təsdiq etdiyi rəsmi sənədlərə əsasən məktəbdə hər gün guya yüz nəfərdən ibarət şagir olur və onların təlim-tərbiyəsi ilə, gündəlik kimlərsə də məşğul olurlar. Rəhbərliyin tərbiyə quruplarında tədris-tərbiyə işlərini saxta yollarla gəlininin və özünə yaxın bildiyi işçilərin adlarına rəsmləşdirməsi də, artıq dövriyyəyə yayılan mövzulardandır. O, belə bir yollarla da büdcə vəsaitlərini talan etməkdədir. “Gündəm Xəbər”in əldə etdiyi başqa bir məlumatda o da vurğulanır ki, internatdakı xəstə şagirdlərin olduğu qrupların birinci sinifindən tutmuş sonuncu sinifinədək, dərslərin daha çoxu direktorun ailə üzvlərinin adına yazılır və ilboyu həmin işçilərdən hansısa biri şagirdlərin üzünü belə görmürlər. Yalnız saxta yolla jurnallar tərtib olunur və büdcə vəsaitləri bir qrup şəxs tərəfindən mənimsənilir. Xəstə qruplarda olan şagirdlərdən yalnız 10-15 nəfəri üzdə olur və onları kimlərsə də görür. Digər şagirdlərin adları isə, yalnız saxta yollarla jurnallara yazılır. Əgər araşdırmalar aparılarsa, o halda əksər şagirdlərin həyatda olmamaları da aşkara çıxarıla bilər. Əldə etdiyimiz ilginc məlumatlara görə, xəstə quruplarda “təhsil alan” şagirdlərin adına verilən təqaüd kartları onların valideyinlərində deyil, məhz Eldar Hümbətovun cibində olduğu da bildirilir.

Belə bir səbəblər üzündəndir ki, Eldar müəllimin qısa zaman kəsiyində üç bahalı avtomobilə, üç mənzilə, iki magazaya və Bakı şəhərində digər daşınmaz əmlaklara sahib olması da bildirilir. Adı çəkilən şəxsin bu qədər var-dövlətə malik olması yöndə lazımi araşdırmalar aparılarsa, o halda bəlli olan o olar ki, bu şəxs rəhbərlik etdiyi internat məktəbində, sanki özü üçün “topdağıtmaz imperiya” da yaradıb. İnternat məktəbində çalışan müəllimlərin əksəriyyətinə ilboyu saxta yollarla xəstəlik kağızları düzəldilir ki, bunun da arxasında hansısa maraqlar durur. Məsələn, məcburi yollarla “xəstəliyə çıxarılan” müəllimlərin dərs saatlarını başqa müəllimlər keçirlər və belə bir səbəblər üzündən də, onların almalı olduqları əmək haqlarını rəhbərlik mənimsəyir. Son anda rəhbərlik belə bir yollarla külli miqdarda var–dövlətə sahib olur.

P.S. Hörmətli oxucular! Eldar Hümbətovun rəhbərlik etdiyi internat məktəbində yaşananlarla bağlı araşdırmalarımızı davam etdirib, növbəti saylarımızda sizləri daha ətraflı məlumatlandırmağa çalışacağıq.Odur ki, bizi izləməyi untmayın. Qarşı tərəfi də dinləyə bilərik.

Akif
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qovlarda “ata-bala internat”ı

    Qovlarda “ata-bala internat”ı ...

    17-07-2017, 20:05

  • 
  • Samuxun Sərkar kənd musiqi məktəbində nələr yaşanır?

    Samuxun Sərkar kənd musiqi məktəbində nələr ...

    26-07-2017, 14:46

  • 
  • Təhsil müəssisələrinin adları dəyişdirildi - SİYAHI

    Təhsil müəssisələrinin adları dəyişdirildi - ...

    3-08-2016, 11:24

  • 
  • Xaliq müəllimin ayrıseçkiliyi

    Xaliq müəllimin ayrıseçkiliyi ...

    22-04-2016, 21:08

  • 
  • Eldar Mahmudov qəzaya düşdü - TOVUZDA - YENİLƏNİB - FOTO

    Eldar Mahmudov qəzaya düşdü - TOVUZDA - YENİLƏNİB ...

    20-11-2015, 00:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu