Bülənt Ersoy, Banu Alkan, Safiya Soyman və Burcu Esmersoyun yer aldığı "Dünya güzellerim" proqramı kanalın başına bəla olub.
Show TV-də yayımlanan verilişdə Büləntlə Alkan dava edib. Banunun Safiyaya marka geyinməsindən danışmasını eşidən Ersoy "Mənim yanımda brenddən danışma. Çünki bir dənə də brend geyinmədin. Ucuz parçalara dolanırsan" deyib. "Biabırçılıq edirsən" deyən Banuya Ersoy daha da əsəbiləşib. Bu söhbət iki məşhur arasında qalmaqal yaradıb. Onlar dava etməyə başlayıblar. Bu mübahisəyə görə kanalı şikayət ediblər. Kanala 450 min lirə (təxminən 220 min manat) pul cəzası verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?