Qurban bayramında verdiyi konsertlərlə ən yüksək qonorar alan müğənni Ajda Pekkan olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Kıbrısda 5 ulduzlu bir oteldə və gecə klubunda səhnəyə çıxan ifaçı 400 min lirə (təxminən 243 min manat) alıb.
İfaçı Fatih Ürek isə üç məkanda konsert verib. Hər konsertdən isə 80 min lirə (təxminən 44 min manat) alıb. Onun bayramda ümumi qazancı 240 min lirə (təxminən 133 min manat) olub.
Bülent Ersoy isə bir gecədə 200 min lirə (110 min manat) qazanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?