GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Moskva Ermənistana "İsgəndər"lərin təchizatını dayandırır, Kreml Paşinyana qəzəblidir

Moskva Ermənistana "İsgəndər"lərin təchizatını dayandırır, Kreml Paşinyana qəzəblidir

Tarix: 2-08-2018, 12:07 Bölmə :--- Baxış: 466
Moskva Ermənistana "İsgəndər"lərin təchizatını dayandırır, Kreml Paşinyana qəzəblidir


Ermənistanın indiki hakimiyyətinin son hərəkətləri Moskva ilə Yerevanın münasibətlərində ciddi qarşıdurmaya səbəb olub. gundemxeber.az xəbər verir ki, bu barədə “Kommersant”ın 2 avqust tarixli sayında dərc edilmiş baş məqalədə deyilir.

Qəzet Rusiyanın dövlət strukturlarındakı mənbələrə istinadən bildirir ki, xüsusən KTMT-nin baş katibi, general Yuri Xaçaturovun cinayət məsuliyyətinə clb edilməsi Moskvada hiddətlə qarşılanıb. Kremldə bunu hərbi blokun imicinə ciddi zərbə hesab edirlər və istisna etmirlər ki, KTMT-yə başqa ölkənin vətəndaşı başçılıq edəcək. Habelə Rusiyanın Ermənistana 100 milyon dollarlıq güzəştli silah krediti də sual altında qalıb.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda baş verən son hadisələrin Moskvada ciddi narahatlıq doğurduğunu bildirib. Lavrov deyib ki, baş verənlər Ermənistanın indiki hakimiyyətinin keçmiş hakimiyyətin nümayəndələrinə qarşı siyasi motivlərlə təqiblər aparmayacağı haqda vədlərinə ziddir. Ermənistan XİN-in sözçüsü Tiqran Balayan isə baş verən proseslərin xarici siyasətlə əlaqəli olmadığını bildirib. “Ölkənin xarici siyasət prioritetləri Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə hədəflənib”-Balayan deyib.

Lakin Yerevandan səslənən bu kimi bəyanatlar Moskvanı inandırmağa bəs etmir. Qəzetin yazdığına görə Nikol Paşinyanın hökumətinin keçmiş vəzifəli şəxsləri, o cümlədən Robert Köçəryanı və Yuri Xaçaturovu 2008-ci ilin martında Yerevanda nümayişçilərə qarşı silah işlədilməsinə görə təqib etməsi Moskvanı qıcıqlandırır.

Rusiyanın dövlət strukturlarındakı mənbə deyib ki, Moskvada KTMT baş katibinin təqib edilməsi xüsusi qıcıq yaradıb. Çünki bu addım Rusiyanın liderlik etdiyi hərbi blokun imicini təhlükə altında qoyub. Doğrudur, Robert Köçəryandan fərqli olaraq Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbiri seçməyiblər, onu ev dustağı ediblər. Lakin Yerevan Xaçaturova qarşı cinayət işinin qaldırılması haqda KTMT üzrə tərəfdaşlarını xəbərdar etməyib. Generalı Yerevan ancaq şahid qismində ifadə vermək üçün çağırıblar. KTMT-yə yaxın mənbə isə deyib ki, ola bilsin Xaçaturovu və bütün bloku “ləkələmək” cəhdinin arxasında regiondankənar oyunçular dayanır.

Artıq Yerevan Xaçaturovun Ermənistanın başqa nümayəndəsi ilə əvəzlənməsinə dair prosedur başladıb. Hərçənd KTMT üzvlərində deyirlər ki, Yerevandan bu barədə heç bir sənəd almayıblar. Rusiya prezidenti Administrasiyasındakı mənbənin bildirdiyinə görə Ermənistandakı çəkişmələr bütün blokun imicinə böyük zərbə vurub. Ona görə də noyabrın 8-də KTMT sammitində Ermənistanın yeni namizədi təsdiqlənməsə bloka əlifba sırası ilə Belarus nümayəndəsi başçılıq edəcək.

Habelə Ermənistanla Rusiya arasında qarşıdurma Yerevana güzəştli kredit hesabına silah təchizatına dair bundan əvvəl əldə edilmiş razılaşmanı sual altında qoyub. Ermənistan bu sövdələşməyə əsasən Rusiyadan daha 100 milyon dollarlıq silah almalı idi. Ermənistan mətbuatı yazmışdı ki, bu pula Rusiyadan “xeyli sayda “İsgəndər” raketləri alacaq və onları Azərbaycanla sərhəddə yerləşdirəcək”. İndi isə Rusiya Ermənistanda baş verənləri “anlamadığına görə” güzəştli silah kreditindən söhbət gedə bilməz.
“Kommersant”ın yazdığına görə ikinci güzəştli kredit tranşı çərçivəsində Ermənistan Rusiyadan atıcı silahlar, mühəndis-rabitə vasitələri və şəxsi heyətin daşınması üçün nəqliyyat almaq istəyirdi. Habelə Ermənistan Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi “İsgəndər-E” operativ-taktiki raketlərinin ikinci diviziyonunun, habelə Su-30SM qırıcılarının alınması üçün də sorğu vermişdi. Bildirilir ki, Ermənistan 2016-cı ildə ayrıca müqavilə çərçivəsində Rusiyadan “İsgəndər-E” raketlərinin 8 buraxılış qurğusunu alıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kommersant”: Rusiyanın Ermənistana 100 milyon dollarlıq silah verməsi sual altındadır

    “Kommersant”: Rusiyanın Ermənistana 100 milyon ...

    3-08-2018, 02:31

  • 
  • Lavrovdan İrəvana sərt xəbərdarlıq - Münasibətlər korlana bilər

    Lavrovdan İrəvana sərt xəbərdarlıq - Münasibətlər ...

    12-06-2018, 18:10

  • 
  • İrəvan “nazik buz” üstdə oynayır – Moskvadan son hədə

    İrəvan “nazik buz” üstdə oynayır – Moskvadan son ...

    31-07-2018, 11:57

  • 
  • Lavrov: "Moskva artıq Tramp administrasiyası ilə dialoqa başlayıb"

    Lavrov: "Moskva artıq Tramp administrasiyası ...

    12-02-2017, 13:44

  • 
  • Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

    Rusiya Ermənistana "İsgəndər-M" ...

    19-09-2016, 12:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu