GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan “nazik buz” üstdə oynayır – Moskvadan son hədə

İrəvan “nazik buz” üstdə oynayır – Moskvadan son hədə

Tarix: 31-07-2018, 11:57 Bölmə :Siyasət Baxış: 519
İrəvan “nazik buz” üstdə oynayır – Moskvadan son hədə


Ermənistan hökumətinin Rusiyaya qarşı de-marşları davam edir – kritik gəlişmə; Kremlin işğalçı ölkəyə qarşı “qamçı və kökə” siyasəti yeni biçimdə; rusiyalı politoloq: “Paşinyan Ermənistanı oyuna salıb...”

Ermənistanda son baş verən qalmaqallı hadisələr, xüsusən də sabiq prezident Robert Köçəryanın həbsi, “Rus NATO-su” sayılan KTMT baş katibi Yuri Xaçaturovun isə girov müqabilində müvəqqəti azad edilməsi (üzərində ittiham qalır) yeni bir situasiya yaradıb. Söhbət hər şeydən öncə İrəvan-Moskva münasibətlərində yaşanan kritik gəlişmələrdən və gözləntilərdən gedir.

Məsələ ondadır ki, həm R.Köçəryan, həm də general Y.Xaçaturov Rusiyaya sadiq adamlardır və daim Kremlin Ermənistanla bağlı maraqlarını gözləyiblər, faktiki olaraq, bu maraqların ötürücüləri olublar, Moskvaya heç vaxt asi olmayıblar. İndi isə belə rəy yaranır ki, yeni qərbyönlü baş nazir Nikol Paşinyan üçün Rusiya artıq əvvəlki dəyərdə və çəkidə deyil - sözdə o, ayrı “hava” çalsa da.

*****

Situasiyanın intriqalılığı da elə bundan ibarətdir. Yəni doğrudanmı Paşinyan “Ermənistanda təmizlik və qayda-qanun yaratmaq” adı ilə Rusiyanın ayağını tapdamağa belə hazırdır? O zaman bunun bədəlini hesablayıbmı?

Elə təkcə KTMT baş katibi Yuri Xaçaturova qarşı ağır ittihamın irəli sürülməsi (Ermənistanda konstitusiya quruluşunu devirməyə cəhd) artıq Moskvada qıcıq yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məsələ ilə bağlı erməni həmkarı Zoqrab Mnatsakanyanla son telefon danışığı bunun işartısı sayıla bilər. Lavrov diplomatik tonda da olsa, KTMT-nin baş katibinin istintaqa cəlb olunmasına etiraz bildirib - təbii ki, Putinin adından.

Hər necə olmasa, “Rus NATO-su” Kremlin layihəsidir və onun baş katibinin Moskva ilə məsləhətləşmədən, qəfildən ağır cinayətdə suçlamaq bu qurumun imicinə zərbədir. Yəni İrəvan ən azından Xaçaturovu geri çağırıb, yerinə başqa şəxs təyin olunandan sonra da ona qarşı hüquqi proseduru başlada bilərdi. Göründüyü kimi, Paşinyan buna lüzum görməyib və Rusiya qarşı sanki özünün müstəqil, sərbəst olduğunu göstərmək istəyib. Kimə, hansı ünvana göstərmək istəyib - Qərbəmi? Yəqin ki. O zaman məntiqlə gərək qarşılığına da hazır ola.

*****

Paşinyan hökumətinə yaxın KİV-lərdə bu xüsusda gedən şərhlərdən aydın olur ki, Ermənistanın “xalq baş naziri”, deyəsən, belə addımlara Kremlin nəbzini tutmaq üçün, bilə-bilə gedir. Ancaq Putini “biləyini” tutmaq istəyinin özü belə riskli işdir.

“Belə görünür ki, Moskva hansısa proses hazırlayır və bundan ötrü lazımi informasiya fonu yaradır. Hadisələr məhz bu məcrada inkişaf eləməyə başlayıb”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir narahatlıq erməni siyasi icmalçı Sərkis Arsruninin 1 in.am saytında getmiş “Kremlin kəskin reaksiyasi: Moskva Köçəryanın həbsini ”həzm edə" bilmir" sərlövhəli şərh yazısında yer alıb.

Məqalədə deyilir: “Sergey Lavrov bildirib ki, KTMT-nin qaydalarına uyğun olaraq, məhz erməni tərəfi rəsmi qaydada öz vətəndaşının KTMT baş katibi postundan geri çağırılması prosuduruna təşəbbüs eləməlidir. Moskva belə bir prosedur iradını diplomati kanallara da çatdıra bilərdi (İrəvan isə bunun əksi olan prosedur təklif eləmişdi ki, prosedura KTMT üzvləri özləri başlasın - ”YM"). Amma Moskvada Ermənistanın yeni hökumətini açıq şəkildə aşağılamağı üstün tutdular, İrəvanı qeyri-peşəkarlıqda suçladılar. Çətin ki, bu, sırf Xaçaturovun personası və ya KTMT baş katibi mövzusu ilə əlaqəli olsun. Hər şeydən göründüyü kimi, Moskva 1 mart işi ilə bağlı Ermənistanda yaşanan kəskin dönüşdən, o sırada ona sadiq olmuş Robert Köçəryanın həbsindən, Rusiya məmuru sayılan, Kremlin bütün göstərişlərini müticəsinə yerinə yetirən KTMT baş katibinin təqib olunmasından məmnun deyil, buna dözə bilmir".

Arsruniyə görə, Rusiyanın kəskin reaksiyasının qayəsində bu durur: “Və demək olar, heç bir şübhə yoxdur ki, bütün bunlar hansısa prosesin başlanğıcıdır. Kreml yenə özünün ənənəvi ”qamçı və kökə" siyasətindən istifadə edib, Ermənistan hökumətinə müxtəlif bazarlıqlar təklif edəcək. Onu da istisna eləmirik ki, İrəvanın təklif edəcəyi yeni baş katibin personası ilə bağlı konsensus əldə olunmaya bilər: Moskvada belə hesab edə bilərlər ki, Ermənistanın yeni hökumətinin nümayəndəsi Kremlə tabe olan inteqrasiya strukturunda cari idarəçilik üçün yaramır, çünki “yaddır”".

*****

Yuxarıdakı qeydlərdən də hasil olan qənaət budur ki, Moskva-İrəvan münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlayır. Bu mərhələ çətin ki, Nikol Paşinyan hökumətinə hansısa uğur gətirsin. Hər halda, bölgədə, Ermənistan ətrafında mövcud olan geosiyasi şərtlər bunu istisna edir. Rusiyalı analitiklərin xəbərdarlıqlarını da bu xüsusda təsadüfi saymaq olmaz.

“İrəvan bir tərəfdə Avropa Birliyi, NATO, ABŞ, digər tərəfdə isə Rusiya olmaqla iki güc mərkəzi arasında manevr eləməyə, olduqca nazik bir ”buz" üstündən keçməyə çalışır". “Yeni Müsavat”ın məlumatına görə, bunu Qafqaz üzrə tanınmış rusiyalı ekspert və politoloq Andrey Yepifantsev “Vestnik Kavkaza” portalına deyib.

Onun sözlərinə görə, Ermənistanı bu oyuna baş nazir Nikol Paşinyan salıb. “Lakin Paşinyanın oyunu hələ ki alınmır. Əgər Ermənistanda desəydilər ki, onlar Cənubi Qafqazda anti-Rusiya forpostudur, yəqin ki, o zaman münasibət ayrı olardı və İrəvan üçün itkilər də böyük olardı”, - deyə rusiyalı ekspert əlavə edib.

Ancaq baş nazir Paşinyan Qərbdən hansısa real dəstəyi almaq üçün Rusiyaya qarşı de-marş siyasətini davam etdirmək zorundadır. Əks halda, hakimiyyətdən devirdiyi Serj Sərkisyanın köhnə kursuna qayıtmalı olacaq. Bu isə ondan, komandasından ötrü siyasi intihar deməkdir. Görək, Paşinyan nazik “buz” üstdə nə qədər duruş gətirəcək.

Bir şey dəqiqidir ki, - bunu rusiyalı politoloqların xəbərdarlıqlarından da görmək olar, - Moskva İrəvana qarşı qamçı siyasətini sərtləşdirməyə hazırlaşır. Çünki proseslər artıq “qırmızı xətt”ə yaxınlaşıb.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin iki emissar göndərdi: birini İrəvana, birini Qarabağa

    Putin iki emissar göndərdi: birini İrəvana, ...

    30-08-2017, 10:00

  • 
  • Paşinyan üçün KRİTİK GÜN

    Paşinyan üçün KRİTİK GÜN ...

    4-07-2018, 12:28

  • 
  • Köçəryan niyə indi həbs edildi? – Sensasiyalı gediş

    Köçəryan niyə indi həbs edildi? – Sensasiyalı ...

    28-07-2018, 19:33

  • 
  • Paşinyan yenə Rusiyaya səfər edəcək

    Paşinyan yenə Rusiyaya səfər edəcək ...

    24-07-2018, 22:54

  • 
  • İrəvan üçün gerisayım başladı: Brüssel tələsi...

    İrəvan üçün gerisayım başladı: Brüssel tələsi... ...

    6-07-2018, 09:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu