GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ceyhun Bayramov jurnalistləri "mətbuat konfransı"na buraxdırmadı - ETİRAZ

Ceyhun Bayramov jurnalistləri "mətbuat konfransı"na buraxdırmadı - ETİRAZ

Tarix: 13-04-2019, 13:00 Bölmə :--- Baxış: 271
Ceyhun Bayramov jurnalistləri "mətbuat konfransı"na buraxdırmadı - ETİRAZ


Dünən təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirib.

Gundemxeber.az Unikal.org-a istinadla xəbər verir ki, konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələrinin açıqlanmalı idi. Lakin nazirlik qaş düzəltdiyi yerdə vurub göz çıxardıb. Ölkənin bir nömrəli gündəminə çevrilən hadisə ilə bağlı konfransa məhdud sayda media nümayəndəsi çağırılıb. Əvvəlcədən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun müəyyənləşdirdiyi siyahıda adları olmayanlar isə konfransa buraxılmayıb.Bununla da nazirlik haqlı tənqidlərə dözümsüzlük nümayiş etdirərək KİV haqqında qanunu heçə sayıb.

Sosial şəbəkədə media nümayəndələri nazirliyin bu addımını sərt tənqid ediblər:

Rafael Becanov: Bu nazirin idarə etdiyi təhsil sistemi də belə olar. Adam mətbuat konfransı keçirmək istəyir və mətbuatı "ağ"lara, "qara"lara bölür. Yəni, özünün dediklərini yazanları çağırır. Belə mətbuat konfransı olur? Press-reliz paylamaq niyyətindədir görünür.

Bu düşüncəylə, bu yanaşmayla məktəblərdə hələ çox şeylər olacaq.

Belə idarəetmə, nazir, nazirlik olurmu? Özlərinin siyahısı varmış. Sizin siyahınız da elə idarəetməniz kimidir..
Ancaq adamlar yerində olmayanda belə gülməli görünən, ağlamalı işlər olur.

Görünür məktəblərə də nazir, onun əməkdaşları elə yanaşır. Ona görə də bu qədər özbaşınalıqdır...

Ziya Babayev: Təhsil Nazirliyində mətbuat konfransı keçirilir. Lakin bizi ora buraxmırlar. Deyirlər adınız siyahıda yoxdur.

Bəs cənab nazir bu konfransı keçirəndə, ora dəvət olunan jurnalistlər və ya KİV necə seçilir? Bəlkə biz Elinanın ölümü ilə bağlı verə biləcəyimiz suallara görə çağrılmamışıq?!

Miri Məcidli:Təhsil naziri intihar edən məktəbli ilə bağlı mətbuat konfransı keçirir. Mətbuat konfransına yalnız Nazirliyə sərf edənləri yazanlar dəvət olunub. Həmin TV onsuz da sizin dediyinizi yayımlayacaq. Bu saxta şou kimə lazımdır? Niyə həmin konfransda saytlar yoxdur?

Vilayət Muxtar: Nazir Ceyhun Bayramov, niyə belə əziyyət çəkirsiz ki? Özünüz danışın, özünüz çəkin, özünüz də paylaşın da... Deməli, nazir mətbuat konfransı keçirir, amma 3-4 media orqanını dəvət edib... Nazirlikdən isə deyirlər ki, siz gəlməyin, onsuz da içəri buraxılmayacaqsız... Bax budur sizin mətbuata nə dərəcədə açıq olduğunuz... Günahkarlar hər zaman suallara cavab verməmək üçün bu cür addımlar atır, mətbuatdan qaçır...

Famil Fərhadoğlu: Görün bəzi mətbuat katibləri mediamıza nə cür yanaşır. Təhsil naziri Ceyhun Bayramov intihar edən Elina ilə bağlı mətbuat konfransı keçirəcək. Amma, məsələnin əmması odur ki, konfransa nazirliyin özləri istədiyi jurnalistlər çağırılacaq. Bu nə yanaşmadır? Bu nə düşüncədir? Biri hörmətli nazirimizə desin ki, mətbuat katibi Cəsarət Valehov mətbuatı narazı salmağa davam edir. Bilmiş olsun. Mətbuat katibi olmaq o deyil ki, o işini özü istədiyi kimi qurmalıdır.

Əzizə İsmayılova: Təhsil Nazirliyi nəhayət ki, baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirəcək. Amma öz siyahısında olan agentliklər və televiziya kanalları üçün. Mətbuat konfransı dar çərçivədə təşkil olunub və bu gün həmin konfransda iştirak edəcək KİV-lərin siyahısı hazırlanıb. Əladır. Hər nazirliyin öz "kruq"u, öz jurnalisti varsa, daha əziyyət çəkib görüntü üçün niyə konfrans keçirirlər? Elə press relizi göndərsinlər vəssalam da. Hazır suallara cavab, onsuz da press relizin sual formasında olan variantıdır.

Medianın siyahıya düşə bilməyənləri də öz suallarına özləri cavab uydursunlar - həmişə olduğu kimi... Ya da suallara cavabları AzTV-dən, Azərtacdan və bu günə kimi hadisə ilə bağlı bircə cümlə belə yazmayan hörmətli siyahıda yer tutan seçilmiş həmkarlarından ala biləcəklər.

Vüsal Qarayev: Olmayan təhsilimizin nazirinin kürkünə birə düşüb. Deməli tələm-tələsik mətbuat konfransı keçirdir. Amma təsəvvür edirsiniz, özlərinə yaxın media xaric digərlərinin konfransa qatılmasına icazə vermirlər. Məsələhə "cebhe.info" saytı və "Cümhuriyət" qəzetinə qadağa qoyublar. Bu utanc vericidir hərəkətdir, analoqsuz bir şeydir. Belə rəzalət sadəcə ən geridəqalmış ölkələrdə baş verə bilər. Bu məhz təhsilimizin, təhsil nazirliyinin səviyyəsinə yaraşan hərəkətdir. Bu çoxdan ölmüş təhsilimizin son günlərini yaşayan rəhbərliyinin son çırpınışlarıdır. Nazir panika içərsində, süçluluq psixologyası ilə daha çox yanlışlara yol verir, yəni çırpındıqca batır. Yalnız nazir yox, nazirliyin ən az 90%-i, bütün təhsil ocaqlarının rəhbərliyinin 90%-i dəyişməlidir. Bu olmadıqca normal ölkədən, dövlətdən, cəmiyyətdən danışa bilmərik, hələ gələcək barədə heç düşünməyə dəyməz...

Sosial şəbəkədə onlarla jurnalistin bu addıma etiraz edən mövqeyi ifadə olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi

    Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi ...

    12-04-2019, 12:20

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Elina Hacıyevanın ölümü ilə bağlı anım mərasimi keçirilir

    Elina Hacıyevanın ölümü ilə bağlı anım mərasimi ...

    12-04-2019, 12:39

  • 
  • Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz edəcək

    Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz ...

    5-12-2017, 18:30

  • 
  • Həbsdən çıxan siyasi məhbuslar mətbuat konfransı keçirəcək

    Həbsdən çıxan siyasi məhbuslar mətbuat konfransı ...

    30-03-2016, 17:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (131)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu