GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTOFAKT

Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTOFAKT

Tarix: 20-02-2020, 15:04 Bölmə :--- Baxış: 876
Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTOFAKT


Liseyin rəhbər işçiləri bir qrup şəxslə əlbir olaraq Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin adından sui-istifadə ediblər

Türk Dünyası Araşdırmalar Vəqfinin 1992-ci ildən paytaxtımızda təsis etdiyi Bakı Atatürk Liseyi fəaliyyətdə olduğu dövrdə bu təhsil ocağında tədrisin, şagirdlərin təlim-tərbiyəsinin keyfiyyətinə həmişə fikir verilib. Türk dünyasının görkəmli şəxsiyyətlərindən hesab olunan mərhum Turan Yazqanın xeyir-duası ilə fəaliyyət göstərən bu liseyin məzunlarının əksəriyyəti demək olar ki, təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də fəaliyyət göstərən nüfuzlu ali məktəblərə qəbul olublar. Məzunlar arasında ali məktəbləri bitirib, ölkənin müxtəlif sahələrində uğurla özünü sınayanlar var. Onların səsi hətta xarici ölkələrin pristijli sahələrindən də gəlir.Amma bu gün çox təəssüf ki, lisey barəsində keçmişdə səsləndirdiyimiz xoş sözləri işlətməkdə çətinlik çəkirik. Reallıqları analiz etdikdə övladlarımızın gələcəyinin kimlərin əlində olmasından əndişələnir, narahat oluruq. Çünki lisey ilk gündən ali məqsəd və məramları özünə rəhbər tutaraq fəaliyyətə başlayıb. Məqsəd və məramlarından biri də bilik vermək yolu ilə vətənə, millətə, dövlətə xeyir verən nəsillər yetişdirmək, ədalətli olmaq, tədqiq edən, danışan və etik dəyərləri müzakirə edən insanları yetişdirməkdir.Amma Eylem Gültekin müdir müavini təyin olunandan sonra ölkəmizdə nümunəvi liseylərdən biri hesab edilən Bakı Atatürk Liseyinin qara günləri başlayıb. İdeal məqsəd və məramlar demək olar ki, heç nəyə baxılmadan ayaqlar altına atılıb. Ciddi qanunpozmalar, saxtakarlıqlar adıçəkilən liseydə məhz Eylem Gültekinin və onun liseydə olan havadarları vasitəsi ilə görünməmiş həddə çatıb. O, müdir təyin olunduqdan sonra isə heç nədən çəkinmədən pedaqoq adına yaraşmayan yalanlar uyduraraq, əvvəlcədən fikirləşdiyi böyükmiqyaslı saxtakarlıqlar həyata keçirib, özbaşınalıqlar pik həddə çatıbdır. Bunu isə liseydə çalışan müəllimlərin gözləri qabağında, onların gözlərinə "kül üfürə-üfürə”edib və səlahiyyətli qrumların adından istifadə etməklə özü ilə bərabər bir neçə Azərbaycan vətəndaşını da cinayətə sürükləyibdir. Gundemxeber.Az 7news.az-a istinadla bildirir ki, Eylem xanım özünə heç bir pedaqoji təhsili olmayan, vaxtilə təhsil aldığı Odlar Yurdu Universitetindən xaric olunan və müdir müavini işləyən Samir Balakişiyevin vasitəsilə orada işləyən müəllimlərin başına çox hoqqalar gətirib və heç bir ali məktəbi bitirməyən və diplomu olmayan S.Balakişiyevi özünə müavin təyin edib. Hazırda yenə də Samir bəyin vasitəsilə istər pedaqoji kollektivin, istərsə də valideynlərin başına "corab hörməkdədir”. Araşdırma aprılsa, Eylem xanımın da ali savadının Samir bəydən artıq olmadığının şahid olarıq.

Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTOFAKT


Bəs Eylem xanımın saxtakarlığı və ciddi qanun pozuntuları nədən ibarət olub? Onların hələ ki, bir neçəsini oxucularımızın diqqətinə çatdırmağı məsləhət bildik: O, ilk qanunsuzluğuna Türkiyə vətəndaşlarını qaydalara uyğun olmadan işə götürməsi ilə başlayıb və buna görə Dövlət Miqrasiya Xidməti tərəfindən lazımi şəkildə ölçü götürülüb və 40 min manat cərimə olunub.Əmək Müfəttişliyi tərəfindən isə 1800 manat…Bunlardan ibrət dərsi götürməyən Eylem xanım sonrakı saxtakarlığını, bəlkə də, dünyanın ən böyük fırıldaqçıların ağlına gəlməyəcək bir şəkildə davam etdirib. Belə ki, liseydə işləyən savadlı və təcrübəli azərbaycanlı işçiləri çıxartmaq üçün heç nədən çəkinmədən Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin adından sui-istifadə edib. Müəllimlərin diqqətinə çatdırıb ki, liseydə çalışan azərbaycanlı müəllimlər imtahan verməlidirlər:” Bu, Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin tələbidir. İmtahanıisə Dövlət İmtahan Mərkəzi təşkil edəcək. Bütün suallar orada hazırlanır və müavinim Samir Balakişiyev imtahan günü gedib sualları mərkəzdən götürəcəkdir.” Təbii ki, Eylem xanımın fırıldağından xəbərsiz olan müəllimlər onun bu sözlərinə inanıb. İmtahan elə liseyin binasında iki dəfə təşkil olunub. Birincisi ötən il aprelin 21-də, o birisi isə iyunun 22-sində. Müəllimləri inandırmaq üçün müdirə xanım başqa bir oyun da fikirləşib. Özü imtahanı götürmək üçün formal komissiya təşkil edib. İmtahan zamanı "komissiya”nın üzvləri olan Anar Allahverdiyev adlı şəxs özünü Dövlət İmtahan Mərkəzinin, Emin Rəcəbli isə özünü Təhsil Nazirliyinin Aparat rəhbərliyinin kimi təqdim edib. İmtahan götürülüb. İşçilər bundan sonra "imtahandan keçməmək” adı ilə işdən xaric ediliblər.

Aparılan araşdırmaların nəticələri onu göstərib ki, nə Anar Allahverdiyev DİM-in, nə də Emin Rəcəbli Təhsil Nazirliyinin işçisi deyil. Onların liseydə müəllimlərdən imtahan götürməyə heç bir səlahiyyəti çatmır. Sadəcə bu oyunu qurmaqla xeyli azərbaycanlı pedaqoqu işsiz qoyublar.Onu da qeyd edək ki,Anar Allahverdiyev "göstərdiyi xidmətlər”in qarşılığında adıçəkilən liseyə müəllim götürülb və hazırda orada çalışır.

Burada açıq-aşkar iki səlahiyyətli dövlət qurumunun adından istifadə olunub. Sui-istifadə və saxtakarlıqla bağlı hər iki quruma rəsmən şikayətlər olunub və məlumat verilib.

Ancaq maraqlıdır ki, nədənsə onlar barədə hüquqi ölçü götürülməyib. Sadəcə DİM-in məsul şəxsləri Anar Allahverdiyevi mərkəzə dəvət edib, ondan şifahi izahat alıblar. (Yazılı yox ha, şifahi?-red). A. Allahverdiyev bildirib ki, imtahan zamanı özünü mərkəzin əməkdaşı kimi təqdim etməyib. Verilən arayışdan o da məlum olub ki, DİM Atatürk Liseyində pedaqoji işçilər üçün imtahan keçirməyib və suallar tərtib etməyiblər.

Amma liseydə imtahan keçirildiyini A.Allahverdiyev şifahi verdiyi izahatda təsdqiləsə də, bu barədə heç bir tədbir görülməyib.

Demək olar ki, liseyin rəhbər şəxsləri qurumlara aidiyyəti olmayan şəxslərlə əlbir olaraq çox böyük qanun pozuntularına yol veriblər. Qanun pozuntuları isə təkcə bununla bitmir. Zaman-zaman bununla bağlı dəyərli oxucularımıza məlumat verəcəyik. Hesab edirik ki, aidiyyəti qurumlar, o cümlədən hüquq-mühafizə orqanları qaldırdığımız məsələyə biganə qalmayacaq, məsələni nəzarətlərinə götürüb hüquqi ölçü götürəcəklər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid pilotumuzun övladları ilə bağlı yeni xəbər

    Şəhid pilotumuzun övladları ilə bağlı yeni xəbər ...

    19-04-2016, 00:13

  • 
  • Təhsil Nazirliyinin əmlakını talayan lisey direktoruna cinayət işi açıldı

    Təhsil Nazirliyinin əmlakını talayan lisey ...

    31-05-2018, 13:55

  • 
  • Bakı Atatürk Litseyinin müdiri Ali Devrim vəfat edib

    Bakı Atatürk Litseyinin müdiri Ali Devrim vəfat ...

    17-11-2016, 00:20

  • 
  • Qalmaqallı liseyin direktoru işdən çıxarıldı

    Qalmaqallı liseyin direktoru işdən çıxarıldı ...

    1-12-2017, 19:19

  • 
  • Yeni peşə liseyi yaradıldı

    Yeni peşə liseyi yaradıldı ...

    5-10-2015, 13:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu