GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Masallı SMM-i Səlim Müslümov dönəminə qayıdıb –“4 AY MƏNİM” - SAHİL BABAYEVİN DİQQƏTİNƏ

Masallı SMM-i Səlim Müslümov dönəminə qayıdıb –“4 AY MƏNİM” - SAHİL BABAYEVİN DİQQƏTİNƏ

Tarix: 5-03-2020, 13:52 Bölmə :--- Baxış: 344
Masallı SMM-i Səlim Müslümov dönəminə qayıdıb –“4 AY MƏNİM” - SAHİL BABAYEVİN DİQQƏTİNƏ


Hələ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri Füzuli Ələkbərov və Səlim Müslümovun dövründə ünvanlı sosial yardımların verilməsi zamanı xeyli korrupsiya hallarının baş verdiyi məlum idi. O dönəmlərdə yerli Sosial Müdafiə Mərkəzləri əhaliyə verilməli olan bir çox vəsaitlərin, ən əsası da ünvanlı sosial yardımların yarısını özlərinə götürməklə diqqət mərkəzinə düşmüşdülər. Hətta bu işlərinə görə, bir neçə SMM rəhbəri həbs də olunmuşdu. Lakin problem aradan qalxmamışdı.

Qeyd edilən nazirlərin dönəmindən sonra Sahil Babayevin nazirliyi başına keçməsi bəzi şeylərin dəyişəcəyi gümanı yaratsa da, bu düşüncələrin hamısı boşa çıxmağa başlayıb. Gundemxeber.Az xəbər verir ki, əksər rayonlardan gələn xəbərlərdən belə başa düşülür ki, hal hazırda SMM-lər ünvanlı sosial yardımların verilməsi zamanı Ələkbərov-Müslümov dövrünə geri dönüblər.

Redaksiyamıza müraciət edən Masallı rayon sakini Baxış Qasımov deyir ki, 2019-cu ilin yanvarında hələ həbsdə olarkən onun ailəsinə 2 il müddətinə ünvanlı sosial yardım ayrılıb. “Həmin vaxt həbsxanadan göndərdiyim məktubu belə ciddiyə almamışdılar. Hətta Masallı Sosial Müdafiə Mərkəzinin rəhbərliyi iddia etmişdi ki, guya, mən həbsdə deyiləm. Halbuki Cəza Çəkmə Müəssisəsindən arayış belə göndərmişdim”.

Qasımov deyir ki, azadlığa çıxdıqdan sonra bu ilin yanvarına qədər ünvanlı sosial yardımın verilməsi davam edib. Lakin yanvar ayında ona deyiblər ki, övladının 8 yaşı olması səbəbindən həmin yardım kəsilib. “Bununla bağlı təkrar SMM-ə müraciət etdim. Lakin sənədlərimi geri qaytarıb bildirdilər ki, uşağın 8 yaşı tamam olub, iş yeri tapmalıyam və bir sürü sənəd istədilər. Əgər mən özüm iş tapa bilsəydim, ünvanlı sosial yardıma nə ehtiyacım vardı ki?”

3 uşaq atası olduğunu deyən Masallı sakini qeyd edib ki, sonradan bu məsələnin səbəbini öyrənib. Məlum olub ki, rayon SMM-in rəhbərliyi əməlli-başlı bazar açıb. “Sonradan bir neçə adam mənə yaxınlaşıb dedi ki, qanuni əsaslarla sənədləri ƏƏSMN-ə göndərməklə ünvanlı sosial yardım almaq mümkün deyil. Bunun üçün Masallı SMM-in rəhbərliyi ilə “dil” tapmaq lazımdır. “Dil” tapmağın da şərti budur ki, ayrılacaq yardımın 4 aylıq hissəsini onlara vermək lazımdır. Əgər bu şərti qəbul etsəm, 10 gün ərzində yardım ala biləcəm. Amma imtina elədim. Çünki bu rəsmən qanunsuzluq və vicdansızlıqdır”.

Baxış Qasımov onu da deyib ki, əlacsızlıqdan nə edəcəyini bilmir. Onun sözlərinə görə, hələ ümid edir ki, nazir Sahil Babayev onun sözünü eşidib, tədbir görəcək. “Ümid edirəm ki, nazir Sahil Babayev sözümü eşidib, bununla bağlı tədbir görəcək. Əks təqdirdə, Azərbaycan vətəndaşlığından imtina edəcəm. Çünki başqa çarəm qalmır. Mən 3 uşağı necə böyüdüm? Nə iş verir, nə ailənin dolandırmaq üçün şərait yaradır, nə də yardım edir”.

Yazıda adı keçən qurumların da mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ünvanlı sosial yardımların verilməsində yeniliklər olacaq

    Azərbaycanda ünvanlı sosial yardımların ...

    6-11-2013, 12:51

  • 
  • Məmurların kütləvi həbsi gözlənilir

    Məmurların kütləvi həbsi gözlənilir ...

    21-11-2013, 12:36

  • 
  • Sosial yardımların verilməsi ilə bağlı vəzifədən çıxarıldılar

    Sosial yardımların verilməsi ilə bağlı vəzifədən ...

    30-12-2013, 02:14

  • 
  • Səlim Müslümov, bu da sənə fakt: Göyçayda sosial yardım belə verilir - VİDEO

    Səlim Müslümov, bu da sənə fakt: Göyçayda sosial ...

    13-05-2016, 10:17

  • 
  • Azərbaycanda sosial yardımın alınması asanlaşdırılır

    Azərbaycanda sosial yardımın alınması ...

    28-08-2015, 14:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (378)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu