GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Navalnı, “Krım sendviç deyil”, Ukrayna və... - MARAQLI FAKTLAR

Navalnı, “Krım sendviç deyil”, Ukrayna və... - MARAQLI FAKTLAR

Tarix: 19-01-2021, 12:18 Bölmə :--- Baxış: 212
Navalnı, “Krım sendviç deyil”, Ukrayna və... - MARAQLI FAKTLAR


Rus müxalifət lideri Aleksey Navalnı, ölkədə çıxmasından dörd ay sonra Almaniyadan Rusiyaya döndü. Onun olduğu təyyarənin əvvəlcə saat 18:20-də Vnukovo Hava Limanına çatması gözlənilirdi (cədvələ görə), lakin gəliş təxirə salındı və daha sonra reys Şeremetyevoya göndərildi və Navalnı da orada saxlanıldı. Və yalnız o deyil. OVD.info-ya görə, cəmi 53 nəfər saxlanıldı. Bunlar arasında “Moskva işi”nin keçmiş müttəhimləri Samariddin Rəcəbov və Valeri Kostenok, habelə aktivist Səid Ənvər Süleymanov da var.

Aleksey Navalnını 1 milyon rubla qədər cərimə ilə, 10 ilə qədər həbs cəzası gözləyə bilər - bu, Rusiya Cinayət Məcəlləsinin ona qarşı irəli sürülən cinayət maddəsindən irəli gəlir. İstintaqa görə, bir sıra qeyri-kommersiya təşkilatlarının ehtiyacları üçün fərdlərdən 588 milyon rubl məbləğində ianə toplanıb. Bu siyahıya FBK, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu “Beşinci Mövsüm”, “Vətəndaşların Hüquqlarının Müdafiəsi Təşkilatı və Koordinasiyası Fondu”, “Vətəndaşların Hüquqi Dəstəyi Fondu”, “Ştab” Vətəndaşların Hüquqlarını Müdafiə Fondu daxildir.

İstintaq hesab edir ki, pullar bu təşkilatların məqsədləri üçün “müstəsna olaraq” nəzərdə tutulmasına baxmayaraq, Navalnı onların həqiqi sahibi olaraq, “bu məbləğin 356 milyon rubldan çoxunu şəxsi məqsədlər üçün xərcləyib”, o cümlədən şəxsi əmlak, maddi dəyərlər və xaricdəki tətillər də daxil olmaqla, xərclərini bu məbləğdən ödəyib.

Aleksey Navalnı ilə bütün bu əhvalatın necə bitəcəyini zaman göstərəcək. Ancaq rusiyalı müxalifətçinin sərbəst buraxılmasını tələb edən ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən ciddi təzyiqlərə məruz qalacağı onsuz da aydındır. Və çox güman ki, sonunda, Moskva əlavə yeni sanksiyalar “qazanaraq”, müxalifətçini sərbəst buraxacaq. Əslində, Rusiya hökuməti Navalnı ilə problemi həll etmək üçün mümkün olan ən səhv yolu seçdi. Onu həbs edərək, yalnız Rusiya Federasiyası vətəndaşlarının çox dar bir dairəsinin dəstəyini qazanan siyasətçini süni şəkildə qəhrəmanlaşdırır.

Ancaq bu konkret vəziyyətdə Navalnının özü haqqında deyil, onun həbs olunmasına Ukraynanın reaksiyası haqqında danışmaq istəyirəm. Ukraynada, Krımı ilhaq edən və Donbasdakı müharibəni başladan dövlətlə əlaqəli hər şeyi diqqətlə izlədikləri aydındır. Ukraynanın hər zaman Rusiyaya qarşı təzyiqlərin artırılmasının tərəfdarı olacağı da aydındır. Ancaq Ukrayna tərəfinin davranışında bəzi qəribəliklər var.

Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Ukrayna nümayəndə heyəti, Aleksey Navalnının tutulması səbəbi ilə rusların bu qurumdakı səlahiyyətləri məsələsi ilə bağlı AŞPA-ya müraciət edəcək. Ukrayna nümayəndə heyətinin yeni rəhbəri, “Sluqa naroda” partiyasından olan deputat Maria Mezentseva bu barədə öz “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, 19 yanvarda AŞPA-nın Hüquq Məsələləri Komitəsinin iclasında Navalnının onlayn çıxışı planlaşdırılıb: “Son hadisələri nəzərə alaraq, onun iştirak edə biləcəyi ehtimalı azdır”.

Mezentseva Ukrayna nümayəndə heyətinin mövzu ilə əlaqədar təcili debatlar və Rusiya Federasiyasının səlahiyyətlərinə qarşı apellyasiya şikayəti üçün “qaydalarla təmin olunan bütün mümkün vasitələrdən” istifadə edəcəyini yazır. O, Avropa İnsan Hüquqları Məhkəməsinin Rusiya Federasiyasına rus müxalifətçisinə 22.000 avrodan çox pul ödəməsi barədə qərar çıxarmasını xatırlatdı. Görünür, məntiqli bir açıqlamadır. Ancaq yalnız ilk baxışdan.

Məsələ burasındadır ki, xanım Mezentsevanın vətəndaş nigahlı əri Anton Danilov “DF STOR” MMC-nin ortaq sahibidir, Moskva və Sankt-Peterburqda rahat şəkildə mağazalar açır. Bu mağazaların açılışlarından fotoları sosial şəbəkələrdə yerləşdirir və xanım Mezentseva bu fotoları bəyənir. Vəziyyət belədir...

Daha irəli gedək. Rusiya əyləncəli televiziya kanalı STS yeni bir komediya şousunda iştirak etmək üçün kastinq elan etdi. “Sizi 25, 26, 27 yanvar tarixlərində “Gülüş Liqası” açıq kastinq festivalında gözləyirik. Komandanız hər hansı bir yumor janrında çıxış edə bilər: miniatür, musiqi, parodiya, stəndap, KVN, və s.”, - deyə elanda bildirilir.

Layihənin Ukrayna eyni adlı layihəsinin bir franşizası olduğu rəsmi olaraq bildirilmir. Ancaq şounun formatının və adının tam uyğunluğuna əsaslanaraq, media bu hüquqların sahibindən əldə edilməli olduğu qənaətinə gəlir. Bundan əlavə, keçən ilin noyabrında AMİK yaradıcılıq birliyinin nümayəndələri Sergey Svetlakov və Aleksandır Nezlobinin Ukrayna Liqasının rəhbərləri ilə görüşmək üçün Ukraynaya gəldikləri məlumdur.

Xatırladaq ki, “Gülüş Liqası” (Ukrayna yumor çempionatı) şousu 2015-ci ildə “Kvartal 95” studiyası tərəfindən yaradılıb. Təsisçisi və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir. Yəni, bütövlükdə “95-ci kvartal” şəxsən Rusiya tərəfi ilə əməkdaşlıqdan maliyyə mənfəəti əldə edəcək. Əlbəttə ki, eyni zamanda, Zelenski və Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin yeni rəhbəri daxil olmaqla, “Sluqa naroda” partiyasının bütün nümayəndələri Rusiya Federasiyasını qınayacaqlar.

Ancaq bu da hamısı deyil. Enerji naziri vəzifəsini icra edən Yuriy Vitrenko özünün “Facebook” səhifəsində, Ukraynanın qaz bazarındakı böhranı həll etmək üçün alınması lazım olan tədbirlərin siyahısını paylaşdır. Bunların arasında Rusiyadan müstəqil şirkətlər tərəfindən qaz ixracına dair bir bənd var. Belə bir gözlənilməz salto... Amma, bu da hamısı deyil.

Kiyevdə, Darnitsa stansiyasında, Rusiya kömürlü onlarla “Rusiya Dəmir Yolları” vaqonu var. Qatarlar uzun illərdir ki, mütəmadi olaraq birbaşa paytaxta gəlir. Bundan əlavə, kömür yalnız Rusiyadan gəlmiş deyil, həm də ORDLO-dan (Donetsk və Luqanskın bəzi əyalətləri birgə belə adlandırılır) oğurlana bilər.

Qalmaqallı istintaqın təfərrüatı və təcavüzkarla “kömür trafiki” miqyasının videosu bloger Denis Kazanski tərəfindən “Facebook”-da yerləşdirilib. “Dünən Sergey Briqadir ilə birlikdə Darnitsa üzərində Rusiya kömürlü onlarla “Rusiya Dəmir Yolları” vaqonunu gördük. Rusiya Federasiyasından gələn qatarlar sakitcə birbaşa Ukraynanın paytaxtına gəlir. Və bu, illərdir davam edir. Dayanmadan. Sergey bu vəziyyəti 2016-cı ildən bəri izləyir. Və bu 5 il ərzində Rusiya Federasiyasından gələn kömür trafiki dayanmadı. Kömürü Darnitskaya İES alır”, - deyə bloger yazır.

Ortaya çıxan mənzərə belədir. Ukrayna siyasətçilərinin Navalnının həbsi üçün Rusiya Federasiyasının cəzalandırılmasının vacibliyi barədə çıxışları, Ukraynanın özünün Rusiya ilə aktiv ticarət etdiyi bir vaxtda eşidilir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi hələ də ildə milyardlarla dollar olaraq qiymətləndirilir. Bütün bunlar bir şəkildə məntiqsizdir. Və istər-istəməz, ya xaçı çıxarması, ya da şalvarını geyinməsi tələb olunan keşiş haqqında lətifəni xatırladır.

Və son detal. Aleksey Navalnı, Ukrayna Krımının ilhaqı ilə bağlı Rusiya rəhbərliyi ilə eyni mövqedədir. Krımı Rusiyanın ərazisi hesab edir. Navalnının “Krım kolbasalı bir sendviç deyil ki, o əldən-bu ələ verəsən” ifadəsi məhşurdur. Mövqeyini dəyişdirmədi və çətin ki, əksər rusların mentalitetini nəzərə alaraq dəyişsin.

“Krımın Ukrayna olduğunu xatırladıqdan sonra Navalnının taleyi məni maraqlandıracaq. Onun Putin rejimini laxlatması müsbət faktordur. Ancaq Putindən daha yaxşı olmaması və eyni imperiya təfəkkürlü olması bir həqiqətdir. Qoy, onun taleyini Ukraynanın AŞPA-dakı nümayəndələri deyil, böyük oyunda Navalnını oynadanlar həll etsin”, - deyə ukraynalı siyasətçi, AŞPA-dakı Ukrayna nümayəndə heyətinin keçmiş üzvü Borislav Bereza öz “Facebook” səhifəsində yazır. Və bu, mənim fikrimcə, ən düzgün mövqedir.

Müəllif: Əkbər Həsənov //ayna.az//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aleksey Navalnı Moskvada saxlanıldı

    Aleksey Navalnı Moskvada saxlanıldı ...

    17-01-2021, 22:55

  • 
  • Navalnı xəstəxanaya yerləşdirildi

    Navalnı xəstəxanaya yerləşdirildi ...

    30-07-2019, 11:35

  • 
  • Rusiyanın müxalifət lideri Aleksey Navalnı Vladimir Putini məhkəməyə verib

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı ...

    11-02-2016, 21:33

  • 
  • Aleksey Navalnı saxlanılıb

    Aleksey Navalnı saxlanılıb ...

    25-08-2018, 22:28

  • 
  • Navalnı 30 gün həbs cəzası alıb

    Navalnı 30 gün həbs cəzası alıb ...

    15-05-2018, 22:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu