GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » “Quska”nın dayısı oğlu niyə həbs edilib? – Generalın baldızı ilə 800 minlik QALMAQAL

“Quska”nın dayısı oğlu niyə həbs edilib? – Generalın baldızı ilə 800 minlik QALMAQAL

Tarix: 27-08-2021, 14:02 Bölmə :--- Baxış: 2 304


“Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev qanunsuz həbs həyatı yaşayır. Qərəzli həbsinin əsl səbəbi də məhz Hüseyn Abdullayevlə qohum olmasıdır”.

Gundemxeber.az bildirir ki, bunu “Yeni Sabah”a etdiyi müraciətdə Bayraməliyev Tural Aslan oğlunun nümayəndəsi Samir Zeynalov deyib. O, bildirib ki, T. Bayraməliyev artıq 3 ildir ki, qanunsuz həbs həyatı yaşayır: “O, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızına məxsus 824.156,55 manat əmlakı dələduzluq yolu ələ keçirməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ramella Allahverdiyevanın çıxardığı 05 avqust 2020-ci il tarixli hökm ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib. Sözügedən hökm Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası (sədrlik edən hakim Əmir Bayramov) tərəfindən qəbul olunmuş 23 fevral 2021-ci il tarixli qərarla qüvvəsində saxlanılıb”.

S. Zeynalov deyib ki, həmin qərardan kassasiya şikayəti verildiyindən hazırda iş, Ali Məhkəmənin cinayət kollegiyasının hakimi İlkin Rəcəbovun icraatındadır: “Lakin şikayətin və iş materiallarının 18 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq, hələ də işə baxılmanın tarixi təyin olunmayıb. Bu isə Cinayət Prosessual Məcəlləsinin 419-cu maddəsinin 3-cü bəndinin tələbinə ziddir”.

S. Zeynalovun sözlərinə görə, müdafiə etdiyi şəxsin həbsinin bir səbəbi var, o da Hüseyn Abdullayevlə qohum olmasıdır: “Zərəçəkmiş şəxs qismində tanınmış Salehli Şədiyyə Arif qızı bildirib ki, o, 23 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16 ünvanında yerləşən “AGBANK” ASC-in Elmlər filialından qeyd olunan tarixli müqavilə əsasında illik 22 faiz olmaqla, 24 ay müddətinə 450,000 manat kredit vəsaiti əldə edərək həmin vəsaiti bankın qarşısında T.Bayraməliyevə birgə iş görmək məqsədilə verib.

Qeyd edim ki, həmin kredit müqaviləsi üzrə Tural Bayraməliyev zamin qismində tanınıb və Şədiyyə Salehli ilə bərabər kredit müqaviləsinin təminatı olaraq özünə məxsus daşınar və daşınmaz əmlakları girov qoyub.

Beləliklə hər iki şəxs kreditor qarşısında birgə məsuliyyət daşıyıblar. Birgə biznes ortaqlığından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə Tural Bayraməliyev təsisçisi və direktoru olduğu “Daş Çınqılı Servis” MMC adlı şirkətdə Şədiyyə Salehlini 15% pay sahibi edib və 1 il müddətində hər ay ona 10,000 manat pul ödəyib.

Bununla belə sözügedən kredit müqaviləsi üzrə cari ödənişlərin həyata keçirilməsi məqsədilə T.Bayraməliyev ümumilikdə Şədiyyə Salehliyyə 230,000 manatdan çox vəsait ödəyib ki, həmin məbləğin 100,000 manatını sonuncu öz şəxsi ehtiyacları üçün xərcləyib”.

S. Zeynalov iddia edir ki, təkcə bu arqumentləri sadalamaq kifayət edər ki, Tural Bayraməliyevin əməllərində cinayət tərkibinin olmadığını müəyyən etmək mümkün olsun. “Daha maraqlı və diqqəti cəlb edən məqam isə ondan ibarətdir ki, Şədiyyə Salehli sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanılarkən evli olduğu halda subay olduğuna dair etibarsız şəxsiyyət vəsiqəsi təqdim edib, notarisuda ərizə verərək subay olduğunu bildirib və evli olduğunu qəsdlə gizlədib.

Göründüyü kimi saxta sənəddən istifadə etdiyi üçün Ş.Salehlinin əməlində CM-in 320-ci maddəsinin tərkib əlamətləri var. Həmçinin birgə nikah faktını gözardı etmiş notariat ofisinin və Ş.Salehliyə “subay” statusu ilə şəxsiyyət vəsiqəsi vermiş Yasamal RPİ-nin vəzifəli şəxslərinin əməllərində də cinayət tərkibi var. Şədiyyə Salehlinin əməlində dələduzluq cinayətinin əməli vardır… (Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(103)-2919/2021-ci il tarixli qətnaməsinə istinadən)

Qeyd olunan məhkəmə işinə dair nəzərinizə çatdırım ki, Şədiyyə Salehlinin həyat yoldaşı Süleymanov Rasim Xalid oğlu cavabdehlər “AGBANK” ASC və Şədiyyə Salehliyyə qarşı mülki müstəvidə məhkəmədə iddia qaldıraraq “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbini irəli sürüb. İddia tələbi Yasamal rayon məhkəməsində təmin edilsə də, uzun sürən məhkəmə proseslərindən sonra Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilib, iş üzrə yeni qətanmə qəbul olunub. Və məhz həmin qətnamədə Şədiyyə Salehlinin yuxarıda qeyd olunan qanunsuz əməlləri təsvir edilib.

Göründüyü kimi, əslində Şədiyyə Salehli özü sözügedən kredit müqaviləsinin rəsmiləşməsində maraqlı olub, bu məqsədlə saxta sənəddən belə istifadə etməkdən çəkinməyib. Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva təqsiri olmadığını bildiyi halda gənc bəstəkar Tural Bayraməliyevi sifarişlə məhkum etməyi hakimlik andına sığışdırıb”.

Açıqlamada adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Gündəmxəbər.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə həbs edilən azərbaycanlı bəstəkarla bağlı - Yeni xəbər

    Türkiyədə həbs edilən azərbaycanlı bəstəkarla ...

    1-10-2019, 13:35

  • 
  • Sabiq MTN polkovniki ilə cinayət əlaqəsinə girməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

    Sabiq MTN polkovniki ilə cinayət əlaqəsinə ...

    31-07-2018, 16:15

  • 
  • Arif Əsgərovun baldızı oğlunun işindən 2 şikayət

    Arif Əsgərovun baldızı oğlunun işindən 2 şikayət ...

    16-06-2018, 17:10

  • 
  • Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxılıb

    Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxılıb ...

    5-04-2018, 20:56

  • 
  • Cahangir Hacıyevin həbs cəzası azaldıldı: 3 ay…

    Cahangir Hacıyevin həbs cəzası azaldıldı: 3 ay… ...

    10-02-2020, 11:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu