GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » ZƏFƏR YOLÇUSU

ZƏFƏR YOLÇUSU

Tarix: 11-10-2021, 19:40 Bölmə :--- Baxış: 384


      Əgər bir ölkə müharibə adlı müsibəti yaşayıbsa həmin ölkədə doğulan körpələr ağılları kəsən ilk gündən vətəni yağı düşməndən qorumağı düşünürlər. Əvvəl uşaq zəkasının yetdiyi kimi vətəni qoruyan körpələr yaşadıqları evi, ərazini, kəndi vətən bilirlər. Sonra vətən sözünün dərinliyinə daha dərindən vardıqca vətən sevgisinin aliliyi ilə ucalırlar. Körpəlikdən vətən sevgisini bərabərində böyüdüb, sevgisi ilə bərabər ucalan bir qəhrəman oğulun vətən deyə addımladığı ömür yollarına saldığı izi qədəm - qədəm dinlədikcə bəzi cümlələrin nöqtəsi göz yaşlarım oldu.

    1989-cu il 23 may... Həmin gün Qurbanovlar ailəsində sevinc və təlaş eyni anda yaşanırdı. Ailə ilk övlad adlı sakinin gəlişinin həyəcanını yaşayırdı. Həm ilk övlad, həm də oğul sahibi olmağın sevinci İlqar müəllim və Sədaqət xanımın çöhrəsindən oxunurdu. Oğul adlı çırağı yanan ailə iki qız övladının da sevincini yaşadı. Ancaq ilk övladın sevinci bir başqa olur. Bütün ümidlərin açarı idi İmran. Böyüdükcə yaşatdığı sevinclərin də sayı artırdı. 1996-cı ildə ailə iki övladının eyni anda məktəbə getməsinin sevincini yaşadı. Hər zaman bacılarının qeydinə qalan İmran oxuduğu Bakıxanov qəsəbəsi 725 N - li tam orta məktəbdə ilk dərs günündən həm bacısı, həm sinif yoldaşı, həm də parta yoldaşı olan bacısı Səadət xanımın qeydinə qaldı. Həyatlarının ən gözəl, qayğısız illərini birlikdə keçirən bacı üçün İmranı itirmək sanki hər şeyini itirmək demək idi. Elə orta məktəbdə oxudu zamanlardan İmranın gedəcəyi yol bəlli idi. Hərbçilərə böyük sevgisi olan qəhrəman böyüyüb bir gün özü də o müqəddəs peşəni icra etməyin arzusunda olub. O, bu minvalla VIII sinfi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirmək qərarına gəlib. Tək oğul olmasına baxmayaraq ailəsi İmranın vətənə olan sevgisini bildikləri üçün onu bu addımda dəstəkləyiblər. Onlar yaxşı bilirdilər ki, İmranı yaşadan vətən sevgisidir. Liseydə 3 illik təhsilini başa vurduqdan sonra İmran Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. AAHM - də 4 illik təhsilini leytenant hərbi rütbəsi alaraq başa vurub. Elə həmin il Təlim və Tədris Mərkəzində hərbi biliklərini artırıb. 2012-ci ildə təyinatla Füzuli rayonunda taqım komandiri kimi xidmət edib. Xidməti dövründə bir çox nailiyyətlər qazanıb. 9 il Füzuli rayonunda xidmət edib. Xidməti dövründə Azərbaycan ordusunun ilk qələbəsi kimi tarixə düşən Aprel döyüşlərində iştirak edib, həmin döyüşlərdə yaralanıb. O, döyüşdə iştirak etdiyini hər kəsdən gizlədib. Lakin şəhadətindən qısa zaman öncə anası bundan xəbər tutub. Bir hərbçi kimi hər zaman vətənin azadlığını düşünən İmran kapitan hərbi rütbəsinə qədər yüksəlib. 

     İmran qayğıkeş övlad olub. O ataya ən çox ehtiyacı olan zaman atasını itirib. 2020 - ci il 12 sentyabrda məzuniyyət götürüb evlərinə gəldiyi zaman atası dünyasını dəyişib. Ata həsrətinə tuş gələn ürəyi vətən səngərinə doğru çırpınıb. Məzuniyyətini yarımçıq qoyub sentyabrın 20-də ani qərarla getməli olduğunu deyib. Hər zaman anasını bağrına basan İmran bu dəfə anasına uzaqdan vida edib. Kim bilir o an İmranın ürəyi necə yanıb. Bəlkə sarılsa ayrıla bilməyəcəyini düşünüb. O soyuq vida ürəkləri titrədib. Son dəfə 26 sentyabrda anasına zəng edərək "Ana, özünüzdən muğayat olun. Özünə yaxşı bax." deyib və telefonu söndürüb. 

     27 sentyabr Azərbaycan xalqının heç zaman yaşamadığı bir sabah açılır. Hər kəs həyəcanla olanları dilə gətirir. Dayanmadan Sədaqət ana və iki bacıları İmrana zəng edirlər. Ancaq zənglər cavabsız qalır. İmranın bu səssizliyi doğmalarını qorxudur. Oktyabrın 10-da Səadət xanıma qeyri rəsmi məlumat kimi qardaşının şəhid olduğu xəbəri deyilir. Bu xəbəri günlərlə hər kəsdən gizlədən Səadət xanım sonda anası xaric bu xəbəri yaxınlarına deyir. Hər kəs İmrandan bir xəbər almağa çalışır. Lakin heç kim dəqiq məlumat vermir. Müharibə bitir ancaq İmrandan heç bir xəbər çıxmır. Ailənin ürəyində İmranın sağ olması ümidi son günə qədər ölmür. "Bəlkə irəlidədi, bəlkə əsir düşüb" fikirləri düşüncələrdə təkrarlanır. Ancaq dekabrın 5-də gələn bir zənglə İmranın nəşinin tapıldığı deyilir. Səadət xanım və Vüsalə xanım analarına İmran barədə gerçəkləri demək məcburiyyətində qalırlar. Həm DNA analizinin cavabları, həm də İmranın üzərindən çıxan sənədlərlə İmranın şəhid olduğu 11 dekabrda öz təsdiqini tapır. Həmin gün şəhidin nəşi Bakı şəhərindəki ata ocağına gətirilir. Vətən uğrunda canını fəda edən qəhrəmanın nəşi 11 dekabrda ll Fəxri Xiyabanda torpağa tapşırılır. 

     İmranın döyüş yoldaşları onun döyüşdə göstərdiyi şücaətlərindən bəhs edərkən ordumuzun belə bir hərbçini itirməsi gerçəyi ilə barışa bilmədiklərini deyirlər. Döyüşlər başlanan ilk gündən mübarizəyə başlayan İmranın Füzuli istiqamətində sədlərin yarılmasında müstəsna rolu olub. Öz dəstəsi ilə düşmənin bir neçə postunu ələ keçirib. Sentyabrın 29 - da idarə etdiyi tankın ətrafında olan zaman düşmən tərəfindən tanka minamyot atəşi açılıb. Həmin vaxt ayağından qəlpə yarası alan İmran qanaxmadan şəhid olub. 

     İllərlə torpağa keşik çəkən İmrana 2 ay torpaq keşik çəkib. 2 aydan sonra qəhrəmanın cansız cismi ana torpağın köksünə sığınıb. 

    Kapitan Qurbanov İmran İlqar oğlu şəhadətindən sonra ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edilib. 

     Hər zaman tankçı kimi öndə gedən İmran Vətən müharibəsində göstərdiyi şücaətləri ilə yaddaşlara həkk olunub. Ondan qalan yadigarı isə nə bir övlad, nə də bir muraz deyil, hərbi hissənin həyətində öz əli ilə düzəltdiyi tank maketi, bir də azad vətəndir. 


ŞƏHİD İMRAN

Ruhun qanadlanıb qondu vətənin,

İllərlə talanan viran köksünə.

Bu vətən naminə, bu xalq naminə,

Hər bir çətinliyə sən gəldin sinə.


Sən elə sevirdin hərb sənətini,

Bütün arzuları qurban etmişdin.

İllərlə səninlə birgə böyüyən,

Həmin o arzuna o gün yetmişdin.


O gün pozulanda cəbhədə sükut,

Gözlərin önündə şəhid canlandı.

Döyüş meydanında sən boy göstərdin,

Pozmadın heç zaman içdiyin andı.


Vətənə tuşlanan həmin o mərmi,

Həyatla bağını qopardı, İmran.

O gündən sükutun hakim kəsildi,

Nə bir zəngin gəldi, nə də bir sədan.


Anan gözlərini yollara dikib,

Çarəsiz - çarəsiz göz yaşı tökdü.

Hər iki bacının ömür - gününə,

Elə bil bitməyən bir zülmət çökdü.


Bitdi müharibə, döndü gedənlər,

Səni gətirmədi uzanan yollar.

"İtkindi, şəhiddi yoxsa ki əsir?" 

Rahatlıq vermədi bitməz suallar.


Bayraqlı tabutda geri dönüşün,

Bütün suallara bir nida qoydu.

Xalqının yolunda can verən şəhid,

Bu xalq adın ilə hey qürur duydu.

MANYA SƏXAVƏTQIZI

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ZƏFƏR YOLÇUSU

    ZƏFƏR YOLÇUSU ...

    11-10-2021, 19:42

  • 
  • ZƏFƏR YOLÇUSU

    ZƏFƏR YOLÇUSU ...

    11-10-2021, 19:48

  • 
  • VƏTƏN VƏ DOST XİLASKARI

    VƏTƏN VƏ DOST XİLASKARI ...

    26-09-2020, 10:27

  • 
  • “Vətən mənim qürur mənbəyimdir”

    “Vətən mənim qürur mənbəyimdir” ...

    17-05-2017, 15:54

  • 
  • QƏHRƏMANLAR AİLƏSİ

    QƏHRƏMANLAR AİLƏSİ ...

    15-03-2021, 10:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu