Gundemxeber.az » Büdcədən xərclənən vəsait AÇIQLANDI
2021-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumat verilib.
Maliyyə Nazirliyindən verilən məlumata əsasən, 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 milyard 947,9 milyon manat təşkil etməklə, 17 milyard 711,9 milyon manat xərclərindən 1 milyard 236 milyon manat artıq olub.
Dövlət büdcəsinin gəlirləri 18 milyard 818,5 milyon manat proqnoza qarşı 17 milyard 871,6 milyon manat və ya 95 faiz icra olunub.
2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 milyard 657,5 milyon manat proqnoza qarşı 17 milyard 711,9 milyon manat və ya 90,1 faiz icra edilib.
Dövlət büdcəsi xərclərinin 11 milyard 476,4 milyon manatı və ya 64,8 faizi cari xərclərə, 4 milyard 722 milyon manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1 milyard 513,5 milyon manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 21,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 531,5 milyon manat və ya 31,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 19 milyard 458,3 milyon manat məbləğində icra olunub.
2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 milyon manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
27-08-2018, 14:32
1-01-2014, 18:50
18-08-2021, 20:36
19-07-2013, 10:42
5-02-2014, 13:39
Sorğu
Yeni dizaynımız necədir?