ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının sayı 150-dən 44-ə qədər azalıb.
Bu barədə qurumun ofisinin hesabatına istinadən “Futurism” nəşri məlumat yayıb.
Məlumata görə, mütəxəssislərin belə azalması 2000-ci ildən müşahidə edilir.
Qeyd edilir ki, bu vəziyyət ABŞ-da narahatlıq doğurur, çünki NASA daha əvvəl uçuş proqramları ilə bağlı iddialı planlar açıqlayıb.
Sənəddə yaxın illərdə astronavtların sayının artmayacağı bildirilir. Mütəxəssislərin əksəriyyəti təqaüd yaşına çatıb və qurum hələ ki, yeni işçiləri işə götürə bilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?