İranın Kirmanşah zindanında saxlanılan Süheyla Hicab adlı siyasi məhbusa işgəncə verilib və o buna etiraz olaraq aclıq aksiyasına başlayıb.
Təbriz Turan TV xəbər verir ki, o, yaxınlarına göndərdiyi məktubda martın 28-də ağır işgəncələr gördüyünü, döyüldüyünü bildirib. Məhbus ailə üzvləri ilə görüşünə icazə verilmədiyinə görə aclıq aksiyasına əl atmaq məcburiyyətində qaldığını yazıb.
“Təhlükəsizlik məmurlarının mənə işgəncə verməsinə, tibbi məzuniyyət hüququmdan və tibbi xidmətlərdən məhrum edildiyimə görə, aclıq aksiyasına əl atmaqdan başqa bir çıxış yolu tapa bilmədim”, - deyə xanım məhbus məktubunda qeyd edib.
Süheyla Hicab İranda baş verən insan haqları pozuntularına, ölkə zindanlarında hakim olan ədalətsiz və qeyri-insani şəraitə toxunub, məhkəmə sistemi ilə təhlükəsizlik orqanlarının siyasi məhbuslara qarşı əlbir hərəkət etdiklərini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?