GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ukrayna Mariupolda qalan hərbçiləri təxliyə etməyə çalışır

Ukrayna Mariupolda qalan hərbçiləri təxliyə etməyə çalışır

Tarix: 18-05-2022, 13:51 Bölmə :--- Baxış: 192

Ukrayna ordusu çərşənbə axşamı üç aydır Rusiyanın bombardmanı nəticəsində dağılan Mariupol şəhərində Azovstal polad zavodunda qalan döyüşçülərin təxliyə edilməsinə çalışıb.

Ukrayna rəsmiləri bildirib ki, bazar ertəsi 260-dan çox döyüşçü evakuasiya olunub.

Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, ciddi xəsarət alan 53 döyüşçü Mariupolun şərqində Novoazovsk şəhərində xəstəxanaya çatdırılıb. Novoazovsk Rusiya qoşunlarının və Rusiyanın dəstəklədiyi separatçıların nəzarəti altındadır.

Malyar deyib ki, 211 digər döyüşçü Olenivka şəhərinə aparılıb ki, ona da Rusiyanın dəstəklədiyi separatçılar nəzarət edir. O əlavə edib ki, evakusiya olunan döyüşçülər Rusiya ilə mümkün məhbus mübadiləsində iştirak edəcəklər.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə xalqa müraciətində əsgərlərin Mariupoldan təxliyəsini müzakirə edib.

“Mən vurğulamaq istəyirəm ki, Ukraynaya ukraynalı qəhərmanları sağ-salamat lazımdır. Bu bizim prinsipimizdir,” Zelenski deyib.

“Mən düşünürəm ki, hər bir adekvat insan bu sözləri başa düşəcək. Mariupolun müdafiəçilərini xilas etmək əməliyyatı bizim ordumuz və kəşfiyyat rəsmilərimiz tərəfindən başladılıb. Oğlanları evə qaytarmaq üçün işlər davam edir və bu iş həssaslıq və vaxt tələb edir.”

Malyard deyib ki, ölkənin cənubunda dağılmış Mariupol şəhərində müqavimətin son istehkamı olan zavoddan qalan döyüşçüləri xilas etmək üçün səylər davam edir.

“Mariupolun müdafiəçiləri sayəsində Ukrayna kritik əhəmiyyətli vaxt qazandı,” o deyib. “Onlar bütün işlərini yerinə yetirdilər. Amma Azovstalın blokadasını hərbi yolla aradan qaldırmaq mümkün deyil,” o bildirib.

Bundan əlavə Ukrayna bazar ertəsi bildirib ki, qüvvələr ukraynalıların Rusiya sərhədinə çatmasına imkan verən əks hücum nəticəsində rus qoşunlarını Xarkiv bölgəsindən çıxara biliblər.

Ukraynanın Müdafiə nazirliyi qoşunlarının sərhəddə olduğunu göstərdiyini bildirdiyi video yayıb. Həmin videoda əsgərlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Biz burdayıq” deyir.

ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi bildirib ki, Ukrayna qoşunları Rusiya sərhədinin 2-3 kilometr yaxınlığındadır.

Ukrayna qüvvələri Rusiyanın Ukraynanın ikinci ən böyük şəhəri Xarkivə doğru irəliləməsinin qarşısını alandan sonra bölgədə müəyyən ərazini geri alıblar və diqqətini Donbas bölgəsinə yönəldən Rusiyanı İzyumdan çıxarmağa çalışıblar.

“Kreml Kyiv, Xarkiv və Odesanı, sonra isə ən azından Donetsk və Luhansk regionlarını almağı xəyal edirdi,” Zelenskinin müşaviri Mixailo Podolyak bazar ertəsi Twitter-də yazıb. “İndi Rusiya qoşunları qüvvə çatışmazlığı səbəbilə diqqətlərini Luhansk bölgəsində cəmləşdiriblər. Biz imperiya meqalomaniyasını müalicə etməyə davam edirik və Moskvanı reallıqla üzləşməyə vadar edirik,” o deyib.

Donetsk və Luhansk Donbas bölgəsində yerləşir.

Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi bazar ertəsi Donetskdə ağır döyüşlərin getdiyini bildirib, ancaq Rusiyanın əldə etdiyi irəliləyişlərin “dəyişkən, yavaş, tədricən baş verən, qısa və kiçik” olduğunu deyib.

“Biz ruslar arasında tələfatların olmağa davam etdiyini bilirik,” rəsmi deyib. “Onlar hər gün avadanlıq və sistemlərini itirməyə davam edirlər,” o bildirib.

Ukrayna ilə müttəfiq olan Qərb ölkələri Kyiv qüvvələrinə daha çox silah göndərməyə davam edirlər. Belə ki, son 24 saatda yeddi ölkədən hava yolu ilə 10 çatdırılma həyata keçirilib. Bu barədə ABŞ-ın müdafiə rəsmisi bazr ertəsi müxbirlərə məlumat verib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna Mariupolda qalan hərbçiləri təxliyə etməyə çalışır

    Ukrayna Mariupolda qalan hərbçiləri təxliyə ...

    18-05-2022, 11:34

  • 
  • Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı

    Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb ...

    1-03-2016, 18:41

  • 
  • Zelenski Mariupolda atəşkəsin uzadılmasına çağırır

    Zelenski Mariupolda atəşkəsin uzadılmasına çağırır ...

    5-05-2022, 20:27

  • 
  • Ukrayna Rusiyanın Krıma dəmiryol körpüsü ilə bağlı istintaq başladıb

    Ukrayna Rusiyanın Krıma dəmiryol körpüsü ilə ...

    26-12-2019, 14:06

  • 
  • ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

    ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib ...

    18-09-2020, 10:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu