Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
A, B, C və D qruplarında keçiriləcək səkkiz oyundan sonra pley-offun daha dörd iştirakçısı müəyyənləşə bilər.
A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasalar, vaxtından əvvəl 1/8 finala adlayacaqlar. Qrupun digər matçında “Napoli” İtaliyada Şotlandiya “Reyncers”ini sınağa çəkəcək.
B qrupunda Portuqaliya “Portu”su Belçikada “Brügge”yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə görüşdə xal itirməlidir. C qrupunda “İnter” İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasını yensə, İspaniyada “Barselona” və Almaniya “Bavariya”sı arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.
D qrupunda isə “Tottenhem” İngiltərədə Portuqaliya “Sportinq”indən üstün olsa, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə Fransa “Marsel”i Almaniyada “Ayntraxt” (Frankfurt) komandasının qonağı olacaq.
Çempionlar Liqası Qrup mərhələsi, V tur 26 oktyabr
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.
Sorğu
Yeni dizaynımız necədir?