Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli hərbi müşaviri, general-mayor Kiyumars Purhaşemi öldürülüb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, Purhaşemi ölkənin şimalında, Ələppo şəhəri yaxınlığında silahlı qrupların hücumu nəticəsində həyatını itirib. Məlumata görə, general-mayor İrandan Suriyaya göndərilən hərbi müşavirlər korpusuna rəhbərlik edirdi və hücum baş verən zaman bölgədəki hərbi fəaliyyətləri nəzarətdə saxlamaq üçün səfərdə olub. Bu hadisə, Suriyada fəaliyyət göstərən İran qüvvələrinin münaqişənin müxtəlif tərəflərindən qaynaqlanan hücumlarla üzləşdiyini göstərir. İİKK Suriyadakı İran varlığının əsas dayaqlarından biri olaraq, həm hökumət qüvvələrini dəstəkləmək, həm də bölgədəki strateji maraqları qorumaq məqsədi güdür. İranlı generalın ölümü, həm Suriyada mövcud vəziyyəti, həm də İranın bölgədəki rolunu daha da mürəkkəbləşdirə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?