Suriyada davam edən hərbi münaqişədə daha 2 iranlı hərbçinin öldürüldüyü bildirilib. İran İslam İnqilabi Keşikçiləri Korpusuna məxsus “Fatimiyyun Tuqayları”nın tərkibində döyüşən əfqan əsilli Sadiq Zamani və Naim Qulami davam edən silahlı atışmalarda öldürülüb. Bununla da, son bir həftə ərazində 10 iranlı döyüşçünün Suriyada həyatını itirdiyi vurğulanıb. Qeyd edək ki, 2 minə yaxın iranlı hərbçi Suriyada gedən daxili müharibələr nəticəsində həyatını itirib.
Sorğu
Yeni dizaynımız necədir?