İran ABŞ tərəfindən Suriyadan çıxmaqla bağlı təzyiqlərə baxmayaraq, ölkədəki hərbi mövcudluğunu saxlayacaq. Bu açıqlamanı verən İran müdafiə naziri Əmir Hatəmi Tehran və Dəməşq arasında hərbi tərəfdaşlığa dair bu həftə imzalanmış razılaşmanın detallarına da toxunub.
Hatəmi keçən həftənin şənbə günü Dəməşqə səfəri zamanı Suriya prezidenti Bəşar Əsəd və yüksək səviyyəli hərbi rəsmilərlə danışıqlar aparıb. Səfər zamanı İran və Suriya arasında hərbi əməkdaşlığa dair razılıq imzalanıb.
“İranın hərbi müşavirlərinin Suriyada mövcudluğu Tehran və Dəməşq arasında əməkdaşlığa dair razılaşmasının bir hissəsidir”, dövlətə məxsus İRNA agentliyini Tehranın Dəməşqdəki hərbi attaşesi Əbdülqasem Əlinejada istinadən məlumat verib.
İranın hərbi müşavirlərinin Suriyada mövcudluğu Tehran və Dəməşq arasında əməkdaşlığa dair razılaşmasının bir hissəsidir. “İran Suriyaya ölkənin müxtəlif yerlərindən minaların təmizlənməsində, Suriyaya müharibə dövründə zərər dəymiş hərbi zavodların bərpasında kömək edəcək”, Əlinejad bildirib.
İranın İnqilabi Qvardiyası Suriyada yeddi il sürən vətəndaş müharibəsi zamanı Əsəd kömək məqsədilə ölkəyə silah və əsgəri qüvvə göndərib.
ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton keçən Vaşinqtonun İranın Suriyadan bütün qüvvələrini çıxarmasına dair çağırışını bir daha təkrar edib.
Birləşmiş Ştatlar İrana qarşı Tehranın nüvə və raket proqramları, eləcə də Suriya, İraq və Yəməndə münaqişələrə müdaxiləsi ilə əlaqədar olaraq sanksiyaları bərpa edib.
İran dəfələrlə Suriyada mövcudluğunun Əsəd hökumətinin dəvəti ilə olduğunu və qüvvələrinin ölkədən dərhal çıxarılması planları olmadığını bildirib. Suriyada 2012-ci ildən İranın elitar İnqilabi Qvardiyasının yüksək səviyyəli üzvləri də daxil olmaqla, mindən çox iranlı öldürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?