Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir. (apa)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?