GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Gündəm xəbər”ə qarşı əsassız məhkəmə

“Gündəm xəbər”ə qarşı əsassız məhkəmə

Tarix: 3-04-2013, 20:40 Bölmə :GündəmXəbər Baxış: 1 574
“Gündəm xəbər”ə qarşı əsassız məhkəmə

Qanunsuzluqlarla müşayət olunan prosesin sonluğu başlayır

Şirin Cəfəri ölkə rəhbərliyinə müraciət etdi: “Əminəm ki, Azərbaycanda
bir qəzet təsisçisinin həbs olunub, bir müstəqil mətbuatın bağlanmasına
yol açacaq ədalətsiz məhkəmə hökmünün çıxarılmasına yol verməyəcəksiniz”


Bu gün “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin Gəncə Şəhər Kəpəz rayon məhkəməsində məhkəmə prosesi başlayır. Qaldırılmış cinayət işi və proses zamanı baş verən qanunsuzluqlarla bağlı Ş.cəfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Bu gün müstəqil mətbuat orqanı - “Gündəm Xəbər” qəzeti hədəfə alınıb. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi mənim - “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəmdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərib. Aprelin 4-də hakim Yaşar Həşimovun sədrliyi ilə məhkəmə prosesi başlayır. Hazırda bu istiqamətdə qəzet öz hüquqlarını qorumaq məqsədilə hüquq mübarizəsi aparır. Baş verən qanunsuzluqlar və “Gündəm xəbər”ə qarşı hücumların miqyasını təsvir etmək üçün hadisələrin tam təfərrüatın diqqətinizə çatdırıram.
İlk olaraq bildirim ki, 2006-cı il iyun ayının 6-da vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçərək VÖEN: 6100160032 almışam. 2009-cu ilin iyun ayının 1-dən etibarən "Gündəm Xəbər" qəzetinin təsisçisi bu mətbu orqanı nəşr etdirməyə başlamışam. "Mətbuat Şurası" Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Miibarizə İdarəsinə müraciət edərkən şuranın əlində qəzetin baş redaktoru və ya təsisçisinin hər hansı bir cinayət törətməsi barədə heç bir sübut olmadığı halda yalan məlumat vermişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) ilə istintaq aparmaq səlahiyyəti yoxdur. Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə prokurorluq orqanının cinayət işinin istintaqını həyata keçirmək səlaiyyəti yoxdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 215.3-cü və 215.3.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100- 113, 120 125, 126.3. 135-138, 145, 140, 149. 154-164, 165.2, 65-2, 166.2, 167, 168, 179, 189-1,190, 191, 193-1, 195, 202, 202-1,203, 208. 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 317, 317-1.2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfındən aparılır. Göründüyü kimi prokurorluğun CM-nin 213-cü maddəsi ilə istintaq aparmaq səlahiyyəti yoxdur. CM-nin 213-cü maddəsi ilə cinayət işinin istintaqını aparmaq yalnız və yalnız Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Araşdırılması Departamentinin İstintaq İdarəsinin səlahiyyətindədir. Bütün bunlar onu göstərir ki, mənimlə bağlı vergi yoxlaması qanunsuz keçirilib. Belə ki, növbədənkənar vergi yoxlaması Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məktubu əsasında keçirildiyi yazılsa da, vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsason, yəni "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edİldikdə" adı altında keçirilib. Növbədənkənar vergi yoxlaması qeyd edilən ad altında keçirildiyi halda yoxlayıcı Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Məhkəmə və ya hüquq - mühafızə orqanlarının qərarlarına əsaslanan audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri Nurməmmədov İmran Məmməd oğlu olmuşdur. Buradan açıq aydın görünür ki, növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirildiyindən yoxlamanı aparan şəxsin bu sahə üzrə yoxlama aparmaq solahiyyəti olmayıb.
Burada diqqəti çəkən halın biri də, ondan ibarətdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə edilən müraciətdə cinayət tərkibi olmadığından Koırupsiyaya Qarşı Mübarizə İdarəsi Vergilər Nazirliyinə vergi yoxlaması keçirilməsi üçün müraciət edib. Həmin müraciətdə səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar olmadığından vergi orqanı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qanunsuzluğunu ört-basdır etmək üçün növbədənkənar səyyar vergi yoxlamasını hüquq-mühafızə orqanlarının müraciəti adı ilə deyil, "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edildikdə" adı altında aparıb. Halbuki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edilməsi halı olmayıb və səyyar vergi yoxlaması haqqında AKT-da belə bir mənbə haqqında heç bir məlumat verilməyib.
Səyyar vergi yoxlaması AKT-ı da qanunsuzdur. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Qəzetlər mətbuat yayımı şirkətləri vasitəsi ilə satılmışdır. Mətbuat yayımı şirkətləri qəzetin bir ədədini 40 qəpiyə satmış, 14 qəpiyi qəzetin satışı ilə məşğul olan şirkətlərə xidmət haqqı olaraq qalmış və müqaviləyə əsasən 24 qəpik redaksiyaya ödənilmişdir. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və yiiksək tirajla çıxan "Azadlıq" və "Yeni Musavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdiriblər. Bundan əlavə qəzetlər real satış qiyməti ilə - bir ədədi 40 qəpiyə hesablanmış, real satış qiymətindən qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 14 qəpik verilməsini və qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almamışlar.
Vergi Məcəlləsinin (VM) 39.2. maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir.
Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən yalnız aşağıdakı xərclər gəlirdən çıxılmır : 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Əyləncə və yemək xərclərinin(müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş normalar daxilində müalicə-profılaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir
Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafıq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.
Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.
Ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafıq surətdə gəlirdən çıxılır.
Faktiki ezamiyyə xərclərinin müvafıq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.
VM-in 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən (bax: VM-in 109-cu maddəsinə) başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Göründüyü kimi cavabdehlər hesabladığı gəlirlərdən xərcləri düzgün çıxmamışlar.
VM-in 53.3. maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.
Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.
Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasmda və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.
VM-nin 38.3-cü və 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Qeyd etmək lazımdır ki, cavabdehlərdə mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edilməsi halı olmamışdır. Bununla da, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar əsassız olaraq açılmışdır.
Yuxarıda göstərilənlər bir daha onu təsdiq edir ki, “Gündəm Xəbər” qəzetinin təsisçisi kimi mənim haqımda JV2 110777026447745 saylı, 10.08.2011-ci il tarixli Səyyar vergi yoxlaması AKT-ı tamamılə qanunsuzdur və həmin AKT əsasında verilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında JVs 1100777023482594 saylı 22.09.2011-ci il tarixli qərar heç bir hüquqi əsasa malik deyil. Biz bu qanunsuzluq səbəbindən məhkəməyə müraciət etmişik və hazırda iş Bir Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun icraatındadır.
Heç şübhəsiz ki, biz haqlı tərəfik. Haqlı tərəf olduğumuzdan məhkəmənin səyyar vergi yoxlama aktının ləğv etməsini gözləyirik. Çünki səyyar vergi yoxlaması aktının özü həqiqəti əks etdirmir. Eyni fəaliyyətlə məşğul olan “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin dövriyyələrini “Gündəm xəbər” qəzetinə tətbiq etməyin özü ədalətsilik və qanunsuzluqdur. Ümumiyyətlə Azərbaycanda qəzetlərin heç birinin yüz faizlik satışı yoxdur. Bu mənada “Gündəm xəbər” qəzetinin yüz faizlik satışının iddia olunması da, qanunsuz haldır. Biz gözləyirik ki, məhkəmə qeyd etdiyimiz məqamları nəzərə alaraq iddiamızı təmin edəcək. Mənim iddiamda tələblərim açıq qoyulub. Mən tələb edirəm ki, Vergi Auditi Departamentinin səyyar vergi yoxslaması aktı etibarsız hesab olunsun. Həmçinin vergi qanunvericiliyinin pozulmasına görə, məsuliyyətə cəlb olunma haqqında qərar ləğv edilsin.
Azərbaycan reallığında müstəqil və heç kimdən asılı olmayan bir qəzetin 71 min 478 manat 16 qəpik vergidən yayınması, habelə 133 min 514 manat 69 qəpik cərimə ödəməsi məntiqsizlikdi. Azərbaycanda 133 min 514 manat 69 qəpik cərimə ödəməyə heç bir qəzetin imkanı yoxdur. Təbii ki, mən nisbətən azad və maliyyələşməyən qəzetləri nəzərdə tuturam. Öz satışından özünü maliyyələşdirən qəzetlərin böyük imkanları yoxdur.
Korrupsiya İdarəsinin dövlət qəzeti olmayan fərdi bir insanla nə işi ola bilərdi? Axı mən məmur deyiləm. Bu halda mənim hansı korrupsiya əməllərim ola bilər? İkincisi, Korrupsiya İdarəsi Vergilər Nazirliyinin verdiyi arayış əsasında cinayət işini aparıb. Təsəvvür edin ki, Vergilər Nazirliyi bir cəfəngiyyat ittiham irəli sürüb. Konkret desək “potoloka” baxaraq qəzetin olmayan tirajlarını və xərclərini yazıblar və məni vergidən yayınmaqda ittiham ediblər. Bundan sonra cəfəng və əsası olmayan bu işi cinayət işinə çeviriblər. Amma bu zamanda ortaya başqa suallar çıxır. Məsələn, əgər “Gündəm xəbər” qəzetində vergi nöqsanları varsa, bunun korrupsiyaya nə aidiyyəti var? Bu işə məhkəmədə baxıla bilər, çünki mübahisəlidir. Bəs bunun Korrupsiya İdarəsinə nə dəxili var axı?
Mən Vergilər Nazirliyinin yanında Vergi Auditi Departamentinə ərizə ilə müraciət etmişəm. Bütün sənədlər də onlara təqdim edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsininin istintaqını aparıb guya amerika kəşf edirmiş kimi məhkəməyə göndərdiyi də elə bu işdir. Ümumiyyətlə, qanunvericiliyin tələblərinə görə, Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidadi araşdırılması departamentindən başqa heç bir orqan vergi cinayətlərinə dair araşdırma apara bilməz. O cümlədən də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Amma istintaqın Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılması və belə yüksək məbləğdə vergilərin hesablanması göstərir ki, bu proses idarə edilir. Görünür kimlərsə Azərbaycanda azad medianın boğulması haqda beynəlxalq rəyin yaranmasında maraqlıdır. Sizin baş vermiş qanunsuzluqlara müdaxilə edəcəyinizə və haqqımda qaldırılmış əsassız cinayət işi ilə bağlı məhkəmə prosesini nəzarətə götürəcəyinizə inanıram. Əminəm ki, Azərbaycanda bir qəzet təsisçisinin həbs olunub, bir müstəqil mətbuatın bağlanmasına yol açacaq ədalətsiz məhkəmə hökmünün çıxarılmasına yol verməyəcəksiniz.

“Gündəm Xəbər” qəzetinin təsisçisi:
Cəfəri Şirin Abbasqulu oğlu”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir

    Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir ...

    26-11-2013, 00:02

  • 
  • QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR

    QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR ...

    20-05-2013, 15:20

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • “Gündəm Xəbər”in təsisçisinin Məhkəmə prosesi təxirə salındı

    “Gündəm Xəbər”in təsisçisinin Məhkəmə prosesi ...

    16-02-2016, 16:41

  • 
  • Şirin Cəfəri həbsin astanasında - Proses növbəti dəfə təxirə salındı

    Şirin Cəfəri həbsin astanasında - Proses növbəti ...

    31-03-2016, 14:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu