Artıq geniş ictimaiyyətə bəllidir ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri ilə bağlı xeyli müddətdir ki, Yasamal rayon Məhkəməsində Hüseyn Səfərovun sədirliyi ilə məhkəmə prosesi keçirilir. Belə ki, proses artıq özünün arzuolunmaz sonluğuna doğru yaxınlaşmaqdadır. Çünki, Vergilər Nazirliyinin Şirin Cəfəri barəsində çıxardığı 71 428 manat cərimə qərarı, olduqca qərəzli və heç bir əsasa söykənməyən qərar olduğundan, uzun müddətdir ki, jurnalisti çıxılmaz duruma salması hər kəsə bəllidir. 16.02.2016-cı il tarixdə saat 11:00-da Yasamal rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində Şirin Cəfərinin vəkili Zaur Niftəliyevin Xəstə olmasına görə məhkəməyə gələ bilmədiyindən, Hakim Hüseyn Səfərov prosesi növbəti dəfə təxirə salındı. Yəni, növbəti məhkəmə prosesinin 24 fevral 2016-cı il tarixdə, saat 10:20-də keçirilməsi hakim tərəfindən elan olundu. Onuda bildirək ki, ötən məhkəmə prosesində Prokuror Sadiq Əkbərov Son çıxışını edərək Şirin Cəfərinin barəsində 5 il azadlıqdan məhrum edilməsini istəmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?