GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Danışıqlar baş tutmadı – Qarabağda müharibə başlaya bilər

Danışıqlar baş tutmadı – Qarabağda müharibə başlaya bilər

Tarix: 6-05-2016, 12:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Danışıqlar baş tutmadı – Qarabağda müharibə başlaya bilər

Danışıqlar baş tutmadı – Qarabağda müharibə başlaya bilər

Aprelin 5-də Moskvada əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Ermənistanın işğal altındakı hərbi qüvvələri Azərbaycanın hərbi mövqelərini və yaşayış məskənlərini atəşə tutmaqda davam edir. Düzdür, işğalçı təkcə son həftə ərazində 10-a yaxın itki verdiyini açıqlayıb, ancaq düşmən yenə də təcavüzündən əl çəkmir. Paralel olaraq erməni tərəf bütün təmas xətti boyu aktivləşməkdədir.

Terrorçuları öz ətrafında birləşdirən Ermənistan Könüllülər İttifaqı (“Yerkrapa”) isə ayrıca bəyanatla çıxış edib. Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalında iştirak

etmiş erməni caniləri birləşdirən qurumun bəyanatı əslində düşmən ölkənin niyyətini ortaya qoyur. Fakt budur ki, Sərkisyan hakimiyyəti mövcud vəziyyətdən çıxmaq üçün heç olmasa, təsəlli sayılacaq kiçik qələbəyə nail olmaq istəyir.

Ona bu qələbə danışıqlarda itirilmiş mövqelərinin, həmçinin ölkə daxilində tar-mar olmuş imicinin bərpa olunması baxımından çox lazımdır. Gələn məlumatlara görə, Ermənistan ordusu və Qarabağ separatçıları mövqelərimizə doğru yeni hücuma hazırlaşırlar. Hətta iddia olunur ki, hücum mayın 8-i, Şuşanın işğalı günündə ermənilərə “hədiyyə” etmək məqsədi güdür. “Yerkrapa”nın rəhbəri Manvel Qriqoryanın sözlərinə görə, “bütün ermənilər mayın 8-də gözəl hədiyyə almağa layiqdirlər”.

Ermənistan dördgünlük müharibədə itirdiyi mövqelərin ona qaytarılmasını istəyir. İrəvandakı “Lragir” qəzetinin baş redaktoru Haykazn

Qaqriyan isə “Vaxt tükənir: irəliləyiş yaxındadır” başlıqlı məqaləsində yazıb: “Belə təəssürat yaranır ki, tərəflərə sanki vaxt verilmişdi və indi o vaxt tükənir”.

Ermənistan ordusunun Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə son günlərdə müşahidə olunan aktivliyi də düşmənin hücum niyyətindən xəbər verir. Bu arada Ermənistan ordusunun işğal altındakı Dağlıq Qarabağda yerləşən hərbi birləşmələrinin malik olduğu texnika və artilleriya qurğularının sayı barədə məlumatlar yayılıb. Məlumata görə, işğal olunmuş Qarabağ bölgəsində ermənilərin 371 tankı, 324 PDM-i və ZTR-i, 44 ədəd “Qrad” artilleriya qurğusu, 102 ədəd D-30 122-mm-lik qaubitsalar, 152 mm-lik qaubitsa-top, 99 ədəd 152 mm-lik 2A36 topları, 100 mm-lik KC-19 zenit topları, 85 mm-lik D-44 divizion topları, 2 ədəd Su-25 qırıcısı və 8 ədəd

Mi-24 döyüş helikopteri var. Bundan başqa, Dağlıq Qarabağda Ermənistan ordusunun 20 minlik işğalçı korpusunun da yerləşdiyi məlumatlar arasındadır.

Ermənistandan Dağlıq Qarabağa göndərilmiş “Toçka-U” taktiki raket buraxılış sistemləri artıq Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində yerləşdirilib.

Rusiyalı ekspert Oleq Kuznetsov da demişdi ki, əgər yaxın müddətdə sülh əldə olunmasa, savaş yenidən başlayacaq. “Mayın 8-i yaxınlaşır. Bu, erməni silahlı birləşmələri tərəfindən qeyd edilən Şuşanın işğal günüdür. Qondarma ”Arsax dövləti”ndə bu, bayram hesab edilir. Vacib deyil, atəşi birinci kim açacaq. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz

zəmanət var. Ən azı üç gün – mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir. Sonra isə Kreml növbəti “sakitləşdirmə” mərhələsinə başlayacaq – hansı mərhələ ki, yalnız konflikt zonasında yeni hərbi-siyasi situasiyanın fiksasiyasından ibarət olacaq” – ekspert demişdi.

Mümkündür ki, bu, bir ekspertin proqnozu deyil, həm də Rusiya hakimiyyət dəhlizlərində dolaşan informasiyadır. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskvaya son səfəri zamanı isə Rusiya müttəfiqinə silah yardımı edəcəyinə söz vermişdi. Düzdür, Ermənistan mətbuatı da Azərbaycan ordusunun təmas xətti boyu aktivləşməsindən, bölgəyə əlavə qüvvələr yerləşdirilməsindən bəhs edən materiallar verir. Hesab olunur ki, düşmən ordumuzun ona növbəti sarsıdıcı zərbə vuracağından ehtiyatlandığı üçün

öz gücünü bir neçə qat şişirdərək tirajlayır. Yəni işğalçı daha çox qorxduğu üçün qorxutmağa çalışır. Lakin o da mümkündür ki, Ermənistan Rusiyanın hərbi texnikasının xidmətindən də yararlansın və Azərbaycandan qisas almaq niyyətinə düşsün.

Faktiki olaraq, bu gün cəbhə bölgəsində atəşkəsə riayət olunmur. Bu da təbiidir. Çünki atəşkəsin ardınca danışıqlar prosesi baş tutmadı. Ötən bir ay ərzində Rusiya baş naziri və xarici işlər nazirini Bakı və İrəvana səfərləri əhəmiyyətsiz oldu. Nə rusiyalı rəsmilər, nə də avropalı diplomatlar Bakı və İrəvana səfərlərində konkret təkliflər gətirmədilər, heç kəs İrəvanı inandırmır ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmadan problem həll olunmayacaq. Ona görə də bu gedişat bölgəni növbəti genişmiqyaslı hərbi toqquşmalara aparır. Müharibənin baş vermə

ehtimalını Ermənistan ordusunun cəbhə bölgəsindəki təxribatları da artırır. Ermənistan hakimiyyəti və ordu komandanlığı 1990-cı illərin əvvəllərindəki taktikanı təkrarlamağa çalışırlar.

O illərdə Ermənistan ordusu Azərbaycanın kəndlərini və rayonlarını bombalayır, bu da mülki əhali arasında itkilərin sayının artmasına gətirib çıxarardı. Digər tərəfdən, Azərbaycan ordusu nizamlı deyildi, silahlı birləşmələr müxtəlif siyasi fiqurlara tabe idi. Və həmin siyasi fiqurlar arasındakı gərginləşən münasibətlər silahlı birləşmələrin döyüş əhval-ruhiyyəsinə mənfi təsir edirdi. Kənd və rayonların boşalması da savaşan insanların döyüş ruhuna mənfi təsir edirdi. İndi isə Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda 24 ildə nizami ordu quruldu, könüllü batalyonlar yoxdur, ordu yalnız müdafiə nazirinin əmrlərinə tabedir.

Ordunun silah və sursatı da 1990-cı illərdəkindən daha moderndir. Digər ən böyük faktor Ermənistan ordusunun bombardmanlarına baxmayaraq mülki əhalinin yaşayış yerini tərk etməməsidir. Yəni Ermənistan hakimiyyətinin və ordusunun 1990-cı illərdəki ”mülki əhalini qorxu altında saxlamaq” strategiyası işləmir. Əksinə, Azərbaycanın rayon və kəndlərinin bombardman edilməsi Azərbaycan ordusunu işğalçı qüvvələrə qarşı yeni əks-hücuma həvəsləndirir. Həm də əgər Ermənistan ordusu yaşayış məntəqələrini bombalayırsa, Azərbaycan ordusunun əks-hücuma keçməsi üçün əngəl də qalmır.

Beynəlxalq aləmin, o cümlədən Rusiyanın Azərbaycan ordusunun hücuma keçməsinə mane olması siyasəti zəifləyir. Çünki atəşkəsin Ermənistan tərəfindən pozulduğu aşkardır. 5 apreldə Azərbaycan hakimiyyəti Kremli eşitdi. Növbəti savaşda Azərbaycan ordusunu atəşkəsə

dayandırmaq çətin olacaq. Bunu bəzi ərazilərin azad olunması ilə bağlı ordudakı və cəmiyyətdəki yüksək əhval-ruhiyyə də sübut edir.

O da diqqətçəkəndir ki, mayın 2-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 9 illik fasilədən sonra Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Qeyd edək ki, hələ S.Sərkisyan Ter-Petrosyanın ayağına gedəndən sonra keçmiş prezident demişdi ki, yaranmış situasiyanı müzakirə etmək üçün Dağlıq Qarabağa gedəcək. Eks-prezidentin Qarabağ separatçılarının başçısı Bako Saakyanla konkret nələri müzakirə etdiyi bəlli deyil. Ancaq güman olunur ki, Qarabağ ətrafındakı situasiyanı daha real qiymətləndirməyi bacaran Ter-Petrosyan hərbi ritorikaya üstünlük verən separatçı lideri başa salmaq üçün gəlib. Hakimiyyəti dövründə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin

qaytarılmasında israr edən və buna görə də erməni lobbisinin qəzəbinə tuş gələn Ter-Petrosyanın budəfəki mövqeyi maraq doğurur.

Amma burası dəqiqdir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağa gəlişi heç də Serj Sərkisyanı xilas etmək üçün deyil. Çünki Ter-Petrosyan bilir ki, Sərkisyanın siyasi perspektivi yoxdur. Ona görə də o, son məqamda Sərkisyanı müdafiə etməyəcək. Sadəcə, Levon Ter-Petrosyan taktiki maraqlardan xidmət edir. Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Ona görə də Köçəryanın hakimiyyətə gəlişini əngəlləmək üçün Ter-Petrosyan Sərkisyanla müvəqqəti taktiki müttəfiqliyə razılaşıb. Daha sonra bu yollar ayrılacaq. Hazırda isə Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir. Eynilə Sərkisyan Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir. Əsas məsələ odur ki, Sərkisyan Dağlıq Qarabağ məsələsində eks-prezidentdən dəstək gözləyir.

Sərkisyanın isə Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəfə almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki Ermənistan prezidenti Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu, onun üçün böyük yükdür. Ancaq Ter-Petrosyanın da hələ ki Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, o, yaxın günlərdə ”Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Azərbaycan

ordusu öz uğurları ilə düşmən siyastəçilərini bunu deməyə məcbur etməlidir.

Bu arada düşmənin Azərbaycanın Qarabağda savaşa hazırlaşması barədə təbliğatına Azərbaycan Müdafiə Nazirliyi cavab verib. Nazirliyin mətbuat xidmətini rəhbəri Vaqif Dərgahlı düşmən ölkənin Azərbaycan ordusunun təmas xəttinə əlavə canlı qüvvə və texnika daşıması ilə bağlı hay-küyünə belə münasibət bildirib: “Biz dəfələrlə bildirmişik ki, Azərbaycan ordusunun ölkənin tanınmış sərhədləri daxilində istənilən istiqamətdə hərbi texnika və canlı qüvvəsini hərəkət etdirmək, cəmləşdirmək və yerdəyişməsini həyata keçirmək hüququ var”. Ermənilərin qəfil hücuma keçə biləcəyi barədə xəbərlərə gəldikdə, MN rəsmisi “Azərbaycan ordusu düşmənin istənilən fəaliyyətinin qarşısını almağa hazırdır” deyib.

Beləliklə, vasitəçilər problemin həlli məşğul olmaq üçün real adımlar atmırlar. Bu da onu deməyə əsas verir ki, müharibənin başlanacağı realdır. Məsələ burasındadır ki, danışıqlarda ciddi irəliləyiş ondan ibarətdir ki, Ermənistan ilkin olaraq 5 rayonu boşaltmağa razılaşır. Bu baş versə, sülh prosesi bərpa olunur, atəşkəsə riayət edilir, Azərbaycanın Ermənistanla münasibətlərinin nizamlanmasına başlanılır. Yox, bu baş verməsə, Ermənistan yenə də vaxtı uzatsa, Rusiya ona təsir etməsə, böyük ehtimalla cəbhədə vəziyyət yenə də gərginləşə, bu dəfə lokal döyüşlərin ağır artilleriya və aviasiya qüvvələrinin iştirakı ilə daha geniş miqyasa yayılmaqla hərbi əməliyyatlar başlaya bilər.

Onu da qeyd edək ki, aprelin 26-dan başlayaraq bir neçə gün cəbhədə vəziyyət yenidən gərgin olub. Hazırda isə təmas xəttində vəziyyət yenidən stabilləşib. Lakin ekspertlərin fikrincə, bu sakitlik

müvəqqətidir, gərginlik yenidən artacaq. Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, hər şeyin yaxşılığa doğru dəyişdiyi fikrindən uzaq olmalıyıq: “Ona görə ki, vəziyyət get-gedə bir az da mürəkkəbləşir və qəlizləşir. Sadəcə Azərbaycan tərəfinin cavab tədbirləri erməniləri bir qədər sakitləşdirib. Ermənilər yenidən bəzi işlər görürlər. O işlər də ona hesablanıb ki, yaxın günlərdə Azərbaycan silahlı qüvvələrinin mövqelərinə, o cümlədən mülki vətəndaşlara da zərbələr endiriləcək. Ölkə başçısı ön cəbhədə olarkən hərbçilərlə görüşündə də dedi ki, "düşmən haqqın yoluna qayıtmaq istətmir. Başa düşmək istəmir ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq”.

Bəli, ermənilər də bunu gözəl bilir. Bilirlər ki, Azərbaycan 2-3 strateji əhəmiyyətli yüksəklik almaqla, oturub 20 il də gözləyən deyil.

Həmsədrlər heç nə eləmirlər, eləmək fikirləri də yoxdur. O adamlar riyakarlıqla məşğuldurlar. Azərbaycan ərazisində bu qədər dağıntı olmasına rəğmən heç bir ölkənin, o cümlədən Ermənistana havadarlıq eləyən Rusiyanın da səsi çıxmır ki, Ermənistan bu alçaq, şərəfsiz niyyətindən əl çəkməlidir. Artıq hədəfdə hərbçilər deyil, mülki şəxslərdir. Ona görə də, vəziyyətin düzəlməyə doğru getdiyini düşünmək sadəlövhlük olardı. Azərbaycan bəzi işləri görməlidir. Müdafiə Nazirliyi də bunu gözəl bilir. Bu istiqamətdə lazım olanları etməlidirlər və edirlər”.

Hərbi ekspert lazım olan işlər dedikdə nəzərdə tutduğu bəzi məqamları açıqlayıb: "Lazım olan iş ondan ibarətdir ki, düşmənin ön mövqelərinə zərbə endirib, sonrakı mərhələdə hansı işlərin görülməli olduğu hesablansın. O cümlədən, artıq

qüvvə və ehtiyat resurslar hesablanıb və nəzərə alınıb. Real tapşırığı yerinə yetirmək üçün lazım olan nə iş varsa, onlar edilir. Bundan başqa, lazım olan odur ki, düşmən ərazilərimizdən çıxarılsın. Bu istiqamətdə Müdafiə Nazirliyi gecə-gündüz nə lazımdırsa, edir. Bu istiqamətdə çox ciddi işlər gedir. Müdafiə naziri neçə gündür ki, döyüş bölgəsindən çıxmır. Bu isə o deməkdir ki, ciddi işlər aparılır”.

Ü.Cəfərov mayın 9 və 12-nin qisas günü olacağı və ordumuzun hücuma keçəcəyiylə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Heç kim dəqiq deyə bilməz ki, döyüş əməliyyatları nə vaxt başalayacaq. Bunu yalnız Ali Baş Komandan, ölkə rəhbərliyi və müdafiə naziri bilə bilər. Nə qədər ki, torpaqlarımız işğal altındadır, hər an döyüş başlaya bilər.

12 may atəşkəsin növbəti ildönümüdür, bu səbəbdən o tarixdə hücum ediləcyini deyirlər. Bəziləri 8-dən 9-na keçən gecə - Şuşanın işğalı günü hücum edilcəyini deyirlər. Bu tarixlərdə döyüşün başlaması nəzəri baxımından mümkündür. Lakin praktiki baxımından heç bir dövlət hücum edəcəyi günü əvvəldən elan etmir. Hücum qəfil və sarsıdıcı olur. O istiqamətdə deyilən sözlər arzudur. Lakin mən onu deyə bilərəm ki, may ayı Azərbaycan xalqına tam olmasa da, bir balaca rahatlıq əminlik gətirəcək. May xalqımız üçün düşərli aylardan olacaq”.

Samir
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Fevralın 25-də müharibə başlaya bilər

    Fevralın 25-də müharibə başlaya bilər ...

    12-02-2013, 11:37

  • 
  • Ermənistan Qarabağda itki verdi

    Ermənistan Qarabağda itki verdi ...

    14-08-2017, 16:33

  • 
  • Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

    Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb ...

    27-09-2018, 11:40

  • 
  • Əli Həsənov: “Ermənistana beynəlxalq təzyiq olmasa, müharibə qaçılmazdır”

    Əli Həsənov: “Ermənistana beynəlxalq təzyiq ...

    5-05-2016, 11:53

  • 
  • Sensasion iddia: Noyabrın 7-də Qarabağda müharibə başlanır

    Sensasion iddia: Noyabrın 7-də Qarabağda müharibə ...

    12-08-2013, 18:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu