"Lokal müharibə nəticəsində Qarabağın 6 rayonu Azərbaycana veriləcək"
Azərbaycanla- Ermənistan arasında müharibə yenidən bərpa olunacaq. Bu haqda sensasion xəbər Ermənistan mətbuatında yayılıb. Düşmən dövlətin mətbuatı hətta müharibənin başlayacağı günü də təyin edib, bu ilin noyabır ayının 7-si.
Erməni mətbuatının yazdığına görə, müharibə "razılaşdırılmış savaş" olacaq və hər iki tərəfin qarşılıqlı şəkildə atəşkəsi ciddi şəkildə pozmasıyla başlayacaq. Düşmən mətbuatı iddia edir ki, bu "müharibə"nin detalları Putinin Bakı səfiri zamanı müzakirə olunacaq.
"Qərbin və Rusuyanın birgə planı olan bu lokal "müharibə" qısa bir zamanda Qarabağın 6 rayonunun Azərbaycana verilməsi ilə nəticələnəcək. Bundan sonrakı mərhələdə isə tərəflər danışıqlar stolu arxasında oturdulacaqlar. Sarkisyan artıq bu təkliflə razılaşıb."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?