GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Başçı müavini vergilərin yolunu tutdu

Başçı müavini vergilərin yolunu tutdu

Tarix: 10-05-2016, 22:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 663
Başçı müavini vergilərin yolunu tutdu

Başçı müavini vergilərin yolunu tutdu

Nərimanov rayon İcra Hakimiyyəti haqda araşdırma məqaləsi rezonans doğurub; Abidin Fərzəliyevin müavini Şahmar İbadov “Gündəm-xəbər”ə zəng edərək açıqlama yerinə həbslə təhdid edib, barəsindəki ittihamlara reaksiya verib

Nərimanov rayon İcra Hakimiyyəti haqda araşdırma məqaləsi rezonans doğurub. “Gündəm-xəbər”in icra başçısı Abidin Fərzəliyevlə müavini Şahmar İbadov barəsində yaydığı məlumatlar sərt təpki ilə qarşılanıb.

Məqalədə yer alan detallar və media üzərindən aparılan araşdırmalardan irəli gələn xəbərlərə təhdid şəklində reaksiya verilib. Halbuki. Həmin materiallardan bəzi nüanslar vaxtilə mediada ara-sıra yayımlanıb. Həmçinin, onun 9-cu mikrorayonda villasının şəklinin elektron mediada yayımlanmasını da xatırlatmaq yerinə düşər ki, İbadov hədələmək yerinə münasibət bildirsin.

Lakin icra başçısının müavini “Gündəm-xəbər”ə məqalədəki ittiham və məqamlarla bağlı açıqlama vermək əvəzinə hədə leksionunu seçim edib. Şahmar İbadov “İki məmurun bölüşdürdüyü rayon - Nərimanov” başlıqlı məqalə ilə bağlı əlaqə saxlayaraq Vergilər Nazirliyinin tutduğu yolu davam etdirmək istəyində olduğunu açıq şəkildə söyləyib.

Belə ki, başçının müavini 012-496-91-00 telefon nömrəsindən redaksiyamıza zəng edərək bildirib ki, dərhal təkzib verilsin. İbadov unudub ki, dövət məmurudur və bir mətbu orqanla hansı dildə danışmaq lazımdır. O, yazıdakı ittihamlarla bağlı açıqlama verməli və yaxud RİH-nin mətbuat xidməti öz press-relizini yollamalıdır. Başçı müavini isə zəng edərək öz üslubunda danışıb.

Ş.İbadov deyib ki, “sizin qəzetdə “İki məmurun bölüşdürdüyü rayon-Nərimanov” dərc olunan yazıya dərhal təkzib verin, əks halda mən bütün işimi gücümü yerə qoyub səninlə məşğul olacam”. Görəsən, başçı müavini işlərini kənara qoyub bir qəzetlə məşğul olmaq deyəndə nəyi nəzərdə tutub? Gəlib diqqət edək:

Şahmar müəllim daha sonra bildirib ki, “təsisçi Şirin Cəfərinin məhkəməsi yeni qurtarıb, həbs olunmayıb, mən özüm bu işlə ciddi məşğul olacam”.

Vergilər Nazirliyinin davamçısı olmaq borcunu özündə hiss edən Fərzəliyevin müavini bu mesajla açıq şəkildə jurnalisti həbslə təhdid edib. Prezident İlham Əliyevin mətbuata verdiyi dəstəyi, media nümayəndəsinin həbsinə çox sərt şəkildə reaksiyasını deyəsən, hörmətli İbadov yaddan çıxarıb.

Məhkəmə ədalətli şəkildə Ş.Cəfəri barəsində həbs hökmü çıxarmadı, amma yarımçıq qalan işi Nərimanov rəhbərliyi başa vurmaqda iddialıdır. Halbuki, başçı müavini barəsində yazılanlarla bağlı bir məmur olaraq təhdidsiz-hədəsiz, sakit reaksiya verə bilər, fikirlərini söyləyərdi.

Necə ki bunu daha yüksək vəzifəli məmurlarda görmüşük, mətbuat xidmətləri açıqlama yayıb. Jurnalisti isə həbs, məhkəmə ilə təhdid etmək birbaşa dövlətin mətbuat siyasətinə qarşı getməkdir. Ölkə başçısının media ilə bağlı yürütdüyü siyasətin əksinə atılan bu addım heç də İbadova məmur kimi başucalığı gətirmir. Hər halda bir məmurun media nümayəndələrinə hədə-qorxu ilə mövqe bildirməsi heç bir qanun çərçivəsinə sığmır.

İbadov onu da qeyd edib ki, 80-nə yaxın saytla əməkdaşlıq edir, heç biri onu bu qədər əsəbləşdirməyib: “Ancaq sizin bu yazınız məni bərk əsəbləşdirib, Şirin Cəfəri məhkəməni bilirəm yeni qurtardı ancaq həbs olmadı. Mən bu işlə işimi gücümü atıb məşğul olaram”.

“Gündəm-xəbər” öz növbəsində heç bir qərəzi olmadan onun mövqeyini də dərc etməyə hər zaman hazır olduğumuzu bildirib. Telefon söhbətində hörmətli başçı müavininin nəzərinə çatdırılıb ki, qəzet təkzibi öz tərəfindən dərc edə bilməz, qarşı tərəfin mövqeyini dinləyib çap edə bilər.

Bu fikri dinlədikdən sonra İbadov bildirib ki, yazıdakı məqamların hamısı yalandır, həqiqəti əks etdirmir. “Gündəm Xəbər" qəzeti olaraq KİV haqqında qanunun müvafiq maddələrini əsas tutaraq, qarşı tərəfin mövqeyini qəzetimizin çoxsaylı oxucularına çatdırmağı özümüzə borc bildik.

İbadovun fikirləri yenə də çap etməyə hazırıq. Bəs, həmin məqalədəki nüanslar nədən ibarət idi, xülasəsini xatırladaq. Məqalədə deyilirdi ki, Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb.

İcra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb. Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var. Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas praktiki Ş.İbadovdur.

A.Fərzəliyev Ş.İbadovu qabağa verərək məsuliyyəti onun üzərinə qoyub. Bu, həm ona olan etimaddan irəli gəlir, həm adının hallanmaması üçün bu priyomu istifadə edir. Ş.İbadovun əl-qolunun geniş açılması, rayondakı tikinti və iaşə obyektlərinə açıq şəkildə əl qoyması da bu imkanlardan yaranıb.

İddialara görə, Nərimanov rayonundakı gəlirli sahələrin yarıbayarısı Ş.İbadovun nəzarətindədir. Bu imkanlara sahiblənməsi təbii ki, onun siyasi gücünü də artırıb.

Daşınmaz əmlak qeydiyyatından əlavə, binaların sökülməsi, plana düşən tikililərə görə kompensasiyaların bölüşdürülməsi işlərinə də sahiblik edib. Bəzi qaynaqlardan gələn xəbərlərdə bildirilir ki, İbadov Nərimanov ərazisində poluiteran materialların binalara üzlənməsində belə baş məsləhətçi olub.

İddialara görə, bu keyfiyyətsiz üzlüklərin rayondakı binaların fasadına yamaq etməkdə müavinin mənfəəti olub. Mənbə qeyd edir ki, Fərzəliyev bu məsələdən heç də xəbərsiz olmayıb və onun istəkləri reallaşıb. Artıq həmin üzlüklər sökülüb. Ş.İbadov qısa müddət ərzində böyük qazanc əldə edib.

Bundan əlavə, Həsən Əliyev küçəsinin Azərbaycan Müəllimlər İnstitutu ilə bitişdiyi ərazidə 5 mərtəbəli binaların söküntü işləri aparılıb. Yerində isə yeni binaların tikintisi hələ də davam edir. Şahmar İbadov bu prosesdən çox böyük qazanc əldə edib.

Rayondakı sosial problemlərə gəlincə, Nərimanov rayon icra başçısı avtoyuma biznesi açıb. Abdin Fərzəliyev rayondakı əksər məntəqələri yaxın adamlarına həvalə edib. Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlərin hamısı nəzarətə alınıb və onlar avtoyuma məntəqələri açmaq istəyənlərə satılır.

Hörmətli Şahmar müəllim, bu məqamlarla bağlı isə fikir demək yerinə həbslə təhdid edir. Onun ünvanına nə bir aşağılayıcı ifadə yer alıb, nə də qeyri-etik cümlə. Sadəcə, iki məmurun fəaliyyətindən yazılıb. Araşdırmalarımız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq.

Zöhrab Təmrazov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Nərimanov rayonu mənlikdi, Abidin gedəcək...” – Şahmar İbadovun böyük iddiası

    “Nərimanov rayonu mənlikdi, Abidin gedəcək...” – ...

    5-12-2014, 12:50

  • 
  • Şahmar İbadov hərəkətə keçdi

    Şahmar İbadov hərəkətə keçdi ...

    31-10-2017, 15:49

  • 
  • Şahmar İbadov necə «oliqarx» oldu?

    Şahmar İbadov necə «oliqarx» oldu? ...

    15-09-2017, 14:55

  • 
  • Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

    Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc ...

    21-01-2018, 23:40

  • 
  • "Range Rover"lə yaşlı qadını öldürən icra başçısının müavinin oğlunun - FOTOLARI

    "Range Rover"lə yaşlı qadını öldürən ...

    28-08-2017, 15:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu