L-D siqareti şübhələrə yol açır Bu gün tam əksəriyyətin istifadə etdiyi müxtəlif siqaret növlərinin üz hissəsində yazılır ki, “siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur”. Amma, onu dərk edən də, dərk etməyən də siqaretə aludə olduğundan, ondan istifadəyə üstünlük verir və sağlamlığına müəyyən mənada ziyan da vurur. Bu gün siqaret bazarında daha çox satılan və əksəriyyətin istifadə etdiyi siqaretlərdən biri də, “L-D” siqaretinin olması, yəqin ki, danılmaz faktdır. Düzdür, tam əksəriyyət danışır ki, satılan siqaretlər içərisində “L-D” siqareti fərqli siqaretdir və keyfiyyəti də digərlərindən fərqlidir. Amma, bu gün (red:dünən) mağazadan aldığımız “L-D” siqareti qutusunun içərisindən fərqli siqaret dənəsinin çıxması, bizi nəinki, “vəlvələ”yə, hətta “zəlzələ”yə də saldı desək, yəqin ki, yanılmarıq. Çünki, həmin siqaret dənəsinin üz orta hissəsini fərqli formada üzlüklə örtülməsi, onu sübut etməyə əsas verir ki, “L-D” siqaretinin istehsalı ilə bağlı hər kəsdə formalaşan ümidverici ümidlər, artıq şübhələrə də yol açır. Yəni, hər kəsdə belə bir fikir formalaşır ki, adı dillər əzbəri olan bu siqaretlə bağlı bəzi qaranlıq məqamlar var ki, bu da yüz faiz problem yarada biləcək məqamlardır. Yəqin ki, “L-D” siqaretinin belə bir formada istehsalı, onun hansı fəsadlara yol açması və.s ilə bağlı, şirkətin səlahiyyətliləri öz münasibətlərini bildirəcəklər. Problemin varlığını diqqətdə saxlayacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?