GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Penitensiar Xidmətdə olaylar səngimir

Penitensiar Xidmətdə olaylar səngimir

Tarix: 16-05-2016, 15:17 Bölmə :GündəmXəbər Baxış: 0
Penitensiar Xidmətdə olaylar səngimir

Müəssisədəki istehsal sahələrində işləyən dustaqların aldığı 120 manat məvacibin də, öz "toskı"sı var

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində baş verən çoxsaylı qanunsuzluqlar barədə daxil olan məlumatlar, bu gün də gündəmi zəbt etməkdədir. Cənab Mədət Quliyevin sözügedən qurumdan uzaqlaşmasından sonra, adı çəkilən idarədə baş alıb gedən rüşvətxorluğun, ölüm hadisələrinin, müəssisələrarası yerdəyişmələrin, vəzifədən azad olunmaların, eləcə də məhkumlarla davranış qaydalarının dəyişdirilməsi və.s kimi faktlar, bu gün də tam əksəriyyəti şoka salmaqdadır. “Gündəm Xəbər”ə daxil olan məlumalara görə, Penitensiar Xidməti İdarəsində rəis vəzifəsini icra edən Hüseyağa Əlixanovun özünəməxsus idarəçilik sistemindən təngə gələn müəssisə rəhbərləri, hal-hazırda nazir Fikrət Məmmədova müraciət etmək haqda düşünürlər.
Hüseyağa Əlixanovdan Fikrət Məmmədovun nüfuzuna zərbə
Yeri gəlmişkən onu da qeyd edək ki, Fikrət Məmmədov bəlkə də yeganə nazirdir ki, o, öz imicini təmiz saxlamağı bacaran məmurlardandır. Bu belə olduğu halda, bu gün nədən cənab Fikrət Məmmədovun Penitensiar Xidmətdə baş verənlərə seyrçi qalması, hələ ki, əksəriyyəti düşündürməkdədir. Azərbaycanlı məmur-oliqarxların xaricdə daşınmaz əmlaka yatrım qoymaları ilə bağlı məlumatlar, bu gün də KİV-nə yol tapmaqdadır. Xüsusilə iqtisadi böhrandan əziyyət çəkən ölkələrə azərbaycanlı oliqarxlar yatırımlar qoyurlar ki, həmin məmurlar sırasında cənab Fikrət Məmmədovun adının çəkilməməsi, amma onun tabeliyində olan qurum rəhbərlərinin, o cümlədən Hüseynağa Əlixanovun bu sırada yer alması, Ədliyyə Nazirinin imicinə zərbə vurulması kimi də izah olunur. Bu günlərdə Penitensiar Xidmətdə bir neçə millət vəkilinin iştirakı ilə keçirilən “sərginin”də, artıq özəl səbəbləri üzə çıxıb. Belə ki, Hüseynağa Əlixanov atdığı addımları ilə qol qoyduğu özbaşnalıqlara dolayısı yollarla don geydirməyə çalışması da, elə qurumun özünün verdiyi nəticədir.
Xidmətdə işə qəbulun “qaydaları
Verilən məlumatlara görə hal-hazırda indiki rəhbərlik zabit və “Nazor” xidmətlərini həyata keçirmək üçün, işçi qəbuluna da başlayıb. Daxil olan məlumatlarda o da bildirilir ki, zabit heyyəti quruma 30.000 manata , gizir heyəti isə 15 000 manata qəbul olunurlar. Hətta, ədliyyə orqanlarında işləmək üçün Rusiyanın Ryazan şəhərində oxumağa göndərilən işçilər də, xüsusi rüşvət hesabına təhsil alamağa nail ola bilirlər.
Bütün bunlardan əlavə onu da qeyd edək ki, Mədət Quliyev dönəmində kadrların seçilməsi və hazırlanması prosesi, tamam başqa bir formatda aparıldığı, heç də heç kəsə sirr deyildi. Cəmiyyətdə həmişə qeyd olunurdu ki, sabiq rəhbərlik akademiyaya göndərişi bacarıqlı və savadlı kadrlara verirdi. Birdən-birə qurumda vəziyyətin bu cür dəyişməsinə yönəlik addımların atılması, rüşvət hallarının artmasının səbəbi kimi, indiki rəhbərliyin keçici etap olduğunu qeyd edənlərdə var. Son 6 ay müddətində müəssisələrdə məhkumların yemək təminatları ilə bağlı yaşananlar, müəssisələrdəki “market”lərin, eləcə də “ikinövlü” yeməkxanaların fəaliyyəti, digər korrupsiya hallarının artması kimi olaylar, qurumda əməlli-başlıca xaos yaratmaqdadır.
Valideynlərin verdiyi məlumatlarda bildirilir ki, müəssisələrdə məhkumlara qarşı davranış qaydalarının dəyişdirilməsi, məhz Mədət Quliyevdən sonra 180 dərəcə dəyişib. Onlara verilən yeməklərdən tutmuş, digər xidmət növlərin hamsı pulla ölçülür. Digər məsələ isə, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə, məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onların normal sosial faydalı həyata qaytarılmasına dair proseslərin həyata keçirilməsidir. Belə bir proseslərin şəffaf həyat keçirilməsi üçün, yaradılmış komissiyanın Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyinin rəisi cənab Malik Ələkbərova həvalə olunması da, qeyd olunan sahədə neqativ halların müşahidə olunması ilə nəticələnib. Belə ki, adı həmçinin xidmətin rəisi vəzifəsinə real namizəd olduğu iddia olunan müfəttişlik rəisinin, qurumda baş verən biabırçı hadisələrdə maraqlı olması da, səslənən iddialar sırasındadır.
Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elçin Əlicanovun əməlləri
Bu ad cəzacəkmə müəssisəsində cəza çəkən dustaqlarla bərabər, onların ailə üzvlərinə də bəlli bir addır. Konkret desək, Elçin Əlicanov rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsini açıq qazanc mənbəyinə çevirib.
Cəzaçəkmə müəssisəsində cəzaçəkən dustaqlardan birinin ailə üzvləri tərəfindən verilən məluimata görə, müəssisədə şərait artıq dözülməz həddədir, Yəni, adının çəkilməsini istəməyən valideyin bildirir ki, “müəssisədə satışa çıxarılan ərzağın qiyməti, real bazar qiymətlərindən iki-üç dəfə bahadır. Dustaq yaxınlarının gətirdiyi ərzaqlar içəri buraxılmır və gətirilən ərzağı içəri keçirmək üçün, hər kəsdən 50 manatdan 100 manata qədər pul istəyirlər. Ərzaq və yeməklər də, bərbad vəziyyətə salındıqdan sonra dustaqlara verilir”. Valideynin sözlərinə görə, dustaq yaxını ilə görüşdükdən sonra, ondan pul istənillir ki, belə bir tapşırığın da rəis tərəfindən verildiyi bildirilir. Müəssisədə idman kompleksi yoxdur. Normal həkim məntəqəsi olmadığına görə, döyülüb xəsarət alan dustaqları sürüyüb idman zalı deyilən yerə aparırlar. Tələb olunan dərmanlar da, həmçinin real qiymətindən dəfələrlə baha satılır. 1400 dustağın cəza çəkdiyi müəssisədə, cəmi 30 adamlıq televizora baxmaq guşəsi var. Dustaqxanadakı kinoklub da fəaliyyət göstərmir. Rəis E.Əlicanov kinoklubun işləməsi üçün 1000 manat "toskı" qoyub. Dustaqxanadakı dərzixana da, ayda 300 manatı verə bilmədiyi üçün bağlanıb".
Şikayətçi valideyin onu da bildirir ki, “dustaqlara qarşı qeyri-insani münasibət bəsləyən rəis Əlicanov, yüngül cəza alanları “kars”a saldırır. Özü də elə-belə döyüb söyməklə də kifayətlənmir, dustağı qollarından asdırır və sutka ərzində 5-10 dəqiqə dincəlməkdən başqa, dustağın qolunu açmağa icazə belə vermir. Elə bilirsiz ki, bütün bunları dustağı islah etmək üçün edirlər? Heç də yox! 500 manat tapıb verən dustaq, elə həmin gün normal kameraya keçə bilir. Cərimə təcridxanasında dörd ədəd 4 nəfərlik, on ədəd 2 nəfərlik kamera var ki, hal-hazırda da həmin kameralarda 100-dən çox dustaq saxlanılır. Dustaqların hər hansı narazılığına “siz dövlətə, cəmiyyətə yararsız adamlarsız” cavabı verilir. Müəssisədəki istehsal sahələrində işləyən dustaqların aldığı 120 manat məvacibin də, öz "toskı"sı var. Belə ki, həmin pulun da 30 manatı rəisə çatır. Elçin Əlicanovun qol qoyduğu qanunsuzluqlar təkcə bunlarla yekunlaşmır. Qanunla dörd aydanbir dustağın ailəsi ilə görüşə verilən 3 günlük icazənin də, bugünkü qiyməti 150 manatdan başlayır. Qiymətin qalxması dustağın yanına gələn şəxslərin maddi durumundan asılıdır. Cəzanın üçdə birinin çəkilməsindən sonra, yerdə qalan müddətin məhkəmə ilə buraxılmasına verilən izacə də, bir ili minimum 3 mindən (üç) hesablanır. Bildirilir ki, iki ilinə 50 min verib azadlığa çıxan dustaq da olub. Hal-hazırda cəzaçəkmə müəssisəsində 600-dən çox cəzasının üçdə birini çəkən, ancaq pulu olmadığına görə məhkəməyə çıxa bilməyən dustaq da var. Bu yaxınlarda müəssisədə maraqlı bir olay yaşanıb. Belə ki, cəzaçəkmə müəssisəsindəki futbol turnirində kubok təqdim edərkən rəis Əlicanov, öz çıxışı ilə özünü ələ verir. Çıxışında bir dustağı “öz hesabına” məhkəməyə çıxaracağına söz verən rəisdən soruşmaq lazımdır ki, dustağın məhkəməyə çıxmasının dövlət rüsumu nə qədərdir ki, rəis onu öz hesabına edir?

PX-in 15 saylı cəzaçəkmə müəssisəsində yaşananlar

Penitensiar Xidmətin nəzdindəki 15 saylı cəzaçəkmə müəssisəsində yaşanan başqa bir olay da, heç də diqqətdən kənarda qalmır. Yəni, problemin mahiyyəti ondan ibarətdir ki, məhkəmənin hökmü ilə on il cəza alan, amma bu günədək cəzasının doqquz ilini çəkən İbrahimov Yusif Mustafa oğlu, təqribən 5-6 ay bundan əvvəl elə bir oyuna salınır ki, gəl görəsən. Baş verən olayla bağlı onun yaxınları “Gündəm Xəbər”ə bildirirlər ki, “Yusif İbrahimovun azadlığa çıxması üçün, adı çəkilən cəzaçəkmə müəssisəsində “zampolit” vəzifəsini daşıyan polkovnik-leytenant Camal müəllim, onunla danışıb razılığa gəlir ki, 4 min manatın müqabilində səni azadlığa çıxara bilərəm vədi versə də, son anda o, vədinə əməl etmir. Düzdür, onun istədiyi 4 min manat “haqq-hesab” vaxtında ona çatdırılır, məhkəmə prosesi keçirilir, amma bir ay sonra prokurorun vermiş olduğu protest, yenidən Yusif İbrahimovu məhbəs həyatına qaytarır. Belə olan halda məhbusun yaxınları Camal müəllimdən 4 min manat pulun geri qaytarılmasını tələb edirlər. Müəyyən söz-söhbətlərdən sonra cəzaçəkmə müəssisəsinin səlahiyyətlisi almış olduğu 4 min manat pulun 600 manatını geri qaytarsa da, hələ ki, 3400 manatın taleyi müəmmalı olaraq qalmaqdadır.
“Gündəm Xəbər”ə çatdırılan məlumatlarla bağlı, hələ bir müddət bundan əvvəl adı çəkilən cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə görüşüb, problemin varlığına aydınlıq gətirmək istəsək də, istəyimiz elə istək olaraq qaldı. Çünki, müəssisəsinin rəisi cənab İlyas Səlimov öz əməkdaşı vasitəsi ilə “mən müavinimə tapşırığımı vermişəm, problem həll olunacaq” bildirsə də, təəssüflər olsun ki, problem bu gün də həllini tapmayıb. Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, PX-in bütün strukturunda, o cümlədən 15 saylı cəzaçəkmə müəssisəsində də əməlli-başlıca xaos, anarxiya və.s hökm sürməkdədir.
Yaşanan problemlə bağlı araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən şəxslərin də, mövqeyini dinləyə bilərik.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Penitensiar Xidmətin nüfuzuna sarsıdıcı zərbə...

    Penitensiar Xidmətin nüfuzuna sarsıdıcı zərbə... ...

    6-06-2016, 17:45

  • 
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35

  • 
  • Fikrət Məmmədov onu Baş idarəyə rəis TƏYİN ETDİ - ƏMR

    Fikrət Məmmədov onu Baş idarəyə rəis TƏYİN ETDİ - ...

    9-10-2020, 15:23

  • 
  • Mədət Quliyev öz nazirinə qarşı

    Mədət Quliyev öz nazirinə qarşı ...

    17-04-2013, 10:43

  • 
  • Mədət Quliyev taborun geyimini yenilədi

    Mədət Quliyev taborun geyimini yenilədi ...

    24-01-2014, 14:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu