Son vaxtlar bəzi media təmsilçilərinin “Gündəm Xəbər”in ərsəyə gətirdiyi materialları oğurlayaraq öznünküləşdirmələri yamanca “moda minib”. Amma, o hala da diqqət yetirək ki, mövzu oğurluğunun aludəçiləri olan həmin kəslər, oğurluq edərkən “Gündəm Xəbər”dən etdikləri oğurluqdan utanmırlar. Belə bir deyim də var: ”Utanmasan oynamağa nə var ki...” Bu qəbildən olan KİV-in təmsilçiləri plagiat hərəkətləri ilə, yalnız çalışdıqları mətbu orqanın adına sayqısızlıq etmirlər, hətta jurnalist etikasını da bilərəkdən pozurlar. “Gündəm Xəbər”in yaradıcı kollektivi baş verənlərdən təəssüf hissi keçirir və belə bir addımları qınayır. Bu kimi hallar əksər internet xəbər portalları arasında geniş vüsət alıb. Qəzetimizin veb səhifəsi olan “gundemxeber.az” xəbər portalı da, bu sırada deyəsən “qurban seçilib”. Baş verənlərlə bağlı “Gündəm Xəbər”in redaksiyası bu cür əməl sahiblərinə ciddi xəbərdarlığını edərək bildirir ki, “mövzu oğurluğuna keçərkən və həmin mövzuları öznüzünküləşdirməyə çalışarkən, bir qədər düşünün, öz hərəkətlərinizə qiymət verməyi bacarın”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?