GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Almaniyadan Türkiyəyə qarşı yanlış addım

Almaniyadan Türkiyəyə qarşı yanlış addım

Tarix: 3-06-2016, 01:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Almaniyadan Türkiyəyə qarşı yanlış addım

Bundestaq nədən "soyqırım"ı tanıdı?

Dünən Almaniya parlamenti bizlər üçün gözlənilməz qərar verdi. Belə ki, Almaniya Bundestaqında qondarma erməni soyqırımının tanınması ilə bağlı səsvermə keçirildi. Nəticədə Bundestaq Türkiyədə 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul etdi.

"Erməni və digər xristian azlıqların soyqırımının 101-ci ildönümü" adlı qanun layihəsinin əleyhinə 1 deputat səs verdi, 1 nəfərisə bitərəf qaldı. Sənəddə deyilir: "Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilərin məhvi böyük faciə idi. Çünki müstəqil hesablamalara görə, deportasiya və kütləvi məhvlər milyondan çox erməninin həyatını itirməsi ilə nəticələndi. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərin qovulmasını soyqırım kimi qəbul edir".

Qeyd edək ki, ermənilər həmin vaxt milyon yarım erməninin soyuqırımına məruz qaldığını təkid edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.

Şərhçilər hesab edir ki, bu Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasının həyata keçirilməsini daha da çətinləşdirəcək.

Bu razılaşmada Türkiyənin bütün qanunsuz miqrantları qəbul eləməsi, əvəzində ona əlavə vəsait ayrılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Ərdogan: “Hansı addımlar atacağımıza qərar verəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdogan dəfələrlə bəyan edib ki, belə bir qətnamənin qəbulu ikitərəfli münasibətləri əngəlləyəcək.

Türkiyənin Almaniyanın bu gözlənilməz və ağılsız qərarına reaksiyası özünü çox gözlətmədi. Belə ki, məsələ ilə bağlı dərhal Almaniyaya nota verildi.

Almaniyanın Ankaradakı səfiri Türkiyə XIN-ə çağırıldı və Türkiyənin sözügedən qərarla bağlı etirazı səfirin diqqətinə çatdırıldı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Keniyada səfəri zamanı mətbuat konfrasında jurnalistlərin Almaniyanın "erməni soyqırımı" qərarını qəbul etməsi sualını cavablandırdı.

Ərdoğan məsələ ilə bağlı Türkiyə Baş naziri Binalı Yıldırım ilə telefon əlaqəsi saxladığını dedi:

"Müzakirələr üçün Türkiyə səfirini geri çağırmışıq. Təbii ki, Almaniyanın bu qərarı iki ölkə arasındakı əlaqələrə ciddi təsir edəcək. Türkiyəyə qayıdandan sonra hansı addımlar atacağımıza qərar verəcəyik".

Qəbuledilməz qərar

Türkiyə Baş naziri Binalı Yıldırım da Almaniya parlamentinin qondarma erməni soyqırımını tanıması qərarını qınadı.

O, bu qərarı qəbuledilməz adlandırıb:

"Səhv qərardır. Türkiyə bu qərarı heç vaxt qəbul etməyəcək. Bu millət keçmişi ilə fəxr edən millətdir. Bizim keçmişimizdə üz qaraldacaq, başımızı aşağı edəcək heç bir olay yoxdur. Türkiyənin Almaniyadakı səfirini geri çağırdıq. Təbii ki, qərar mətnini gördükdən sonra atılacaq addımlarda tərəddüd etməyəcəyik. Bu millət heç kimdən əmr almayıb, heç kimə boyun əyməyib. Biz Allahın önündə əyilirik, millətimiz nə istəsə, onu edəcəyik".

Baş nazirin müavini Numan Kurtulmuş da Tvitterdən bu qərarı kəskin tənqid etdi: "Almaniya parlamentinin "soyqırım" iddiasını qəbul etməsi tarixi səhvdir. Bu qərar iki ölkə arasında dostluq əlaqələrinə ciddi təsir

göstərəcək. Bu məsələ siyasətçi və parlamentarilərin deyil, elm adamları və tarixçilərin nəticələri əsasında müzakirəyə çıxarılmalıdır. Türkiyə olaraq, hər platformada lazımi cavabı verəcəyik".

Bunu qərarın ardınca Ədalət və İnkişaf Partiyası Almaniyanın "erməni soyqırımı"nı tanıması qərarına qarşı Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyaların birgə bəyannamə ilə çıxış etməsi təklifini irəli sürdü. Eyni zamanda Türkiyənin Berlindəki səfiri Hüseyn Avni Karslıoğlu Ankaraya çağırıldı.

Merkeldən Bundestaqın qərarı ilə bağlı açıqlama

Almaniya kansleri Angela Merkel Bundestaqın qondarma erməni soyqırımı qərarını qəbul etməsindən sonra mətbuat konfrası keçirdi. Merkel Türkiyə və Almaniya münasibətlərinə toxunaraq bildirdi ki, Almaniyada türk kökənli 3 milyon insan yaşayır: “Türkiyə və Almaniyanı bir-birinə bağlayan çox şey

var. İki ölkə arasındakı əlaqələr güclü və əhatəlidir. Mən və bütün Almaniya hökuməti Türkiyə və Ermənistan arasında dialoqun qurulmasında o cümlədən, Osmanlı imperiyası dövründə baş verən hadisələrin dərk edilməsi məsələsində kömək etmək niyyətindəyik".

Azərbaycan XİN-dən Almaniyaya etiraz

Azərbaycan Xarici İşlər Nazirliyi də Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımasına münasibət bildirib.

Azərbaycan xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Almaniya parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar iyunun 2-də qəbul edilmiş qətnamə qərəzli və qeyri-obyektivdir: "Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".

Onun sözlərinə görə, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir.

"Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir", - deyə H.Hacıyev vurğulayıb.

Almaniya nədən “soyqırımı” tanıdı?

Maraqlıdır, Türkiyə ilə normal münasibətlərə malik olan Almaniya nədən bu addımı atdı? Politoloq Elxan Şahinoğlu hesab edir ki, Almaniya “erməni soyqırımı”nı tanıya biləcək sonuncu ölkə olmalıydı: “Çünki Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir”.

E.Şahinoğlu əlavə edib ki, Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi: “İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən, Berlin bu lobbinin təsiri ilə “qətnamə”ni qəbul edib. Digər tərəfdən Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar.

Bəs Almaniya “soyqırımı” qətnaməsini indi niyə qəbul etdi? Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də kölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi”.

E.Şahinoğlu onu da əlavə edib ki, Türkiyənin lobbi fəaliyyəti zəifdir: "Almaniyada 3 milyon türkün yaşamasına baxmayaraq, bu ölkə rahatlıqla ermənipərəst qətnamə qəbul edir, üstəlik Almaniyada məktəblər üçün yazılan tarix kitablarına “erməni soyqırımı"yla bağlı bölmə salınacaq. Çünki Almaniyada yaşayan türklərin böyük əksəriyyəti siyası baxımdan fəal deyil, çoxu özü üçün və biznesi üçün yaşayır, əks halda alman deputatlar ermənipərəst

qətnamənin qəbulundan öncə ehtiyat etməli, türk seçicilərinin səslərini itirə biləcəklərini düşünməliydilər. Almaniya parlamentinin “erməni soyqrımı” qətnaməsinin qəbulundan əvvəl türklər Bundestaqın qarşısında etiraz mitinqi keçirdilər. Ancaq mitinqə ən çox 10 min nəfər qatılmışdı, Halbuki, Berlin yüzminlərlə türkün etiraz səsini eşitməli idi.

Azərbaycan müxalifətindən Almaniyaya sərt tənqid

Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı tanıması qərarını Azərbaycan müxalifətinin təmsilçiləri də şərh edib. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, belə bir qanunun qəbul ediləcəyi gözlənilən idi: “Çünki alman Bundestaqında partiyalararası razılaşma var idi. Bu qərar Türkiyə-Almaniya, dolayısı ilə

Türkiyə-Avropa Birliyi münasibətlərinə müəyyən təsir göstərəcək. Bu təsir özünü xüsusən də, siyasi, diplomatik sferada əks etdirəcək. Amma Türkiyə ilə Almaniya münasibətlərində köklü dəyişiklik olmayacaq.

Türkiyə nəzərə alır ki, Almaniya Avropa Birliyinin aparıcı ölkəsi, lokomotividir. Orada 3 milyon yarım türk kökənli Almaniya vətəndaşı, ümumilikdə 5 milyondan artıq türk yaşayır. Türkiyənin iqtisadi cəhətdən ən böyük bağlı olduğu ölkə də məhz Almaniyadır. Ona görə də həm daxildə, həm regionda, həm də Rusiya ilə gərgin münasibətlər yaşadığı zamanda Türkiyənin ciddi və dərin addımlar atacağını düşünmürəm. Düzdür, Türkiyə siyasi və diplomatik sahədə hərəkətə keçəcək, səfiri geri çağırıb bəyanatlar verəcək və ya Türkiyə Böyük Millət Məclisi hansısa sənəd qəbul edəcək. Ancaq bundan uzağa gedən addımlar atacağını düşünmürəm”.

Onun fikrincə, belə bir situasiyanın yaranması Almaniyanın daxili siyasi vəziyyəti ilə bağlıdır:

“Miqrant axını Avropa Birliyi, xüsusən, Almaniyada artandan sonra Angela Merkel hökumətinə qarşı ictimai rəydə münasibət dəyişdi və Merkelin partiyası ciddi zərbə aldı. İkincisi, Almaniyada müsəlman və türk əleyhdarı qüvvələr, xüsusilə ultrasağ qüvvələr aktivləşib. Üçüncü səbəb isə Türkiyənin Avropa Birliyi ilə münasibətlərində irəliləyişləri istəməyən Avropadakı güclü mərkəzlər və qüvvələrin fəallaşması ilə bağlıdır. Bundan başqa Avropa Birliyi ilə Türkiyə arasında viza rejiminin ləğvi məsələsi gündəmdədir. Mənə elə gəlir ki, Avropa Birliyi bu münasibətlərin pozulması üçün bir bəhanə axtarır və düşünür ki, bəhanəni qoy Türkiyə özü versin. Türkiyəni sinirləndirib səhv etməyə təhrik edir. Avropa Birliyi istəyir ki, Türkiyə elə səhv etsin ki, səbəbkar Avropa Birliyi yox, Türkiyə olsun. Türkiyənin viza rejimini aradan qaldırması Avropada xristian-mühafizəkar dairələri çox qıcıqlandırır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, sözügedən qərar pislənməyə layiq bir qərardır. Onun fikrincə, xalqlar arasında

düşmənçiliyə hüquqi don geydirib çağdaş dünyada gündəmə gətirmək xoş niyyətdən xəbər vermir: “Almanlar özləri II Dünya müharibəsində yəhudiləri soyqırıma məruz qoyub. Bunu təsdiq edən milyonlarla fakt var. Amma türklərin erməniləri soyqırıma məruz qoyması haqda bir dənə də olsun fakt yoxdur. Ermənilər son 20 il ərzində azərbaycanlılara qarşı Xocalıda soyqırımı törədib. Eləcə də 1918-20-ci illərdə 31 mart qırğını olub.

Doğrudan da, söhbət dünyada soyqırımı tanımaqdan gedirsə, gərək Almaniya Bundestaqı Xocalı və mart qırğınlarını, yəni ermənilərin türklərə qarşı soyqırımını paralel olaraq tanıyardı. Fakt onu göstərir ki, söhbət soyqırımı hadisəsindən yox, türk dövlətinə və xalqına olan təzyiqdən gedir. Almanlar bu qərarın icrası ilə bağlı Almaniyada yaşayan türklərə qarşı istədikləri vaxt hansısa sanksiya tətbiq edə bilər. Vaxtilə Fransada bu qərar qəbul ediləndə onu tanımayanlara qarşı cinayət işi açılacağı məsələsi təsdiq edildi. Belə çıxır ki, Almaniya vətəndaşı olan türklər Bundestaqın

qərarını qəbul etməyəcəklərsə, onda onların hamısı ya həbs olunmalı, ya da Almaniyanı tərk eləməlidir.

Bu qərarın uzağa gedən nəticələrindən biri də Almaniya vətəndaşı olan türklərin oradan çıxarılmasına zəmin hazırlamaqdır ki, könüllü şəkildə Almaniyanı tərk etsinlər. Bu qərarı qətiyyətlə pisləyirəm. Bunu Almaniyanın bir xristian təəssübkeşliyinin əlaməti kimi qiymətləndirirəm. Belə bir məşhur deyim var, cəhənnəm gedən özünə yoldaş axtarır. Almanlar dünyada yeganə xalqdır ki, özləri də yəhudi soyqırımını etiraf ediblər. Onsuz da Türkiyə etiraf etməyənədək bu qərarın heç bir hüquqi nəticəsi olmayacaq. Türkiyə də birmənalı şəkildə etmədiyi soyqırımı etiraf etməz. Həm də dünyada soyqırımı törədən tək xalq olmamaq üçün almanlar belə qərarı qəbul etdi”.

Samir
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Almaniya Bundestaqı “erməni soyqırımı”nı tanıdı; Türkiyə səfirini geri çağırdı

    Almaniya Bundestaqı “erməni soyqırımı”nı tanıdı; ...

    3-06-2016, 01:05

  • 
  • Angela Merkeldən Bundestaqın 'erməni soyqırım'ını tanımasına ilk reaksiya...

    Angela Merkeldən Bundestaqın 'erməni soyqırım'ını ...

    3-06-2016, 01:21

  • 
  • Suriya parlamenti erməni soyqırımını tanıdı

    Suriya parlamenti erməni soyqırımını tanıdı ...

    14-02-2020, 14:30

  • 
  • İsrail "erməni soyqırımı" məsələsinin müzakirəsini təxirə salıb

    İsrail "erməni soyqırımı" məsələsinin ...

    4-06-2018, 11:29

  • 
  • ”Erməni soyqırımı”nın tanınması HDP bayrağı ilə qeyd edildi

    ”Erməni soyqırımı”nın tanınması HDP bayrağı ilə ...

    3-06-2016, 00:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu