GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Lələ-Təpə”ni Yasamala “gətirdilər”

“Lələ-Təpə”ni Yasamala “gətirdilər”

Tarix: 6-06-2016, 17:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
“Lələ-Təpə”ni Yasamala “gətirdilər”

Axı, biz qeyd etdik ki, “Lələ-Təpə” yüksəkliyi şanlı ordumuzun və qəhrəman xalqımızın qürur duyduğu bir yüksəklikdir
Təqribən 23 il bundan əvvəl Füzuli rayonu ərazisində yerləşən “Lələ-Təpə” yüksəkliyinin erməni ordusu tərəfindən işğal olunması, Horadiz şəhəri başda olmaqla digər yaşayış məntəqələrimizin də, daim işğalçı ordu bölmələri tərəfindən nəzarətdə saxlanmasına səbəb olurdu. Horadiz şəhəri 1993-cü ildə erməni ordusunun işğalı nəticəsində ələ keçirilsə də, 1994-cü ildə şanlı ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində geri qaytarılır. Bu ilin aprel ayının birinci ongünlüyündə isə, Azərbaycan milli ordusunun uğurlu döyüş əməliyyatları nəticəsində “Lələ-Təpə” yüksəkliyi də geri qaytarıldı. Bu da böyük bir ərazinin ordumuzun nəzarətinə keçməsi ilə nəticələndi ki, həmin vaxtdan da bu yüksəkliyin adı kimlərəsə bəlli deyildisə, əldə olunan uğurlu naliyyətlərdən sonra tam əksəriyyətə bəlli oldu və müasir Azərbaycan tariximizə də birdəfəlik həkk olundu. Yəni, bu gün “Lələ-Təpə”nin adı qəhrəmanlıq simvolu olaraq hallanmaqdadır. Bu yüksəkliyin adı çəkiləndə, yaxud da bu yüksəklilə bağlı hansısa müzakirələr aparıldıqda, dərhal hər kəsin nəzərində sanki bir qəhrəmanlıq obrazı formalaşır, xalqımızın tarixində misilsiz igidliklər göstərən ərənlərimizin döyüş ruhu yada salınır. Bir sözlə, bu yüksəklik milli ordumuzun döyüş ruhuna ruh verən, vətəndaşlarımızın qələbəyə olan inamını artıran bir ünvana çevrildi.

“Lələ-Təpə”ni Yasamala “gətirdilər”

Amma, bir-iki gün bundan öncə Yasamal rayonundakı Milli Onkologiya Mərkəzinə və 2 saylı Baza Tibb Məktəbinə gedən yolun ətraf ərazisində fəaliyyət göstərən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz məcburi köçkünə məxsus kafedə, “Lələ-Təpə” yüksəkliyini özündə əks etdirən və divardan asılmış tabloda, rəssamın əl işlərini görüb bir qədər təəccübləndik. Təəccübləndik dedikdə, bəlkə də bizim yanaşmamızı kimlərsə başqa mənada da başa düşə bilər. Amma, onu vurğulamaq istəyirik ki, “Lələ-Təpə” yüksəkliyinin hər yerdə, hər zaman təbliğ olunmasının biz də tərəfdarıyıq. Çünki, həmin yüksəklik ordumuzun və xalqımızın qürur duyduğu bir yüksəklikdir, döyüş ruhumuza güc verən bir ərazidir.
Yaşanan olaya fərqli yanaşmamızı onunla izah etmək istəyirik ki, “Lələ-Təpə” yüksəkliyini özündə əks etdirən tablonun asıldığı kafe də daxil olmaqla, bu gün qeyd olunan ərazidə bir neçə kafe fəaliyyət göstərir ki, həmin kafelərdə də antisanitariya baş alıb getməkdədir. Kafelərin ön hissəsində kəsilən xırdadırnaqlı və iribuynuzlu heyvanlar azyaşlı uşaqların, yaşlı nəslin nümayəndələrinin gözləri qarşısında kəsilir ki, bu da onlara olduqca psixoloji təsir göstərir. Heyvanların kəsim prosesi də, lazımi normativ tələblərə cavab vermir və kəsilmiş heyvanlar soyulduqdan sonra, açıq havada saxlanır. Bu da onların küləkili, yağmurlu havada toz-torpaqla çirklənmələrinə, günəşli havada qurumalarına və getdikcə də keyfiyyətlərini itirmələrinə və.s səbəb olur ki, hələlik kafe sahibləri bütün bunlara biganə yanaşmaqdadırlar.

“Lələ-Təpə”ni Yasamala “gətirdilər”

Daha çox diqqəti cəlb edən hal isə, müştərilərin aldadılmaları olur. Yəni, kafe sahibləri bir-birinin bəhsinə gedərək 1kq kabab 13 manat, başqa birisi isə, 1 kq kabab 12 manat gözoxşayan elanlarını divarlardan asırlar. Elə ki, müştərilər kiloqram hesabı ilə kabab sifariş verirlər, o halda müştərilərin stollarına hər kq-m çəkidən təqribən 100-150 qram az çəkidə kabab gətirməklə, onları aldatmağı da bacarırlar. Ən əsası isə, həmin kafelərdə hər hansı kassa aparatının olmaması və müştərilərə heç bir qəbzin verilməməsidir. Belə bir halın varlığı da, kafe sahiblərinin vergidən yayınmalarına yol açan imkanlardır. Müştərilərə göstərilən xidmətin müqabilində günəmuzd işləyən işçilərin sağlamlıq durumları ilə bərabər, onların rəhbərliklə əmək müqavilələrinin olub-olmaması da, bu gün daha çox müzakirə olunan məsələlərdəndir. Yaxın və uzaq rayonlardan gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların mələşmə səsləri də, ərazini ara-sıra ağuşuna alan səs-küyə yeni bir “rəng verir”. Bişirilən kabablardan əlavə, istifadə olunan digər ərzaq növlərinin köhnə və keyfiyyətsiz olması, təkrar istifadəyə verilməsi, müştərilərə olduqca baha qiymətə satılması və.s kimi hallar, bu gün qeyd olunan ünvanda yaşananlardır.
İndi bir anlığa olub keçənlərə diqqət yetirək. Milli Onkologiya Mərkəzinə və 2 saylı Baza Tibb Məktəbinə gedən yolun sağ-sol ətrafında fəaliyyət göstərən həmin kafelərdə bu qədər qanunsuzluq mühiti yaşanırsa, bəs aidiyyəti qurumların nəzarəti hara yönəlir? O halda sual oluna bilər ki, müştərilərin aldadıldığı, vergidən yayınma hallarının baş verdiyi və.s kimi qanunsuzluqların yaşandığı kafedə, kafe sahibi “Lələ-Təpə” yüksəkliyini rəssama çəkdirərək sahiblik etdiyi kafedən asdırmaqla, görəsən hansı niyyətini həyata keçirmək istəyir? Axı, biz yuxarıda qeyd etdik ki, “Lələ-Təpə” yüksəkliyi şanlı ordumuzun və qəhrəman xalqımızın qürur duyduğu bir yüksəklikdir. Hər birimiz bu yüksəkliyin məşhurluğu ilə, bu gün də fəxr edirik. Bu belə olduğu halda, bəs həmin yüksəkliyin təsviri asılan kafedə baş alıb gedən hoqqalarla bağlı, kimsə qürur duya bilərmi?
Digər tərəfdən, kafelərin yaxınlığında yerləşən Milli Onkologiya Mərkəzində bu gün çoxsaylı onkoloji xəstələr müalicə alırlar və onlara ət yeməklərini yemək, çox zaman həkim məsləhəti ilə qadagan olunur. Bu belə olduğu halda, bişirilən kabablardan çıxan iy-qoxunun həmin xəstələrə hansı formada təsir etməsini də, heç cür unutmaq olmaz. Onu da vurğulayaq ki, amerikalı mütəxəssislər Azərbaycanda xərçəng xəstəliyinin geniş yayılması ilə bağlı dəhşətə gəldiklərinin də bildirmişlər. Kafelərə bitişik 2 saylı Baza Tibb Məktəbinin də, belə bir təsirdən heç də təsirsiz ötüşmədiyini yəqin ki, hər kəs bilir. Çünki, bu günədək səhiyyəmizin inkişafında əvəzsiz xidməti olan bu kollecdə, hal-hazırda imkansız valideyinlərin də övladları təhsil alırlar. Belə olan halda, bişirilən kabalardan çıxan iy-qoxunun həmin tələbələrə də, necə təsir etdiyini bir anlığa təsəvvür edək. Çünki, elə hal ola bilər ki, həmin tələbələrdən bəzilərinin ailələri günlərlə ət yeməklərinin üzünə möhtac qalırlar.
“Lələ-Təpə” yüksəkliyinin təsviri asılan kafedə və digər kafelərdə yaşanan problemləri ictimailəşdirdikcə, bəlkə kimlərsə bizi ittiham da edəcəklər. “Amma, “görünən dağa nə bələdçi” deyiblər. Çünki, biz yaşananları ictimailəşdiririk ki, aidiyyəti qurumlar qanuna müvafiq addımlarını atsınlar ki, ərazidəki çoxsaylı problemlər həllini tapa bilsin. Düzdür, əldə etdiyimiz təqribi məlumatlara görə, həmin kafe sahiblərinin tam əksəriyyəti məcburi köçkün rayonlarından olan sakinlərdirlər. Amma onu da nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin statusu ilə bağlı kifayət qədər qanunlar qəbul edilib və icraası da həyata keçirilməkdədir.
P.S.Hörmətli oxucular! Toxunduğumuz belə bir problemlər olduqca aktuallıq kəsb etdiyindən, növbəti sayımızda sizləri daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Akif Quliyev
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Lələ-Təpə”ni Yasamala “gətirdilər”

    “Lələ-Təpə”ni Yasamala “gətirdilər” ...

    6-06-2015, 17:42

  • 
  • Lələ təpə əməliyyatının qəhrəmanları: “Düşmən qüvvələrini məhv etdik” - VIDEO

    Lələ təpə əməliyyatının qəhrəmanları: “Düşmən ...

    5-05-2016, 18:18

  • 
  • Lələ təpəni azad edən komandirə general rütbəsi verildi

    Lələ təpəni azad edən komandirə general rütbəsi ...

    21-04-2016, 00:34

  • 
  • Lələ Təpə qəhrəmanı baxımsızlıqdan dünyasını dəyişdi

    Lələ Təpə qəhrəmanı baxımsızlıqdan dünyasını ...

    8-06-2018, 11:16

  • 
  • Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür

    Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür ...

    2-04-2017, 10:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu