GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Keçmiş başçının korrupsioner komandası haqda şok faktlar

Keçmiş başçının korrupsioner komandası haqda şok faktlar

Tarix: 14-06-2016, 19:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Keçmiş başçının korrupsioner komandası haqda şok faktlar

Mübariz Ağayevin qohum-qardaşı və adamları Göyçayda dövlətin sütunlarını dağıdır, büdcə pullarını pay-püş edir; rayon rəhbərinin talan siyasətinin müdhiş statistikası və təfsilatı “Gündəm-xəbər”də...

Göyçayın bəxti icra başçısı sarıdan gətirməyib. Rayona rəhbərlik edənlər bölgəni viran qoyub gediblər. Mübariz Ağayev də Göyçayda əvvəlki bölgələrdəki işini davam etdirir. “Gündəm-xəbər”ə verilən məlumata görə, icra başçısının əsas iş prinsiplərindən biri bəzi mətbuat orqanları ilə dostluq etmək olub.

Bu məqsədlə bəzi xəbər portallarına dəstək verməklə barəsində həm tərifli yazılar yazdırır, həm də ondan tənqid yazanlarla dostları hesabına dil tapmağa çalışır. M.Ağayev maksimum çalışır ki, ondan şikayətlər getməsin.

Amma fakt ondan ibarətdir ki, Göyçayda saysız-hesabsız şikayətlət ünvanlanır. Bu narazılıqların əsasını sosial problemlər və icra başçısının ətrafındakı kadrlar təşkil edir.

Mənsur Məmmədovun zülmündən qurtulmuş göyçaylılar ümid edirdi ki, təzə icra hakimi müəyyən müsbət işlər həyata keçirəcək. Lakin sakinlərin gözləntiləri suya düşüb. M.Ağayev və komandası Göyçaya yalnız problem gətirib.

Və ən əsası icra başçısı özünə tələm-tələsik malikanə tikdirməyə başlayıb. “Gündəm-xəbər”ə daxil olan məlumata görə, rayonun Hüngütlü kəndində villa tikdirən icra başçısı nəqliyyat naziri və sələfi ilə qonşu olub. Dəbdəbəli evə külli-mqidarda pul xərclənib. M.Ağayevin Mingəçevir, Quba rayonlarındakı biznesindən gələn vəsait onun Göyçayda da imarət ucaltmasına imkan yaradıb.

Beləcə, Göyçayın problemləri qalıb bir kənara, icra hakimi öz şəraitini yaxşılaşdırmaq barədə düşünür. Halbuki, prezident icra başçısı təyin edərkən xalqla işləməyi tapşırdığını bildirib. Görünən odur ki, M.Ağayev üçün ölkə başçısının tapşırığı quru sözdən ibarətdir. Göyçayın 2015-ci ilə aid hesabatına nəzər yetirdikdə də icra başçısının hər hansı ili nəzərə çarpmır.

Rayonda 248,6 milyon manatlıq ümumi məhsul istehsal edilib, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 33,4 milyon manatlıq investisiya qoyulub.

Kənd təsərrüfatında məhsul istehsalının həcmi artaraq 98,2 milyon manata çatıb. İndi isə eyni sahələr üzrə 2014-cü ilin məlumatlarına diqqət edək: Hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 2013-cü ilə nisbətən 12,4 faiz artaraq 254 milyon manat olub.

Göründüyü kimi, rayon üzrə ümumi məhsul istehsalında 6 milyon manatlıq azalma müşahidə olunub. Ağayevin kənd təsərrüfatı üzrə məhsul istehsalındakı artıma da rəqəmlərdə nəzər yetirək. 2015-ci ildə bunun 98,2 milyon manat olduğu deyilir.

2014-cü ildə isə Rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 2,0 faiz artaraq 97,3 milyon manata çatıb. Özündən əvvəlki icra başçısının 2 faizlik artımı, Ağayev 0,9 faizlik artımla davam etdirib. Bu iqtisadi göstəricilərlə Göyçayın inkişaf etdiyini deyən icra başçısının tərəqqisi özünə kənddə villa tikdirib oliqarx-məmurlara qonşu olmaqla ölçülür. Rayon sakinlərinin isə içməli su problemindən tutmuş torpaq sahələrinin ələ keçirilməsinə qədər uzanır.

Göyçayda sosial müavinətlərin varlılara çatması, iş adamlarına divan tutulması, sahibkarlardan xərac yığılması, səhiyyə və təhsil ocaqlarında hökm sürən dərəbəylik, özbaşınalıq, son olaraq Göyçay ƏSMM-də rüşvət videosunun internet resurslarında yayılması deməyə əsas verir ki, Göyçay korrupsiyalaşmış

regionlardan birinə çevrilib. Hələ bu azmış kimi iqtisadi böhrandan çıxmağa çalışan icra başçısı məmurlara məcburi pambıq belə əkdirir.

Göründüyü kimi, 2015-ci ildə Göyçayda bütün sahələr üzrə geriləmə faktının qarşısında iqtisadi inkişafdan danışmaq gülüncdür. Eyni zamanda apardığımız araşdırmalar göstərir ki, Mübariz Ağayevin bir illik rəhbərliyi dönəmində Göyçay sosial-iqtisadi cəhətdən iflic vəziyyətə düşüb.

Belə ki, M.Ağayevin iş adamlarına qarşı repressiv tədbirləri, qardaşının adı ilə bağlı qalmaqallar haqda mediada çoxsaylı məlumatlar yayılıb. Bu xəbərlər mərkəzi dairələrin də diqqət mərkəzində olub.

Prezident dəfələrlə bəyan edib ki, məmurlar və yaxınları, o cümlədən övladları harınlıq, qudurğanlıq etməməlidir. Amma M.Ağayevin qardaşının arxayın şəkildə özünü aparması və müxtəlif qanunsuz işlərdə adının çəkilməsi onu narahat etmir.

İcra başçısı rayonun abadlaşdırılması üçün bir neçə məmuru əziyyətə salıb. Göyçay Təhsil Şöbəsinin müdiri Asif Nəbiyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov maxinasiyalarda mahir kadrlar hesab olunur.

Bir qayda olaraq büdcə vəsaitlərinin silinməsi üçün bu üç büdcə təşkilatından yararlanırlar. Lakin bu dəfə Göyçay rayon İcra Hakimiyyətin başçısı Mübariz Ağayev bu üç büdcə təşkilatının rəhbərlərini özünəməxsus şəkildə cəzalandırıb. Onlar bir neçə icra başçısını yola salıb. Amma Ağayevin gəlişi onlara baha oturub. Hələ ki bu məbləğ açıqlanmır.

İxtisasca texnoloq olan Mübariz Ağayev Azərbaycanda "yaşlı” İH-i başçılarından hesab olunur. Ümumilikdə 4 rayona üst-üstə 10 ildir ki, rəhbərlik edir. 2006-cı ildə doğulduğu Göyçay rayonunun RİH-nin başçısı təyin olunan Mübariz Ağayev sonradan Mingəçevir və Quba rayonlarına rəhbərlik edib. Ötən ilin ilk ayında isə yenidən Göyçay RİH-nə başçı təyin olunub. Mübariz Ağayevin indiyədək başçı işlədiyi bütün rayonlarda ciddi korrupsiya hallarına yol verilib.

Bu gün də RİH-nin başçısı olduğu Göyçayda Mübariz Ağayevin rəhbərliyi altında korrupsiya və rüşvətxorluq "uğurla” davam etdirilir. Mübariz Ağayev o tip RİH-nin başçılarındandır ki, işlədiyi rayonda öz adına heç vaxt mülk olmaz.

Təkcə Qubada işləyərkən yaratdığı 1200 başlıq qoyun fermasından başqa. Məlumata görə, Mübariz Ağayev yenidən Göyçaya başçı təyin olunandan sonra bu qoyun fermasının sayını ciddi azaldıb. Mübariz Ağayevin əsas mülkü paytaxtdadır.

Məlumatda deyilir ki, Bakının ən bahalı və prestijli yerlərindən sayılan "Varovski”də Mübariz Ağayevin qiyməti 2 milyon manatdan artıq olan 3 mərtəbəli mülkü var. Bundan əlavə olaraq BDU-nin yeni korpusunun yanında inşa edilən "novostroyka”da 300 kvadrata yaxın olan mənzilinin olduğu deyilir.

Göyçay rayonunda rəsmi olaraq başqa insanların adına sənədləşdirilən, əslində isə Mübariz Ağayevə məxsus olan onlarla mağazalar, iaşə obyektləri və şadlıq evi var. Bütün bunlar əksər Göyçaylıya gün kimi aydındır.

Mübariz Ağayevin əsas "gəlir mənbəyi”ndən biri də rayonda vəzifələrin satışıdır. Deyilənə görə, Göyçay rayonunda kənd icra nümayəndəliyi postu inzibati ərazinin iqtisadi göstəricilərindən asılı olaraq 5000 -15000 manat arasında satılır. Bundan əlavə olaraq Mübariz Ağayev əslində müstəqil fəaliyyət göstərməli olan rayon ərazisindəki bütün bələdiyyələrə də "haqq” təyin etdiyi deyilir.

Mübariz Ağayev RİH-nin başçısı kimi tabeçiliyində olan işçilərə nümunə ola bilmədiyi kimi görünür qohumlarına da yaxşı nümunə ola bilməyib. Buna missal olaraq Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 70 sakini 2-ci qrup əlil, albinizm xəstəsi Ələkbərov Ələkbər Muxtar oğlunun ötən ay mətbuata etdiyi müraciəti göstərmək olar.

O, müraciətində bildirib ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı, 36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayev ondan rüşvət istəyib: "Göyçay rayon İcra

Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı 36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayev 2-ci qrup əlilliyimi 1-ci qrup edilməsi üçün məndən rüşvət istəyir.

Hansı ki mən anadan olandan albinizm xəstəsiyəm, uzun illərdi 2-ci qrup əliləm, hazırda 65 yaşım var, gözlərim demək olar ki, tamam görmür. Albinizim xəstələri anadan olandan əlil hesab edilirlər. Sevindim ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyadan yoxlamadan keçəcəm və obyektiv qərar veriləcək. Ancaq 36 saylı TSEK-in sədri Mühakim Ağayev burada öz arşını ilə bez ölçür. Belə ki, buna da mənim maddi imkanım yoxdur ki, ona istədiyi rüşvəti verim".

Bundan əlavə, Mübariz Ağayevin qardaşı oğlu rayon Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində çalışır. O, kompleksdə rəhbər olduğu vaxtdan burada qanunsuzluqlar baş alıb gedir. Belə ki, rayondakı Olimpiya Kompleksinin zalları müxtəlif şəxslərə icarəyə verilib. Pulsuz məşq etməli olan idmançılardan belə, hər ay pul tələb olunur.

O, hələ keçmiş icra başçısı Mənsur Məmmədovun vaxtında da Kompleksdə özbaşınalıq edib. Ancaq rayon icra başçısı Mübariz Ağayev gələndən sonra sanki kompleks onun şəxsi obyektinə çevrilib və buradan öz mülkiyyəti kimi istifadə edir. Mənbənin iddiasına görə icra başçısının qardaşı oğlu kompleksdəki idman zallarını ayrı-ayrı sahibkaralara icarəyə verərək bu yolla pul qazanır.

Digər bir problem isə buradakı internat məktəblə bağlıdır. Əsasən kimsəsiz və əlil uşaqlar üçün nəzərdə tutulan və nüfuzlu ictimai təşkilatların himayəsində olan Göyçay internat-məktəbinə Mehman Salmanov rəhbərlik edir.

Daha dəqiq desək, rəhbərlik etmir, çapıb-talayır. Aztəminatlı ailələrin uşaqları üçün dövlət tərəfindən verilən müavinətlər təyinatı üzrə çatmır. İnternat direktoru Salmanov bu işdə öz vasitəçilik funksiyasını yerinə yetirmir, əmanətə xəyanət edir. Kağız üzərində qeydiyyatda 350 uşaq olsa da, gün ərzində 80-100 nəfər, yay mövsümündə isə daha az uşaq məktəbdə olur və qidalanır.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mübariz Ağayev Göyçayın abalaşdırılmasını kimlərə “yükləyib”? – Göyçay camaatının gözləntisi bu dəfə doğrulacaqmı?

    Mübariz Ağayev Göyçayın abalaşdırılmasını kimlərə ...

    20-08-2015, 21:40

  • 
  • Göyçayın icra başçısı qaçıb?

    Göyçayın icra başçısı qaçıb? ...

    20-12-2013, 22:46

  • 
  • Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra başçısından təhsil nazirinə “əzələ nümayişi”

    Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra ...

    23-07-2015, 19:25

  • 
  • Qubada narazılıq bitmir

    Qubada narazılıq bitmir ...

    8-05-2013, 16:09

  • 
  • Mübariz Ağayev Göyçayı çapıb-talayır

    Mübariz Ağayev Göyçayı çapıb-talayır ...

    18-11-2015, 00:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu