GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mübariz Ağayev Göyçayı çapıb-talayır

Mübariz Ağayev Göyçayı çapıb-talayır

Tarix: 18-11-2015, 00:43 Bölmə :Manşet Baxış: 0
Mübariz Ağayev Göyçayı çapıb-talayır


İcra başçısı qara əməllərini necə ört-basdır edir?

Uzun müddətdir ki, ölkədə məmur övladlarının və qohumlarının özbaşınalığı əsas problemlərdən birinə çevrilib. Hətta bu məsələ ölkə başçısı səviyyəsində də müzakirə olundu, bir sıra məmurlar və övladları cəzalandırıldı. Amma buna baxmayaraq, bəzi məmurlar hələ də nəticə çıxarmırlar. Bir qədər əvvəl Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qohumları, xüsusən də, məmur qardaşı oğlu ilə bağlı ilginc iddia ortaya çıxdı.

Belə ki, Mübariz Ağayevin qardaşı oğlu rayon Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində çalışır. O, kompleksdə rəhbər olduğu vaxtdan burada qanunsuzluqlar baş alıb gedir. Belə ki, rayondakı Olimpiya Kompleksinin zalları müxtəlif şəxslərə icarəyə verilib. Pulsuz məşq etməli olan idmançılardan belə, hər ay pul tələb olunur.

Mənbə qəzetimizə bildirib ki, o, hələ keçmiş icra başçısı Mənsur Məmmədovun vaxtında da Kompleksdə özbaşınalıq edib. Ancaq rayon icra başçısı Mübariz Ağayev gələndən sonra sanki kompleks onun şəxsi obyektinə çevrilib və buradan öz mülkiyyəti kimi istifadə edir.

Mənbənin iddiasına görə icra başçısının qardaşı oğlu kompleksdəki idman zallarını ayrı-ayrı sahibkaralara icarəyə verərək bu yolla pul qazanır. Kompleksin böyük zallarını bölərək sauna kimi işlədən icra başçısının qardaşı oğlu ilə və burda baş alıb gedən əxlaqsızlıqla bağlı bir neçə dəfə aidiyyatı orqanlara şikayət edilsə də, sonda heç bir nəticə əldə olunmayıb.

Mənbə onuda bildirir ki, Mübariz Ağayevin qardaşı oğlu bir çox otaqlarda dostları və “özəl” qonaqları üçün qumarxana yaradıb. Həmin qumarxanalarda demək olar ki, hər gün gecələr Göyçay rayonunda məmur işləyən şəxslərin övladları əylənir, müxtəlif qumar oyunları ilə məşğul olurlar.

Digər bir problem isə buradakı internat məktəblə bağlıdır. Əsasən kimsəsiz və əlil uşaqlar üçün nəzərdə tutulan və nüfuzlu ictimai təşkilatların himayəsində olan Göyçay internat-məktəbinə Mehman Salmanov rəhbərlik edir. Daha dəqiq desək, rəhbərlik etmir, çapıb-talayır. Aztəminatlı ailələrin uşaqları üçün dövlət tərəfindən verilən müavinətlər təyinatı üzrə çatmır. İnternat direktoru Salmanov bu işdə öz vasitəçilik funksiyasını yerinə yetirmir, əmanətə xəyanət edir. Kağız üzərində qeydiyyatda 350 uşaq olsa da, gün ərzində 80-100 nəfər, yay mövsümündə isə daha az uşaq məktəbdə olur və qidalanır. Bir vaxtlar ictimai iaşə xidməti sistemində (OPİT) işləyib kifayət qədər yeyinti təcrübəsinə yiyələnən Mehman Salmanov indi həmin təcrübəni uğurla tətbiq edir. Direktor bütün uşaqların dilindən yazılı iltizamnamə alır ki, guya onlar hər gündə dörd dəfə keyfiyyətli xörək yediklərini təsdiqləyirlər. Beləliklə, 350 nəfərin Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun kəmiyyətdə ərzaq payının təxminən 4/3 hissəsi mənimsənilərək, direktor və onun korrupsiya ortaqları tərəfindən “həzm-rabe”dən keçirilir. Qalan guya çatdırılan ərzaq da mətbəxdəki vaxtı keçmiş, keyfiyyətsiz məhsullardır. Hələ ayrı-ayrı xeyriyyə təşkilatlarının, bələdiyyələrin uçota alınmayan yardımlarını, sahibkarların ianələrini, dini icmaların göndərdikləri ehsan paylarını demirik. Dini icmadan söz düşmüşkən, internatda baş alıb gedən qanunsuzluqlardan müxtəlif vaxtlarda həm aidiyyati dövlət qurumlarına, də qeyri-hökumət təşkilatlarına, o cümlədən, Əbu-Bəkr məscidinə şikayətlər olunub. Həmin şikayət direktorun gözünə dəyən kimi, uşaqlara “öyüd-nəsihət” verməyə başlayıb ki, bəs Allahın Evinə (bizim misalda məscidə) şikayətçi düşməyi haqq etmək üçün gərək namaz qılasan, yeməyib-içməyib oruc tutasan. Bu yolla Mehman Salmanov uşaqları həmin o dörddə bir pay keyfiyyətsiz qidadan da məhrum etmək istəyir.

Qəzetimizə məlumat verən mənbə rayonun daha da acınacaqlı günlərin gözləyəcəyini bildirdi. Onun dediyinə inansaq icra başçısı rayon sakinlərini həbslə hədələyir. Bir daha xatırladaq ki, Qubadan Göyçay rayonuna “transfer” olunan Mübariz Ağayev komandasından bir neçə üzvünüdə özü ilə bərabər Göyçaya gətirib.

Quba rayonun eks-icra başçısı rayonu talamaqla yanaşı bir çox sürpirizlərə imza atıb. Məlumat üçün bildirək ki, Mübariz Ağayevin oğlunun adı “Atlant” istirahət mərkəzində yaşanan silahlı insidentdə də hallandı. Hansı səbəblərdən başçının oğlu məsüliyyətdən yayındı. Mətləbə keçməzdən öncə bildirək ki, istirahət mərkəzində yaşanan qalmaqalın səbəkarlarından bir məhz Mübariz Ağayevin oğlu bildirilirdi.

Məsələ ilə bağlı saytların birinə münasibət bildirər Mübariz Ağayev iddia etmişdir ki, oğlu hal-hazırda ölkə xaricindədir. Lakin Quba rayon icra hakimiyyətinin mətbuat xidməti Arif adlı nümayindəsi isə müsahibə verərək bildirmişdir ki, Mübariz Ağayevin oğlu Xaçmazdadır. Hər iki açıqlamanın ziddiyətli olduğu gün kimi aydındır. Bir sözlə qalmaqallı məsələ qapandı. Və başçının oğlu məsüliyyətdən yayına bildi.

Göyçayda icra başçısının təmir-tikinti işlərinə başlaması, yolları gediş-gəliş üçün normal hala gətirməsi sakinləri sevindirir. Amma gələn məlumatlar onu deməyə əsas verir ki, başçının qohum-qardaşının rayonda etdikləri onun yaxşı əməllərinin üstündən xətt çəkir.

Məlumatlardan belə anlaşılır ki, Mübariz Ağayev başcı təyin olunandan sonra onun qohumlarının özbaşınalıqları baş alıb gedir. Onun “Paşa sığorta” şirkətində işləyən Ağamir adlı bacısı oğlu Göyçay Rayon Yol Polisi Şöbəsinin Müslüm adlı işcisini və bir neçə Post Patrul Xidməti əməkdaşlarını 6 nəfərdən ibarət “qoçu” dəstəsi tərəfindən döydürüb. Məlumata görə, Vüqar Musəvini də döyən Ağamirin Cavid adlı

qardaşıdır. Qaynağımız deyib ki, Qarabağ döyüşçüsünə, qadına əl qaldıran başçının bacısı oğlu və onun “qoçu”ları haqda tədbir görülmür.

Onlar bu gün də rayonda sərbəst gəzirlər. Bu işin digər bir ucu da Göyçay Olimpiya İdman Kompleksinin müdiri olan M.Ağayevin qardaşı oğluna gedib çıxır. Məlumata görə, başçının bacısı və qardaşı övladlarının gözlərinə xoş görünməyənləri həmin kompleksdə gəzib dolaşan, məşq edən “qoçu”lar döyür. Bu gün Göyçay ictimayyətini haqlı olaraq bir sual düşündürür: həmişə prezidentin nümayəndəsi olduğunu vurğulayan M.Ağayev, deyəsən, prezidentin harınlamış məmur balaları və qohumları haqda dediyi sözləri unudub. “Biz göyçaylılar inanırıq ki, M.Ağayevin təkidinə baxmayaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu cinayətlərin üstünün bağlı qalmasına imkan verməyəcək” – deyə rayon sakinləri bildiriblər.

Digər bir xəbər isə ondan ibarətdir ki, Mübariz Ağayev özünü təriflətdirmək üçün sayt açıb. Saytın baş redaktoru Mübariz Ağayevin köməkçisidir və icra başçısı bir neçə idarə müdirinə tapşırıq verib ki, sayta hər ay maddi yardım göstərsinlər. Həmçinin Mübariz Ağayev rayon sakinləri vasitəsilə Prezident Aparatına kesmiş icra başçısı Mənsur Məmmədovun əleyhinə “zəhmətkeş məktubları” yollatdırdığı bildirilir.

Göyçaydan daxil olan məlumata görə rayon icra başçısı Mübariz Ağayev keçmiş sələfi Mənsur Məmmədova qarşı qara piar kampaniyasına başlayıb. Belə ki, daxil olan məlumatda göstərilir ki, Mübariz Ağayev Göyçaya icra başçısı təyinatı aldıqdan sonra rayonda “fövqalədə vəziyyət” elan edərək bütün idarə müəsissəini abadlıq, quruculuq işlərinə yönləndirib. Rayona gəldiyi ilk gündən icra başçısı idarə müdirləri toplayaraq iclasda bildirib ki, heç kəsi vəzifəsindən çıxartmayacaq və hər kəslə “əl ələ” verərək Göyçay şəhərini yenidən quracaq”.

İnformasiya mənbəmiz bildirir ki, Mübariz Ağayev rayon sakinlərinin əli ilə prezident aparatına “zəhmətkeş məktubları” yollatdırır. Həmin məktublarda guya Mübariz Ağayev Göyçaya icra başçısı təyinatı aldıqdan sonra şəhərin gözəlləşməi, abadlıq işlərinin aparılması və rayon sakinləri ilə gözəl rəftar etməsi özəlliklə vurğulanır. Mübariz Ağayevin “zəhmətkeş” məktublarında Göyçayın ağ günə çıxması onun gəlişi ilə əlaqələndirilir. Yəni belə çıxır ki, keçmiş icra başçısı Mənsur Məmmədov Göyçay rayonunda sadəcə formal olaraq işləyirmiş. İndi isə Göyçay rayonunda yeni Günəş doğub ki, onun istiliyi nəvazişi rayon xalqını belə “isindirir”.

Mənbə iddia edir ki, özündən arxayınlığı ilə seçilən Mübariz Ağayev əslində reklamı sevir. Ətrafına isə daha çox yaltaq adamları toplayır. Elə Prezident Aparatına da yazdırdığı məktublarda o özünü təriflətdirərək, belə bir təəssürat yaratmağa çalışır ki, o doğurdan da “böyük və fövqəladə” işlərlə məşğuldur.

Göyçayda parklar inşa edən və bir neçə işıqlı fəvarə quraşdıran Mübariz Ağayev elə bilir ki, bütün ölkəni abadlaşdırıb. Əslində bu abalaşma Mübariz Ağayevin daha çox varlanmasına yol açıb. Mənbə bildirir ki, ayrı-ayrı idarə və təşkilat rəhbərlərinə, rayon sahibkarlarına “haqq” qoyan Mübariz Ağayev məhz onlardan zor-xoş aldığı pullar hesabına rayonda abalaşdırma işləri aparıb. Dövlətin ayırdığı vəsaitləri isə öz cibinə qoyub. Kosmetik xarakterli abalıq işlərindən sonra isə icra başçısının başı əsasən pul qazanmağa qarışıb. Rayonda isə sosial vəziyyət doğurdan ağırdır. Göyçay sakinləri ölkənin ən kasıb əhalisi sıramında yer almaqla yanaşı, həmçinin sosial ədalətsizliyin qurbanlarıdır. Mübariz Ağayevi isə demək olar ki, vətəndaşların problemləri maraqlandırmır. O üzdəndə Prezident Aparatına “zəhmətkeş məktubları ilə” yanaşı şikayət məktubları da ünvanlanır. Və bu da Mübariz Ağayevin həddindən artıq qəzəbləndirir. Mənbə bildirir ki, icra başçısı yerli poçt idarəsinin müdirinə tapşırıb ki, Bakıya, dövlət qurumlarına ünvanlanan bütün məktubları birbaşa onun masasının üstünə qoysun. Bu yollla icra başçısı həm Bakıya ünvanlanan şikayətlərin qarşısını almağa çalışır, həm də “bədxahlarını” tanıyır.

Mənbə bildirir ki, bir neçə şikayətçi buna görə müxtəlif yollarla cəzalandırılıb. Lakin bu elə şəkildə edilib ki, şikayətçi məktubunun ünvana çatmadığını duymasın. Mənbə onu da qeyd edir ki, Göyçayda böyük əksəriyyət şikayətçilərin artıq itirməyə heç bir şeyləri yoxdur. Ona görə də Mübariz Ağayev müəyyən çətinliklərlə üzləşir.

Mənbə onu da, qeyd etdi ki, icra başçısı Göyçay rayonu ilə bağlı tənqidi fikirlər səsləndirən saytlara cavab vermək üçün özünə xəbər portalı belə açıb. Həmin xəbər portalı artıq fəaliyyətdədəir və dayanmadan Mübariz Ağayevin Göyçay rayonundakı “möhtəşəm” abadlıq, quruculuq işlərini işıqlandırır. İcra başçısı həmin portalın fəlaiyyət göstərməsi üçün bir neçə idarə müdirinə tapşırıq verib ki, köməkçisi olan “baş redaktora” maddi yardım etsinlər. Görünür Mübariz Ağayev özünü reklam etməklə daha böyük rayonun icra başçısı olmaq eşqindədir.

Göyçayda Nar bayramı hər il təmtəraqla keçirilsə də, Mübariz Ağayev icra başçısı olduqdan sonra Nar bayramının təmtəraqlı keçirilməsi hiss olunmur. Bu il bu bayram çox sönük keçirildi. Hansı ki, Nar bayramının təmtəraqlı keçirilməsi həm Azərbaycan həqiqətlərinin, həm də süfrə mədəniyyətimizin zəngin olmasına da bir işarə olardı. Amma Mübariz Ağayev hansısa maraqları çərçivəsində belə bir addım atmadı. Digər tərəfdən, icra başçısı təbirə yalnız tanış jurnalistləri gizli şəkildə dəvət etdirib və onlara pul da verdirib ki, rayon haqqında tənqidi yazılar yazılmasın.

Beləliklə, icra başçısı rayonu çapıb talayır, mətbuatda isə guya Göyçayın günü-gündən abadlaşdığı haqqında yazılar, eləcə də yuxarı rəhbərliyə "zəhmətkeş məktubları"ı təşkil edir. Göründüyü kimi, pis düşünülməyib. Amma bu cür yalanlarla uzağa getmək mümkün deyil.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mübariz Ağayev Göyçayın abalaşdırılmasını kimlərə “yükləyib”? – Göyçay camaatının gözləntisi bu dəfə doğrulacaqmı?

    Mübariz Ağayev Göyçayın abalaşdırılmasını kimlərə ...

    20-08-2015, 21:40

  • 
  • Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra başçısından təhsil nazirinə “əzələ nümayişi”

    Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra ...

    23-07-2015, 19:25

  • 
  • Keçmiş başçının korrupsioner komandası haqda şok faktlar

    Keçmiş başçının korrupsioner komandası haqda şok ...

    14-06-2016, 19:27

  • 
  • Yeni icra başçısı məmurları “sıxmağa” başladı

    Yeni icra başçısı məmurları “sıxmağa” başladı ...

    20-02-2015, 12:23

  • 
  • Mübariz Ağayev Ziya Məmmədova “dirsək göstərdi” – Göyçaydakı malikanə kompromat kimi...

    Mübariz Ağayev Ziya Məmmədova “dirsək göstərdi” – ...

    28-09-2015, 22:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu