GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sumqayıt təhsilində oyun qaydaları

Sumqayıt təhsilində oyun qaydaları

Tarix: 14-06-2016, 19:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Sumqayıt təhsilində oyun qaydaları

Elmira Yusifova: “Hörmətli Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə, Bakı və Sumqayıt şəhərlərində oniki ilə yaxındır ki, inklüziv təhsil sistemi tətbiq edilib”
İnklüziv təhsil, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Bu proqram fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların öz potensiallarına nailolma imkanını dəstəkləyir. Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarla bərabərhüquqlu olmasını təmin edir.
Ölkəmizdə sağlamlıq imkanları məhdud təhsil ocaqlarında uşaqların dövlət qayğısı ilə əhatə olunması məqsədilə, “Heydər Əliyev Fondu”nun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə, Bakı və Sumqayıt şəhərlərində oniki ilə yaxındır ki, inklüziv təhsil sistemi tətbiq edilib. Sumqayıtda inklyuziv layihə 4 və 11 saylı orta məktəblərdə və bir neçə uşaq baxçalarında, bugünkü günə kimi özünü doğrultmaqla fəaliyyətini davam etdirməkdədir.
Sumqayıt şəhər 11 saylı tam orta məktəbə yeni direktor təyin edilmiş Roza Babayeva inklyuz layihədə çalışan 28 nəfər işçiyə şifahi şəkildə bildirib ki, Sumqayıt şəhər təhsil şöbəsinin yeni müdiri Ruhiyyə Tağıyevanın tapşırığı əsasında, layihə 15 sentyabr 2016-cı il tarixdən bağlanır, gedin özünüzə yeni iş yeri tapın. Sizin əmrləriniz düzgün verilməyib, əmriniz qeyri-qanunidir, ştatda yalnız beş iş yeri var.
Əvvəla, bu layihədə ən az stajı olan altı ildir. Əmrlərimiz qanunsuz verilibsə Təhsil Nazirliyi VƏ Sumqayıt şəhər təhsil şöbəsi vaxtında bunları görmürdümü? Biz nə kadrlar, nə də hüquq şöbəsinin işçiləri deyilik ki, işə qəbul ediləndə idarənin ştatı ilə tanış olaq. Sıravi müəllimlərik, illər öncə əmrlə işə qəbul edilmişik. On ildən çoxdur ki, burada işləyirik və ötən illər ərzində də, məktəbin fəaliyyəti müxtəlif komissiyalar tərəfindən dəfələrlə yoxlanılıb.
Ruhiyyə Tağıyeva Sumqayıt şəhər təhsil şöbəsinə müdir təyin olunduqdan sonra kəşf etdi ki, sən demə on il bundan əvvəl verilmiş əmrlər qanunsuz imiş ?!
İkincisi, uşaqların sayı getdikcə çoxaldığına və əlavə müəllim köməkçilərinə ehtiyac olduğuna görə, bu layihəni bağlamaq, işçilərin saylarını azaltmaq ən azından qəbahətdir.
Ölkəmizin birinci xanımı hörmətli Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə açılmış bu layihəni bağlamağa və ya müəllim saylarını azaltmağa kimlərin cürət etməsi, hələ də bizə qəribə gəlir.
Dövlət başçısı möhtərəm İlham Əliyev cənabları, ölkəmizdə işsizliyin ləğvi istiqamətində mühüm göstərişlər verir, iş yerlərində ixtisarların yolverilməz olunduğu da dilə gətirir.
Gənc nəslin nümayəndələrinə geniş imkanların yaradılması, artıq dövlət siyasətimizin tərkib hissəsinə çevrildiyi bir zamanda, Təhsil Nazirliyinin və Sumqayıt şəhər Təhsil Şöbəsinin 23 nəfəri işsiz qoymasına nə ad vermək olar ? Bu sosial durumu onsuz da ağır olan sumqayıtlılara böyük bir zərbə deyilmi? Bir tərəfdən bu layihədə çalışanların sayını azaltmaq istəyirlər, digər tərəfdən isə, təhsil naziri cənab Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə, 06 iyun 2016-cı il tarixli əmrinə əsasən 2016-2017-ci tədris-buraxlış ilində Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən edilməlidir. 11 saylı məktəbdə vəzifəsi rəsmi əmrlə xadimə gedən, amma rus-dili, dərnək və s. fənlərindən dərs keçən müəllimlərə indi məlum olur ki, ştatda onların vəzifələri illərdir xadimə kimi sənədləşdirilib. Çünki, heç kimə əmək müqavilələrinin 1 nüsxəsi təqdim olunmur.
Bəyəm Sumqayıt şəhər təhsil şöbəsi və təhsil nazirliyi bunları görmürdümü? Təhsil Nazirliyinin məqsədi ixtisardırsa, o halda zəhmət çəksin də, hal-hazırda ali məktəblərdə dərs keçən və təqaüd yaşında olan müəllimləri işlərindən azad etsin.
Layihə tətbiq ediləndən Azərbaycan Respublikası Əmək Məcəlləsinin qanunlarına zidd olaraq, bugünkü günə qədər vəzifə təlimatı ilə rəsmi olaraq tanış edilməmişik. Vəzifə borclarımız və hüquqlarımız bizə izah olunmayıb. Əldə etdiyimiz məlumatlara əsasən, gün ərzində bizim iş saatımız 2-3 saat təşkil etməlidir. Amma, bütün bunlara baxmayaraq biz hər həftənin 6 gününü 6 saatdan da çox işləyirik. Bizimlə müqayisədə Bakı məktəblərində inklüziv layihənin müəllimləri 2-3 saat dərs deyirlər və bizimlə də eyni maaş alırlar. Bunlardan əlavə, ağır iş rejiminə görə bizim maaşımız digər müəllimlərlə müqayisədə bir qədər yüksək olub. Vaxtilə bizdən aşağı maaş alan müəllimlər, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üçün imtahan olunduqlarından maaşları artırıldı, hal-hazırda bizim maaşlarımızdan da daha yüksək oldu. Biz isə imtahan düşmədik, buna görə maaşlarımız da artırılmadı. Bunlardan əlavə, əgər təhsil nazirliyi ixtisar aparmaq istəyirsə, ilk növbədə ali məktəblərdə aparsın.
Sumqayıt şəhər 4 və 11 saylı tam orta məktəblərinin bir qrup müəllimləri adından

Elmira Yusifova

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yeni TƏKLİF

    Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yeni ...

    6-09-2015, 12:28

  • 
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə başlanılıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    18-03-2017, 12:15

  • 
  • Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən şənlikdə iştirak edib

    Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan ...

    9-05-2017, 22:12

  • 
  • Təhsil müəssisələrinin adları dəyişdirildi - SİYAHI

    Təhsil müəssisələrinin adları dəyişdirildi - ...

    3-08-2016, 11:24

  • 
  • Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı razılığ

    Valideyn himayəsindən məhrum olmuş uşaqlarla ...

    26-08-2013, 11:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu